Azərbaycan Sankt-Peterburqda Dünya Neft Şurasının tədbirlərində təmsil olunacaq

Sabah Energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının növbəti iclası və 6-cı Gənclər Forumunda iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. "OLAYLAR" xəbər verir ki,  62 üzvdən ibarət Dünya Neft Şurasının 22 iyun tarixində keçiriləcək iclasında Azərbaycan geniş nümayəndə heyəti ilə təmsil olunacaq.Tədbirdə Energetika naziri Pərviz Şahbazovun çıxışı, neft ölkəsi kimi Azərbaycanın tarixi və müasir inkişafından bəhs edən videoçarx və təqdimatlarınnümayişi nəzərdə tutulub. Həmçinin,Dünya Neft Şurası üzvlərini ölkəmiz barəsində daha ətraflı məlumatlandırmaq məqsədi ilə Azərbaycanxüsusi stendlə təmsil olunacaq.

İclas çərçivəsində Dünya Neft Şurasının 2023-cü ildəki 24-cü Dünya Neft Konqesinə ev sahibliyi edəcək ölkə də müəyyənləşdiriləcək. 2005-ci ildən Dünya Neft Şurasında təmsil olunan Azərbaycan da tədbirin ev sahibliyinə 5 namizəd ölkədən biridir.

İyunun 23-də isə Energetika naziri Pərviz Şahbazov Dünya Neft Şurasının təşkilatçılığı və Rusiya Energetika Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Gənclər Forumunda iştirak edəcək. Forumda "Enerji transformasiyası, gələcəyin enerji xəritəsi" mövzusunda Rusiyanın energetika naziri Aleksandr Novakla yanaşı Energetika Naziri Pərviz Şahbazov da çıxış edəcək.

Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində üç ildən birkeçirilən forum neft-qaz sahəsində gənc mütəxəssislər, ekspertlər və şirkətlərin təcübələrini bölüşdüyü beynəlxalq platforma hesab edilir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR