Regional proqramların icrası uğurla davam etdirilir

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları Azərbaycanın hərtərəfli inkişafına zəmin yaradıb. Bölgələrdə yeni iş yerlərinin açılması, əhalinin kommunal problemlərinin həlli, onların elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yol infrastrukturunun yeniləşdirilməsi, müasirləşdirilməsi, təhsil və səhiyyə sahəsində komleks tədbirlərin həyata keçirilməsi və bu kimi əhəmiyyətli nüanslar Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində müvəffəqiyyətlə həyata keçirilib. Şəhər və rayonların, kənd və qəsəbələrin inkişafı fonunda görmək mümkündür ki, 15 ildir uğurla icra edilən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarından respublikanın hər bir bölgəsinə, şəhərinə, rayonuna, hətta ucqar dağ kəndinə belə pay düşüb. Bütün bunların həmin şəhər və rayonların, kənd və qəsəbələrin inkişafı fonunda görmək mümkündür. Kompleks şəklində inkişafa aparan regional proqramların uğurla icrası nəticəsində  kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması üçün bitkiçilik və heyvandarlıq sahələri inkişaf etdirilmiş, ərzaq məhsulları ilə özünü təminetmə səviyyəsi daha da yaxşılaşdırılmışdır. Bundan əlavə, son illərdə sahibkarlığın inkişafına dövlətin maliyyə dəstəyi daha da yaxşılaşmış, güzəştli kreditlərin həcmi əhəmiyyətli dərəcədə artmışdır. İqtisadiyyatın sürətlə inkişafı, dünya ölkələri arasında nüfuzunun yüksəlməsi ölkəmizə marağın artmasına səbəb olmuş, respublikamıza gələn əcnəbilərin ildən-ilə çoxalmasına, bir sözlə, turizm fəaliyyətinin genişlənməsinə şərait yaratmışdır. Ölkənin sosial-iqtisadi həyatında mühüm rol oynayan informasiya və rabitə sahəsinin inkişafında 8,2 dəfə artıma nail olunmuşdur. Qeyri-neft sektorunun davamlı inkişafını təmin edilib, ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılmışdır. Müasir texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq istiqamətində Sumqayıt Texnologiyalar Parkının, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye Parklarının, Yüksək Texnologiyalar Parkının yaradılması da mühüm əhmiyyət kəsb edir.

Regional İnkişaf Dövlət Proqramlarının icrası nəticəsində əhalinin həyat səviyyəsi davamlı olaraq yüksəlməkdədir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq bölgələrimizdə içməli su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri aparılır. Möhtərəm Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının  fasiləsiz və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq mühüm layihələr icra edilib. Bu yaxınlarda Salyan şəhərininin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulub. Babazanlı yaşayış massivində yeni içməli su təchizatı infrastrukturu yaradılıb. Aran bölgəsində yerləşən Salyan rayonunda içməli su təchizatı həmişə aktual olub. Salyan şəhərində yeni mənbədən suyun verilməsinə başlandıqdan sonra şəhərdə su və kanalizasiya şəbəkələrinin yenilənməsi işləri davam etdirilir.Şəhərin uzun illərdir içməli sudan əziyyət çəkən Babazanlı yaşayış massivində də içməli su layihəsi icra olunub. Babazanlı yaşayış massivi Salyan şəhərinin böyük bir hissəsini əhatə edir. Burada mərkəzləşdirilmiş su təchizatı sustemi mövcud olmayıb. Sakinlər uzun illər fərdi qaydada quraşdırılmış nasoslar vasitəsilə Kür çayından götürülmüş sudan istifadə edilib. Babazanlı yaşayış massivinə içməli su Şirvan-Muğan qrup su kəmərindən Salyan şəhərinə çəkilmiş magistral xətdən verilir. Babazanlı qəsəbəsində 16 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılıb. 700-dək ev yeni yaradılmış şəbəkəyə qoşulub və abonentlər sayğacla təmin olunub. Bununla da Babazanlı yaşayış massivinin 3 minədək sakini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunub.

Bundan əlavə regional proqramlar çərçivəsində Qəbələ şəhərində əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədilə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatdırılıb. Qəbələ şəhərində əhalini dayanıqlı və keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə Dəmiraparançayın yatağında 8 subartezian quyusu qazılıb. Su mənbəyindən Qəbələ şəhərinə  10,5 km magistral su xətti  çəkilərək yeni şəbəkəyə birləşdirilib.  Layihə çərçivəsində şəhərdə ümumi tutumu 10400 kubmetr olan 6 su anbarı, xlorator qurğusu və  laboratoriya binası inşa edilib.

Prezident İlham Əliyevin ötən il imzaladığı sərəncama əsasən, Qəbələ şəhərində su təchizatı və kanalizasiya sistemlərinin tikintisi sürətləndirilib və şəbəkələrin inşasıbaşa çatdırılıb. Ümumilikdə Qəbələ şəhərində 132 km içməli su şəbəkəsi yaradılıb, 7 mindən çox abonent  yeni şəbəkəyə qoşulub və sayğaclaşma işləri aparılıb. Şəhərdə 123 km kanalizasiya şəbəkəsi və tullantı sularının təmizləyici qurğuya ötürülməsi məqsədilə 8,2 km uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Qəbələ şəhərində yaranacaq tullantı sularının təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 4400 kubmetr olan tullantı sutəmizləyici qurğunun tikintisi də yekunlaşmaq üzrədir. Ümumilikdə Qəbələ şəhərində icra olunan içməli su və kanalizasiya layihəsindən 30 min nəfər faydalanacaq. Abonentlərə göstərilən müştəri xidmətlərinin yaxşılaşdırılması məqsədilə Qəbələ Sukanal Sahəsi üçün müasir tipli inzibati binanın tikintisi də  yekunlaşmaq üzrədir. Qəbələ şəhərində 1950-60-ci illərdə yaradılmış ilk su təchizatı və kanalizasiya sistemləri şəhəri tam əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü.

Dövlət başçımız əhalinin içməli su təminatını daim diqqətdə saxlayır. Bu istiqamətdə görülən böyük işlər və əldə olunan uğuirlu nəticələr də bu diqqəti bir daha sübut edir.

Su təchizatı və kanalizasiya sektoru ilə yanaşı yol infrastrukturu da əhalinin rahatlığının təmin olunmasında əhəmiyyətli rol oynayır. Yol infrastrukturu həmçinin iqtisadi inkişaf üçün də mühüm amildir. Bu minvalla regionlarda magistral yolların tikintisi və yenidənqurulması, xüsusi ilə kənd yollarının tikintisi, əsaslı təmiri göz önündədir.

Bu yaxınlarda, Xudat-Nabran avtomobil yolu əsaslı şəkildə təmir olunub. Regional proqramlar turizm sektorunun inkişafında mühüm rol oynayır. Xudat-Nabran avtomobil yolunun əsaslı şəkildə təmir olunması da Dəniz turizmi istiqamətini inkişaf etdirmək və insanların Xəzər dənizində səmərəli istirahətini təmin etmək məqsədi ilə dövlət başçısının tapşırığı ilə bu istiqamətdə qurulub. Respublika əhəmiyyətli Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 49-74-cü km-lik hissəsini təşkil edən Xudat-Nabran yolunun bərpası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək sürətlə və keyfiyyətlə, bu yoldan istifadə edən vətəndaşlarımızın gediş-gəlişinə maneə yaratmadan icra olunub. 1977-ci ildə inşa olunan Gəndob-Xaçmaz-Yalama avtomobil yolu uzun illər istismar olunduğundan, yolun hərəkət hissəsində çökmələr, sürüşmə xarakterli deformasiyalar əmələ gəlmişdi və əsaslı şəkildə təmirinə ehtiyac yaranmışdı. Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xudat-Nabran hissəsi III texniki dərəcəyə uyğun bərpa olunub. Yolun hərəkət hissəsi 7.5 m enində nəzərə alınmaqla və 2 layın döşənməsi işləri aparılmaqla asfaltlanma işləri 180 min kv.m-dən çox sahəni əhatə edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında texnoloji ardıcıllığa riayət olunmaqla aparılan bərpa işləri yol boyu yerləşən 15 yaşayış məntəqəsinin əhalisinin gediş-gəlişinin rahatlaşmasına gətirib çıxarmasından başqa, yoldan istifadə edən xarici qonaqların və turistlərin də rahat şəkildə mənzil başına çatmasına imkan yaratmaqla dəniz turizminin inkişafına gətirib çıxaracaq. Bu isə öz növbəsində yol boyu yaşayan əhalinin maddi rifahının yüksəlməsinə və müxtəlifyönlü, səmərəli işlərin reallaşması deməkdir.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2018-ci ilin may ayının 4-də Xaçmaza səfəri çərçivəsində Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 24-48 kilometrlik hissəsini təşkil edən Xaçmaz-Xudat avtomobil yolunun açılışını edib.

Bu yolun təmiri ilə zəngin mədəni-tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan turizm sahəsində böyük inkişaf perspektivlərinə malikdir. Ölkəmizdə turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də turizm potensialı daha da genişləndirilir.

Regional inkişafda aparılan siyasətin təməlində Azərbaycan prezidentinin düşünülümüş və uzaqgörən siyasəti dayanır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR