Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır

Azərbaycanda uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz dünyanın sürətli inkişaf yolunda irəliləyən, böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır

Bu gün Azərbaycan postsovet məkanında inkişaf dinamikasına görə ön sırada yer alan ölkələrdəndir ki, buna səbəb cənab prezidentin imzaladığı Dövlət Proqramlarıdır. Beynəlxalq qlobal böhranlara baxmayaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın iqtisadi gücü anban artmaqdadır. Azərbaycanda uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz dünyanın sürətli inkişaf yolunda irəliləyən, böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır. Dövlət başçısının məqsədyönlü, konkret hədəflərə istiqamətlənmiş fəaliyyəti ölkənin siyasi və sosial-iqtisadi həyatı ilə bağlı problemlərin həllinə sistemli və kompleks yanaşmanı təmin etmiş, qarşıya qoyulan vəzifələri yerinə yetirmək üçün ən səmərəli üsul və vasitələrin seçilməsinə imkan vermişdir. Bölgələrdə aparılan quruculuq işləri və uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatlar nəticəsində ölkəmiz dünyanın sürətli inkişaf yolunda irəliləyən, böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərindən biri kimi tanınır.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Milliyyətindən, irqindən, dinindən asılı olmayaraq ölkəmiz bütün ölkələrə ev sahibliyi edir. Dünya səviyyəli yarışlar yüksək səviyyədə müvəffəqiyyətlə başa çatır, bütün sahələrdə inkişaf bariz olaraq özünü göstərir, şagirdlərimizin, tələbələrimizin savadlı kadr kimi inkişafı üçün hər cür şərait yaradılır. Bütün ölkələrinin diqqətini çəkən, xalqın tələbatlarını, problemlərini yüksək səviyyədə, qısa müddətdə həll edən "Asan" xidmət və "Dost" mərkəzinin açılması, xalqın rifahı, inkişafı üçün hər il sərəncam və fərmanların qəbul olunması, müstəqilliyimizin, birliyimizin, bərabərliyimizin daha da möhkəmlənməsi, güclənməsi, güclü ordumuz, məhz bu inkişafın, uğurların bir qismidir. Bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.

Regionların sosial inkişafı naminə cənab prezident tərəfindən imzalana Dövlət Proqramı sayəsində dağlıq bölgələrimizdə aparılan yenidən qurma işləri sayəsində turizm yüksək inkişaf mərhələyə qədəm qoyub. Dünya standartlarına cavab verən yeni yollar sayəsində məsafələrdə vaxt itgisi demək olar ki, yoxdur. Hər kəs çox rahat şəkildə istirahət zonasına çatır. Bunlar olmadığı təqdirdə ucqar bir yerdə böyük turizm kompleksi yaratmağın heç bir əhəmiyyəti yoxdur. Çox vacib şərtlərdən biri turistin istirahət obyektinə rahat getməsi, orada yüksək səviyyəli xidmət görməsi və təhlükəsizliyinin təmin olunmasıdır. Bu mənada dövlət proqramları dolayısı ilə turizm üçün baza rolunu oynayacaq müasir infrastrukturun formalaşdırılması ilə xarakterizə olunur. Dövlət proqramlarında eyni zamanda daha çox birbaşa turizmlə əlaqəli olan, bu sahəyə xidmət edən müvafiq strukturun yaradılması da nəzərdə tutulur. İqtisadi İnkişaf Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu turizmin regionların sosial-iqtisadi inkişafında əhəmiyyətini nəzərə alaraq turizmlə bağlı layihələrin maliyyələşdirilməsini həyata keçirir. Fondun vəsaitləri hesabına Azərbaycanın müxtəlif rayonlarında son illər ərzində turizmin inkişafı ilə bağlı bir çox layihə maliyyələşdirilib. Bu gün Fonda təqdim olunan layihələrin maliyyələşdirilməsində məhz neçə yeni iş yerinin yaranacağı əsas meyarlardan biri kimi götürülür.

Son illər ərzində turizm təşkilatları və media qurumları arasında yaranan peşəkar əlaqələr Azərbaycan turizminin təbliğ olunması və ölkəmizdə turizmin inkişafına öz töhvəsini verir. Azərbaycanın sağlamlıq turizmi ilə bağlı ənənələri mövcuddur. Bu ənənələri bərpa edərək yeni

innovativ sistemləri təqdim etməklə daha da geniş coğrafiyada tanıtmaq mümkündür. Başlıca məqsədimiz ölkəmizin bu sahədə potensialını daha geniş şəkildə təbliğ etməkdir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ilə yanaşı, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş "2002-2005-ci illərdə Azərbaycanda turizmin inkişafı proqramı" da ölkəmizdə turizm sektorunun dirçəlməsinə təkan verib. 2002-ci ildən başlayaraq hər il Bakıda Beynəlxalq Turizm Sərgisinin (AİTF) keçirilməsi də bu baxımdan ciddi rol oynayıb. Azərbaycan Prezidenti İlham Əliyevin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" isə ölkəmizdə bu sahənin inkişafı üçün daha ciddi əsas yaradıb.Dövlətimizin başçısı ölkəmizdə turizmin inkişafını vacib istiqamətlərdən biri kimi şəxsən diqqətdə saxlayır.

Göstərilən diqqət və qayğının nəticəsidir ki, dünyada turizm sahəsində böhran və çətinliklərin olmasına rəğmən, Azərbaycan turist sayının yüksək artımına nail olub. Bu, ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin nəticəsi olmaqla yanaşı, həm də dövlət tərəfindən turizm sahəsinə göstərilən diqqətin təzahürüdür. Bu amil ümid etməyə tam əsas var ki, növbəti illərdə bu göstərici qat-qat yüksək olacaq.

Respublikamızın əldə etdiyi nailiyyətlər onun beynəlxalq aləmdəki nüfuzunu getdikcə yüksəltdi və dünyanın qüdrətli dövlətləri cərgəsinə qoşdu.  Prezident İlham Əliyevin reallaşdırdığı inkişaf konsepsiyası bütün azərbaycanlıların həyatına birdəfəlik daxil oldu. Çünki onun müəyyənləşdirdiyi dövlət siyasətinin mərkəzində ancaq bir qüvvə - Azərbaycan vətəndaşı dayanır. Bu illər ərzində İlham Əliyev gördüyü işlərlə bir daha sübut etdi ki, o, doğrudan da hər bir Azərbaycan vətəndaşının prezidentidir. İndi, həqiqətən də, Azərbaycan etibarlı, qabiliyyətli əllərdədir. Prezident İlham Əliyevin ölkəmizə böyük istedad və bacarıqla rəhbərlik etməsi, Heydər Əliyev siyasi kursunu, onun Azərbaycan naminə amallarını böyük ustalıqla davam etdirməsi hər birimizin qəlbini iftixarla döyündürür. Davamlı və dinamik inkişafı özündə ehtiva edən özünəməxsus milli inkişaf modeli ilə tanınan Azərbaycan hazırda inkişafının keyfiyyətcə yeni mərhələsini yaşayır və yeni-yeni uğurlara imza atır. Bu, artıq bütün dünyada qəbul edilir. Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir.

Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir.

Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla reallaşdırılan siyasi kurs Azərbaycanı böyük uğurlara aparan ən doğru yoldur.

Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Respublikamız son illərdə sürətlə inkişaf edərək və dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirmişdir.

Çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Prezident İlham Əliyev isə ulu öndərin yaratdığı geniş fəaliyyət perspektivlərini məharətlə doğru-düzgün dəyərləndirərək xalqı daha firavan gələcəyimizin yoluna işıq saçan yeni üfüqlərə doğru aparmaqdadır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR