Dələduzluq edən şəxsin məhkəməsində hakim prosesdən kənarlaşdırılıb

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin dələduzluqda təqsirləndirilən sabiq nəzarətçisi Rövşən Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin hüquqlarını müdafiə edən vəkil Adəm Məmmədov məhkəməyə sədrlik edən hakimə etirazla bağlı vəsatət qaldırıb. O, buna səbəb kimi hakimin cinayət işinə qərəzli yanaşdığını və bir neçə prosesin qapalı keçirildiyini göstərib. Sonra R. Sadıxov istisna olmaqla, digər hakimlər müşavirəyə gedib. Müşavirədən qayıdan hakimlər etirazı təmin edib və iş yeni hakim tərkibinin müəyyən olunmasına qədər təxirə salınıb. Apa.az

Qeyd edək ki, R. Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevə qarşı dələduzluqda ittiham edilir. İttihama görə o, Ç. Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR