Bakıda ev yandı, 2 aylıq körpə öldü

Fevralın 14-də saat 13 radələrində Binəqədi qəsəbəsində yaşayan Siyavuş Cəfərovun evində yanğın baş verib. "Olaylar" Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra S.Cəfərovun 2 aylıq oğlunun yanmış meyiti tapılıb. Araşdırma aparılır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR