“Bursagaz” və “Kayserigaz”ın SOCAR Türkiyəyə təhvil-təslimi başa çatdı

Almaniyanın EWE şirkətinin Türkiyədəki törəmə müəssisələrinin SOCAR tərəfindən satın alınması prosesi yekunlaşıb. "OLAYLAR"-ın xəbərinə görə, , "SOCAR Türkiyə" İdarə Heyətinin sədri Vaqif Əliyev bununla bağlı deyib ki,  ""Bursagaz", "Kayserigaz", "Enervis", "EWE Enerji" və "Millenicom", "SOCAR Türkiyə"nin rəhbərliyi altında fəaliyyətlərinə davam edərək Türkiyə və Azərbaycan iqtisadiyyatına dəyər qatacaq.

EWE Turkey Holding'ə aid olan Bursagaz, Kayserigaz, Enervis, EWE Enerji ve Millenicom'un SOCAR Türkiyə'yə satışı tamamlandı. İmzalanma mərasimində SOCAR Türkiyə İdarə Heyətinin sədri Vaqif Əliyev, SOCAR Türkiyə icraçı direktoru Zaur Qəhrəmanov, EWE AG icraçı direktoru Stefan Dohler, EWE AG baş maliyyə inzibatçısı Wolfgang Mücher ilə iki şirkətin rəhbər şəxsləri qatılmışdır. 2019-cu ilin yanvarında satınalma sənədləri imzalanan və hazırda bu məsələyə dair bütün razılıqların əldə olunduğu 5 şirkət bu gündən etibarən STAR neft emalı zavodu, TANAP, Petkim, "SOCAR Terminal" və Petkim Külək Enerjisi Stansiyasının (KES) da daxil olduğu "SOCAR Türkiyə"nin nəzdində fəaliyyət göstərəcək.

"SOCAR Türkiyə" İdarə Heyətinin sədri Vaqif Əliyev "Bursagaz" ve "Kayserigaz"ın qrupa daxil olması ilə Türkiyədəki təbii qaz dəyər zəncirinin tamamlandığını bildirib və əlavə edib: "Türkiyə bazarına daxil olduğumuz gündən bəri fəaliyyət göstərdiyimiz sektorun dinamikasını və məhsuldarlığını nəzərə alaraq, bütün investisiyalarımızda inteqrasiyaya önəm verdik. 12 ildir Türkiyəyə təbii qaz nəql edirik. 2013-cü ildən isə təbii qazın topdansatışını həyata keçiririk. Türkiyə və Azərbaycan dövlətlərinin ən mühüm layihəsi olan və təbii qaz nəqlini təmin edən TANAP layihəsinin ən böyük tərəfdaşıyıq. Bu gündən etibarən "Bursagaz" və "Kayserigaz"ı "SOCAR Türkiyə"nin strukturuna daxil edərək qazpaylanma sahəsində fəaliyyət göstərməyə başlayırıq. Bu böyük inteqrasiyadan meydana gələcək sinerjinin həm şirkətimiz, həm də iki qardaş ölkə iqtisadiyyatı üçün çox mühüm əhəmiyyət kəsb etdiyinə inanıram".

Satın alınan şirkətlər arasında telekommunikasiya sektoruna aid "Millenicom"un da olduğunu xatırladan V. Əliyev bu şirkətin tikintisi TANAP ilə birlikdə davam edən 1.850 kilometrlik SOCAR Fiber layihəsi ilə sinerji yaradacağına əminliyini ifadə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR