Qlobal İctimai Nəqliyyat Sammiti keçirilib

İsveçin Stokholm şəhərində Beynəlxalq İctimai Nəqliyyat Birliyinin (UITP) təşkilatçılığı ilə Qlobal İctimai Nəqliyyat Sammiti keçirilib. Bakı Nəqliyyat Agentliyindən "OLAYLAR"-a bildirilib ki,  nəqliyyat sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlər, müxtəlif dövlətlərin nəqliyyat tənzimləyici orqanları və iri təchizatçıların iştirak etdiyi sammit çərçivəsində müzakirə panelləri və görüşlər təşkil edilib. Sammitdə ilk dəfə olaraq paytaxtın əsas nəqliyyat tənzimləyici orqanı Bakı Nəqliyyat Agentliyi də iştirak edib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti sammitdə bir sıra işgüzar görüşlər keçirib.  Avrasiya panelində "Bakıda ictimai nəqliyyat və gələcək planlar" ilə bağlı təqdimat olub. Təqdimatda Bakı Nəqliyyat Agentliyinin paytaxtın ictimai nəqliyyat sisteminin inkişaf etdirilməsi və beynəlxalq tədbirlərin təşkilindəki uğurlu təcrübəsi diqqətə çatdırılıb. Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR