Pensiyalar daha 15 faiz artacaq

"Bildiyiniz kimi, pensiya sahəsində aparılan islahat 750 min insanı əhatə edəcək. Bu isə ümumi pensiyaçılarımızın təqribən 60%-i deməkdir. Yerdə qalan 40%-i isə yaddan çıxmayıb". "Olaylar" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev pensiyalarla bağlı danışarkən deyib. Nazir bildirib ki, 2020-ci ilin yanvarından pensiya artacaq: "Orta aylıq əməkhaqqı artımı proqnozumuz bu il üçün 15% -dir. Buna uyğun olaraq 2020-ci ilin bir yanvarından bütün pensiyaçılarımızın pensiyası əlavə 15% olaraq artacaq".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR