Bu şəxslərin də maaşı artırıldı - QƏRAR

"Azərbaycan Respublikasının vergi orqanları işçilərinin aylıq vəzifə maaşları haqqında" Nazirlər Kabinetinin 2014-cü il 4 fevral tarixli 32 nömrəli qərarında dəyişiklik edilib.

Bu barədə Baş nazir Novruz Məmmədov qərar imzalayıb.

Qərara əsasən, vergi orqanlarının xidməti heyətinin vəzifə maaşları 171 manatdan 180 manata qaldırılıb.

Bu qərar 2019-cu il martın 1-dən tətbiq edilir.

Qeyd edək ki, xidməti heyətə yardımçı fəhlə, gözətçi, bağban, ocaqçı və digərləri daxildir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR