Sevinc Babayevanın oğlunun apellyasiya şikayətinə baxılır

Bakı Apellyasiya Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən keçmiş məhkumun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilir. Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin növbəti iclası fevralın 24-ə təyin edilib.

Qeyd edək ki, 2016-cı ilin fevralında Bakıda əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Ayxan Məmmədov arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrinə bir neçə bıçaq zərbəsi vurub. Onun həyatını xilas etmək mümkün olub.

A. Məmmədov məhkəmədə bildirib ki, hadisəni qısqanclıq zəminində törədib.

O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunub.
A. Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. Həmin zaman S. Babayeva "İnterpol" xətti ilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Apa.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR