Regional proqramlar bölgələrin modernləşməsi və tərəqqisinə xidmət edir

Azərbaycanın müasir dünya standartlarına uyğun, yüksək infrastruktur təminatına malik dövlətə çevirilməsində Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı mühüm rol oynayır. Dövlət Proqramının uğurla icrası bölgələrimizin simasını dəyişib. Artıq 15 bildir bu çərçivədə reallaşdırılan layihələr  Azərbaycanı dünyanın ən qabaqcıl ölkələri sırasına çıxarıb. Həyata keçirilən irimiqyaslı layihələrlə ölkəmizin dünya birliyinə inteqrasiyası sürətlənib. Dövlət başçısının 2014-cü il 27 fevral tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" regionların, o cümlədən, qeyri-neft sektorunun inkişafı sahəsində 2004-cü ildən başlanmış tədbirlərin uğurlu davamına təminat yaradır. Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi əhalinin də həyat səviyyəsinin yaxşılaşdırılmasına öz təsirini göstərib. Dünya standartlarına cavab verən yeni yolların çəkilməsi, müasir yol ötürücülərinin, körpülərin, yeraltı və yerüstü piyada keçidlərinin tikilməsi əhalinin, xüsusilə də kənd sakinləri rahat yolla təmin olunuub.  Əhalinin gediş-gəlişini rahatlatmaqla yanaşı müasir yol infrastrukturu Azərbaycanın tranzit imkanlarının da əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradır. Müasir standartalar cavab verən yol infrastrukturu iqtisadi inkişaf üçün də mühüm əhəmiyyət kəsb edir. Yeni yolların tikintisi iləö yanaşı, möpvcud yolların ye4nidən qurulmasına da xüsusi əhəmiyyət verilir.

Məhz bu minvalla Gədəbəy rayonunda 22.2 km. uzunluğa malik avtomobil yolları yenidən qurulur. Başlanğıcını respublika əhəmiyyətli Gədəbəy-Şəmkir avtomobil yolundan götürən Arıqdam-Söyüdlü-Soyuqbulaq avtomobil yolu 2 istiqamət üzrə yenidən qurulur.

Hər iki istiqamət üzrə yolların əsaslı şəkildə yenidən qurulmasında məqsəd vətəndaşların rahat gediş-gəlişini təmin etmək, yük və sərnişin daşımasını rahatlaşdırmaqla qeyd olunan ərazilərdə vətəndaşların sosial rifah halına müsbət təsir edən kənd təsərrüfatının və turizmin inkişafını sürətləndirməkdir.

16 km. uzunluğa malik Arıqdam-Soyuqbulaq və 6.2 km. uzunluğa malik Soyuqbulaq-Günəşli avtomobil yolları 4-cü texniki dərəcəyə uyğun inşa edilir.Yolların uzun müddət təmir olunmadan istismarı nəticəsində yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulmuş, hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmiş, yolun 2840 metr hissəsi ortalama 1.5  metr dərinlikdə  yararsız vəziyyətə  düşmüşdü. Sadalanan problemlərin, o cümlədən yollar boyu hərəkət nəticəsində yaranmış maneələrin aradan qaldırılması üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yol boyu lazımi sayda qüvvə cəlb etməklə təxirəsalınmaz tədbirlərə start verib. "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, yolun 14 km-lik hissəsində normativ eni almaq üçün dağ yamacları mexanizmlə kəsilərək yolda geişləndirmə işləri aparılıb, bəzi hisslərdə torpaq yatağının 1 metr qalınlıqda yuyularaq azalmış hissələri xüsusi qrup qruntla doldurub, bundan başqa yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb və əks dolğu işləri görülərək yeni torpaq yatağı inşa edilib. Mövcud suötürücü borular yararsız vəziyyətdə olduğu üçün layihə çərçivəsində yenilənməsi işləri də aparılır. Belə ki, yol boyu müxtəlif diametrlərə malik 242 paqon-metr uzunluğunda dairəvi dəmir-beton borular quraşdırılıb izolyasiyua olunur. Bundan başqa yolun qazma hissəsində mövcud küvetlər tam dolduğu üçün 14 590 paqon-metr uzunluğunda küvetlər təmizlənir. Bunun ardınca torpaq yatağı profilə salınaraq yol əsasının inşası işləri aparılıb. Karxana çınqılı ilə əsasın alt, optimal qum-qırmadaş qarışığı ilə isə əsasın üst layı inşa edilib. Hazırda yolun 130 min kv.m-dən çox sahəsinə əlaqələndirici bitum səpilməklə 2 laydan ibarət 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənir. Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, avtonəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yol kənarında 1090 paqon-metr uzunluğunda əyrixətli tirlər və dirəklər quraşdırılacaq, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində vətəndaşların rahat gediş-gəlişinin təmin olunmasına hesablanmış yol infrastrukturu layihələrinin uğurla  icrası Astara rayonunda da davam etdirilir.

Beləki, Astara rayonunda bu çərçivədə 11.6 km uzunluğa malik və 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolu yenidən qurulur. Astara rayonunun 20 mindən artıq əhalisi olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yol uzun illər təmir olunmadan istismar olunduğundan yolun hərəkət hissəsində qabarma və çökmələr əmələ gəlmişdi. Bu isə öz növbəsində hərəkətdə müəyyən problemlərə  səbəb olurdu. Məhz bütün bunlar nəzərə alınaraq hazırda yol boyu genişmiqyaslı yenidənqurma işləri aparılır. Layihəyə uyğun olaraq köhnə asfalt-beton örtüyü sökülərək kənara daşınıb, deformasiyaya uğramış hissələr qazılaraq çıxarılıb, əks-dolğu işləri aparılaraq kipləşdirmə işləri görülüb və 12 metr enində yeni yol yatağı inşa edilib. Həmçinin suvarma məqsədi ilə tikilmiş metal borular yararsız vəziyyətdə olduğu üçün zəruri yerlərdə 300 və 500 mmdiametrli yeni borular quraşdırılıb. "İnşaat Norma və Qaydaları"nın tələblərinə əsasən, hazırda yol boyu 130 min kv.m sahədə layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının alt və üst layının inşası işləri aparılır. Bundan başqa yolun kənarı ilə səth sularının kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa olunur, həmçinin zəruri ərazilərdə istinad divarları tikilir. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yola iri və xırda dənəli asfalt-beton örtüyü döşənəcək. Layihənin sonuncu mərhələsində yol çiyinlərinin optimal qum-çınqıl qarışığı ilə bərkidilməsi, yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yolcizgi və yolgöstərici xətlər çəkiləcək.Yolun yenidən qurulması ilə vətəndaşların istər rayon mərkəzinə, istərsə də Ələt-Astara magistral avtomobil yolu vasitəsi ilə respublikanın digər şəhər və rayonlarına rahat gediş-gəlişi təmin olunacaq, ərazidə insanların sosial həyat şəraitinə müsbət təsir edən sahələr inkişaf edəcək.

Magistiral yolların tikintisi və yenidən qurulması ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradır.

Məhz, Masallıda  38 min nəfər əhalinin gediş-gəlişini təmin etmək üçün ümumi uzunluğu 16  km olan Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə avtomobil yollarının tikintisi bitmək üzrədir. Uzun müddət əsaslı şəkildə təmir olunmayan yolların yenidən qurulmasında məqsəd yol boyu 15 yaşayış məntəqəsində yaşayan 38 min nəfər əhalinin gediş-gəlişini təmin etmək, rayon mərkəzinə, həmçinin M3 Bakı-Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla yük və sərnişin daşımasını asanlaşdırmaqdır. Sözügedən yollarda işlər texnloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunmaqla aparılan yenidənqurma işləri çərçivəsində torpaq və çınqıl örtüklü olan yollar 4-cü texniki dərəcəyə uyğun təkmilləşdirilir. Yolların eni 10 metrə qədər genişləndirilib. Bura 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri öz növbəsində bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb. Tikinti layihəsinə uyğun olaraq yararsız qruntun qazılıb çıxarılması, əvəzinə yararlı material tökülərək əks-dolğu və kipləşdirmə işləri aparılmaqla yeni yol yatağı inşa olunub. Bunun ardənca lazımi qarışıqlardan istifadə etməklə 2 laydan ibarət yol əsasının inşası işləri də aparılıb. Hazırda isə avtomobil yolu asfaltlanır. Tikinti norma və standartlarına uyğun olaraq yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənir. Bu işlər yolun 100 min kv.m sahəsini əhatə edir. Yol boyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədi ilə müxtəlif diametrlərə malik 11 ədəd suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı km-də yerləşən 46 paqon-metr uzunlyğunda olan avtomobil körpüsü təmir edilib. Tikinti layihəsinin sonuncu mərhələsində yol boyu 15 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdıırlacaq, üfiqi nişanlanma xətləri çəkiləcək. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılaraq vətəndaşlarımızın istifadəsinə veriləcək. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırlması nəzərdə tutulub.

Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR