Bakı daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək

İyunun 20-də Azərbaycan, Milli Məclis (MM) daha bir nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcək. "Olaylar" xəbər verir ki, Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 53-cü Baş Assambleyası öz işinə başlayacaq. Təxminən 7-8 saat davam edəcək Baş Assambleyanın iclasında spiker Oqtay Əsədov başda olmaqla MM rəhbərliyi, QDİƏT PM-in rəhbər şəxsləri, Türkiyə, Ukrayna, Serbiya, Yunanıstan, Gürcüstan və digər üzv ölkələrin parlamentariləri iştirak edəcək. İclasda Ermənistanın QDİƏT PM-dəki nümayəndə heyəti üzvlərinin də iştirakı gözlənilir. Qeyd edək ki, Azərbaycanın QDİƏT PM-dəki nümayəndə heyətinə millət vəkili Eldar Quliyev rəhbərlik edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR