Alternativi olmayan sosial islahat

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onun aztəminatlı təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması daim Azərbaycan dövlətinin, xüsusilə də Prezident İlham Əliyevin əsas diqqət mərkəzində olub. Zaman-zaman dövlət başçısı tərəfindən bu istiqamətdə atılan addımlar, imzalanan fərman və sərəncamlar, qəbul edilən Dövlət Proqramları fonunda biz bunun əyani şahidini çevrilmişik. Keçən ilin sonlarından etibarən isə ölkədə demək olar ki, geniş bir masştabı əhatə edən sosial açılım həyata keçirilir. Bir-birinin ardınca atılan addımlar haqlı olaraq sosialyönümlü inqilab, yaxud sosial sıçrayiş kimi də xarakterizə edilir. Keçən il ərzində bir neçə dəfə maaş və pensiyaların artırılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yüksəldilməsi, bu məqsədlə onlara verilən yardımın həcminin nəzər çarpacaq dərəcədə artması, tələbələr, elmi işçilər, eləcə də bu kateqoriyada olan şəxslərin təqaüdlərinin artırılması kimi faktlar deyilənləri təsdiq edir. Ötən müddət ərzində dövlət başçısının sosial sahədə atmış olduğu ən ciddi addımlarda biri də şəhid ailələri və onlara bərabər tutulan şəxslərə birdəfəlik yardımın (11 min manat) ayrılması, həmçinin problemli kreditlərlə bağlı bir neçə ildir ki, mövcud olan qeyri-müəyyənliyin aradan qaldırılması oldu. Həqiqətən də dövlət başçısı tərəfindən atılan bu kimi addımlar təkcə daxildə deyil, hətta xaricdə yüksək dəyərləndirilir, təqdir olunurdu.

Ötən gün isə Cənab Prezident daha bir inqilabi sıçrayışa, islahata imza atdı desək yanılmarıq. Söhbət minimum əmək haqqının, eləcə də büdcədən maliyyələşən bir sıra dövlət qurumlarında çalışanların vəzifə maaşlarının artırılmasından gedir. Azərbaycada əhalinin sosial müdafiəsinin gücləndirilmısi istiqamıtində genişmiqyaslı tədbirlərin davamı olaraq imzalanan həmin sərəncamlara əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və aparatı, Gəncə bölməsinin aparatı, Heydər Əliyev Mərkəzi, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi, Azərbaycanda Atatürk Mərkəzi, Azərbaycan Respublikasının dövlət arxivləri və onların filialları, rayon (şəhər) dövlət arxivləri, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyi və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin rəhbər və digər işçilərinin işçilərin aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılıb.

Eyni zamanda Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının,  aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları da orta hesabla 40 faizi həcmində artırılıb.

Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə dövlət orqanlarının tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən qurumların dövlət qulluqçusu olmayan işçilərinin (Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan işçilər istisna olmaqla) vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 40 faiz artırılmasını təmin etmək tapşırılır. Həmçinin Nazirlər Kabinetinə tapşırılır ki, qeyd edilən rəhbər və digər işçilərin vəzifə maaşlarının yeni məbləğlərini təsdiq etsin.

Göründüyü kimi, dövlət başçısının yeni sosial paketi əhalinin rifahına ciddi dəstək tədbirlərinin uğurla davam etməsinə, nəticə etibarilə əhalinin rifah halının yüksəldilməsi sahəsində ardıcıl irəliləyişlərin reallaşdırılmasına imkan verir.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövlət qulluqçularının, hərbi qulluqçuların, hüquq-mühafizə orqanı əməkdaşlarının və digər xüsusi rütbəli şəxslərin, müəllimlərin, habelə dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan işçilərin əməkhaqlarının nəzərəçarpacaq dərəcədə artırılması barədə sərəncamlar Azətbaycan dövlətinin həyata keçirdoyi sosial siyasətin inqilabi xarak ter daşıdığını, dövlətin vətəndaş.üçün olduğunu bir daha əyani şəkildə göstərir.

Sosial ədalət prinsiplərinin daha da möhkəmləndirilməsi məqsədi ilə ölkə başçısı tərəfindən minimum əməkhaqqı məbləği 40 faizə yaxın artırılaraq 250 manata çatdırılıb ki, bu da özəl sektorda çalışan 350 min vətəndaşla yanaşı, dövlət sektorunda Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alan 600 minə yaxın şəxsin əməkhaqqının artımına səbəb olacaq.

Ölkə başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial  təminatının və rifahının dayandığını özündə növbəti dəfə bariz şəkildə ehtiva edən bu qərarlar ümumilikdə 2,0 milyondan çox insanı əhatə etməklə, həm dövlət orqanlarında, həm də özəl sektorda çalışan şəxslərin maddi vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıracaq.

Prezident İlham Əliyev tərəfindən ötən gün imzalanmış sərəncamlar cəmiyyətin bütün təbəqələri tərəfindən birmənalı olaraq müsbət dəyərləndirilib.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, dövlət başçısı tərəfindən imzalanan sərəncamlar faktiki olaraq milyonlarla vətəndaşlarımızın gəlirlərin əhəmiyyətli dərəcədə artamsına səbəb olacaq: "Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyevin sərəncamı ilə ölkədə minumum əmək haqqı sentyabr ayının birindən 250 manat oldu. Yada salım ki, ilin əvvəlindən bu məbləğ 130 manat idi, martın birində 180 manata qaldırıldı. Beləliklə, ilin əvvəlindən Azərbaycanda nimum əmək haqqı iki dəfə artırılmış oldu. Bundan başqa cənab Prezidentin imzaladığı digər sərəncamlarla dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatların işçilərinin, hərbi qulluqçuların, diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları və bir sıra digər təşkilatların işçilərin əmək haqqı 40 faiz artırılıb. Əmək haqqlarının aratırılması ilə bağlı sərəncamlar imzalanmaqda davam edir. Bu faktiki olaraq milyonlarla vətəndaşlarımızın gəlirlərin əhəmiyyətli dərəcədə artamsına səbəb olacaq. Maaş artımı Azərbaycan üzrə orta əmək haqqının da müvafiq olaraq xeyli artmasına gətirib çıxaracaq". Millət vəkilinin sözlərinə görə, Cənab Prezident dəfələrlə öz çıxışlarında əmək haqqlarının artacağını elan etmişdi və onun apardığı siyasət növbəti dəfə sadə vətəndaşın rifahında öz nəticəni konkret olaraq göstərir.

Millət vəkili Azər  Badamov isə hesab edir ki, ölkəmizin iqtisadi gücü artdıqca dövlət tərəfindən əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter alır: "Bu ilin əvvlində ölkə başçısının imzaladığı sosial paketi çərçivəsində 3 milyondan çox vətəndaşın gəlirləri artmışdı. Amma bu paketin imzalanmasından sonra qeyd olunmuşdu ki, bu son deyil və il ərzində yeni artımların olacağının şahidi olacağıq. Artıq dünən ölkə başçısı növbəti sosial paketin icarsına sərəncam verdi. Sərəncama uyğun olaraq ölkədə minimum əmək haqqı 70 manat artıralaraq 250 manata çatdırılması nəzərdə tutulur. Minimum əmək haqqının və dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqlarının artırılması ilə bağlı imzalnmış növbəti sərıcamlar da ümumilikdə 2 milyondan çox insanın sosial rifahına müsbət təsir göstərəcək. Bu da hər bir ailəsinin büdcəsini artmasıdır". Millət vəkili Azər Badamov deyib ki,  minimum əmək haqqının alıcılıq qabiliyyətinə görə Azərbaycan MDB məkanında ikinci yerə çıxıb: "Əsası da odur ki, əhalinin pul gəlirləri artmasına baxmayaraq ölkədə infilyasiya minimum həddə qalmaqdadır. Bu da əhalinin artan pul gəlirləri fonunda alıcılıq qabiliyyətinin yüksəlməsi deməkdir".

Millət vəkili Eldəniz Səlimov isə qeyd edib ki, son sərəncamları ilə ölkə prezidenti bir daha Azərbaycan vətəndaşının yanında, onun sosial-iqtisadi durumunun, güzəranın  yaxşılaşmasında maraqlı olduğunu göstərdi. Onun sözlərinə görə, 18 iyun tarixində imzalanmış sərəncamlar Azərbaycan əhalisinin, ölkə vətəndaşlarının önəmli bir təbəqəsinin və hissəsinin  sosial-rifah halının  yaxşılaşmasına mütləq şəkildə öz müsbət təsirini göstərəcək, öz müsbət töhfəsini verəcək: "Bu sərəncamlar gerçəkdən tarixi və inqilabi sərəncamlardır. Hamısı birbaşa ölkə vətəndaşlarının, Azərbaycan əhalisinin rifahına, həyat şəraitinin, güzəranının yaxşılaşmasına yönəlmiş addımlardır. İnkişaf, tərəqqi edən, çiçəklənən Azərbaycanımıza da məhz bunlar yaraşır. İnkişaf, tərəqqi, çiçəklənmə birtərəfli ola bilməz, bunlar ilk növbədə həmin ölkənin sütünları, dayaqları sayılan insanların həyatında, yaşayışında özündə göstərməlidir. Azərbaycanda da məhz belədir, bunlar qoşa qanad kimi birlikdə addımlayır, həm ölkəmiz, iqtisadiyyatımız inkişaf edir, həm də insanlarımızın həyat şəraiti, güzəranı yaxşılaşır". Millət vəkili  hesab edir ki, bunlar sonuncu olmayacaq, indiyə qədər olduğu kimi, bundan sonra da bu addımlar,  bu artımlar davamlı xarakter daşıyacaq. 

"Hilal" təşkilatının  sədri Arzuman Abdulkərimov deyib ki, Prezidentin imzaladığı sərəncam ən azı iki milyon insanın sosial rifahını yaxşılaşdıracaq: "Hələ ilin əvvəlində anons etmişdik ki, çox ciddi sosial paket hazırlanır. Bu gün proqnozlarımız özünü doğrultdu. Müəllimlər, hərbiçilər, dövlət qulluqçularının maaşları 40 faiz artırıldı. Minimum ənək haqqı 180 manatdan, 250 manata ( ilin əvvəlindən bu günə kimi 2 dəfəyə yaxın) qaldırıldı.  Mən həmişə demişəm prezident İlham Əliyevin siyasətinin əsasını Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılması təşkil edir".

Rəsulzadə bələdiyyəsi sədrinin köməkçisi Jalə Tofiqqızı isə deyib ki,  dövlət başçısı İlham Əliyev tərəfindən imzalanmış sərəncamlar əmək qabiliyyətli əhalinin böyük əksəriyyətini əhatə edir: "Minimum aylıq əməkhaqqının 180 manatdan 250 manata çatdırılması, dövlət qulluqçularının aylıq vəzifə maaşlarının 50 faiz artırılması, hərbi və hüquq-mühafizə orqanlarının xüsusi rütbəli əməkdaşlarının və mülki işçilərinin əməkhaqlarının 40 faiz artırılması, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin vahid aylıq vəzifə maaşlarının orta hesabla 20 faiz artırılması, dövlət büdcəsindən maliyyələşən bir sıra digər təşkilatlarda çalışan şəxslərin aylıq vəzifə maaşlarının orta hesabla 40 faiz artırılmasını nəzərdə tutur. Cari ilin əvvəlindən etibarən qəbul edilmiş bu səpgili qərarlar qlobal iqtisadiyyatda baş verən neqativ meyillərin ölkə əhalisinin sosial təminatına mənfi təsirini minimallaşdırmağa imkan vermiişdirsə, hazırki sərəncamlar isə əhalinin gəlirlərinin artmasına, yığım imkanlarının genişlənməsinə şərait yaradacaq". Jalə Tofiqqızı qeyd edib ki, əməkhaqlarının əhəmiyyətli artımı əhalinin alıcılıq qabiliyyətinə müsbət təsir etməklə, iqtisadi aktivliyin daha da artmasına öz təhfəsini verəcək.

İqtisadçı ekspert Qadir İbrahimli isə bildirib ki, son 6 ayda minimum əməkhaqqı 2 dəfəyə yaxın artıb və bu artım dinamikasına görə yaxşı göstəricidir: "Sentyabrda minimum əmək haqqı 250 manat olacaq, fevralda 130 manat idi, martın 1-dən 180 manat oldu.  Ümid edək ki, davamlı tendensiya olacaq".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR