Energetika Nazirliyi Yaponiya şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

Energetika Nazirliyi və Yaponiyanın "Mitsui" şirkəti arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. "OLAYLAR"-a nazirlikdən bildirilib ki, nemorandum Azərbaycanda bərpa olunan enerji layihələrinə investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığınəzərdə tutur.Sənədə əsasən, Azərbaycanda iqtisadi baxımdan sərfəli bərpa olunan enerji layihələrinə investisiya qoyuluşunu təşviq edəcək normativ bazanın yaradılması üçün əsas amillər müəyyənləşdiriləcək və inkişaf etdiriləcək.

Memorandumu Energetika nazirinin müavini Samir Vəliyev və "Mitsui"şirkətinin Avropa, Orta Şərq və Afrika ölkələri üzrə vitse-prezidenti Moçida Keniç iimzalayıb.

Nazir müavini Samir Vəliyev Azərbaycanda bərpa olunan enerji potensialı, bu sektorun inkişafına investisiya qoyuluşunun təşviqi ilə bağlı görülən işlər barədə danışıb və "Mitsui" şirkəti ilə əməkdaşlığın ölkəmizdə bərpa olunan enerji sahəsinin inkişafına,  birgə layihələrin həyata keçirilməsinətöhfə verəcəyini bildirib.

"Mitsui" şirkətinin vitse-prezidenti Moçida Keniçi isə bu sənədibərpa olunan enerji sahəsində Azərbaycan-Yaponiya əməkdaşlığının nümunəsi kimi qiymətləndirib.Bildirilib ki, şirkət Azərbaycanda bərpa olunan enerji, xüsusilə külək enerjisi sahəsində həyata keçiriləcək layihələrə investisiya qoymaq niyyətindədir.

Görüşdə bərpa olunan enerjisahəsində gələcək əməkdaşlığın əsas hədəf və istiqamətləri ilə bağlı müzakirələr aparılıb. Həmçinin"Mitsui" şirkətininiştirakı ilə Braziliya, Yaponiya, Avstraliya və digər ölkələrdə reallaşdırılan külək,su, istilik, günəş, qaz, kömür elektrik stansiyalarılayihələri barədə məlumat verilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR