İqtisadi inkişafın məqsədi insanların daha yaxşı yaşamasını təmin etməkdir

Azərbaycan iqtisadiyyatı özünün sürətli inkişaf dövrünü yaşayır. İqtisadi sahədə əldə edilən uğurlar, müsbət nəticələr isə öz-özlüyündə sosial sahəyə də təsir göstərir və əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində davamlı addımlar atılır, tədbirlər həyata keçirilir. Millət vəkili Tahir Mirkişili də deyir ki, iqtisadi inkişafın  məqsədi insanların daha yaxşı yaşamasını təmin etməkdir. Onun sözlərinə görə, əhaliyə bütün sahələrdə göstərilən xidmətlərin mənbəyində iqtisadiyyatın inkişafı dayanır: "İqtisadiyyat inkişaf etməzsə, dövlət varlı olmazsa və gəlir mənbələri olmazsa, bu xidmətlərin təmin edilməsi kifayət qədər çətin olardı. Ona görə də iqtisadiyyatın inkişafı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sürətli islahatlar Azərbaycanda əldə olunan yeni və əlavə gəlirlərin daha çox vətəndaşa istiqamətlənməsini təmin edir. Biz bunu müşahidə edirik. Bu il ümumi daxili məhsul, sənaye istehsalı, qeyri-neft sənayesində qeydə alınan artımlar dövlət başçısı tərəfindən həyata keçirilən iqtisadi islahatların real nəticələridir". Millət vəkili onu da deyib ki, bir müddət öncə Milli Məclis tərəfindən Vergi Məcəlləsinə edilən mühüm dəyişikliklərin də əldə olunan müsbət nəticələrdə öz payı var: "2019-cu ilin ilk rübünün nəticələri göstərdi ki, Vergi Məcəllərinə edilmiş dəyişikliklər və vergi orqanlarının yeni yanaşma metodları öz müsbət nəticələrini verir. 2018-ci ilin birinci rübü ilə müqayisədə vergi yığımının 16,5 faiz, qeyri-nef-qaz sektoru üzrə vergi daxilolmalarının 18,5 faiz, regionlardan vergi daxilolmalarının 24,3 faiz, məcburi dövlət sosial sığorta ödənişlərinin 10,8 faiz artması həyata keçirilən islahatların bariz nümunəsidir.Yanvarın 1-dən qeyri-dövlət və qeyri-neft-qaz sahəsində çalışan insanların əməkhaqqından tutulan vergi dərəcəsinin 0 faizə endirilməsi öz nəticəsini verir.Keçən il 90 min əmək müqaviləsi bağlandığı halda, bu ilin təkcə ilk rübündə bu say 66 mindən çox olub. Bundan başqa, qeyri-neft sektorunda vergi daxilolmalarının həcmibirinci rüb ərzində 18,5 faiz artıb. Sahibkarlıq sahəsində yoxlamaların dayandırılması ilə bağlı qanunvericilik aktının 2021-ci ilədək uzadılması də mühüm addımdır. Görülən tədbirlər, xüsusilə sahibkarlıq sahəsində yoxlamaların yumşaldılması "Doing Business" reytinqində Azərbaycanın birdən-birə 32 pillə irəliləməsinə şərait yaradıb. Sosial ödənişlərlə bağlı seqmentin də Vergilər Nazirliyi sisteminə cəlb edilməsi yığımların optimallaşdırılması və maliyyə resurslarının mərkəzləşdirilməsi baxımından daha optimanl bir formatın tapılması haqqında fikir söyləməyə əsas verir". Tahir Mirkişili qeyd edib ki, dəyişikliklərin müsbət nəticələri özünü əsasən əmək müqavilələrinin rəsmiləşdirilməsi, vergidən yayınma hallarının azalması, vergiyə cəlb olunan dövriyyənin artması istiqamətində göstərib.Əməkhaqqının leqallaşdırılması istiqamətində verginin 0 faizə endirilməsi də öz bəhrəsini verir: "Təcrübələr göstərir ki, qeyri-leqal, yəni "kölgə iqtisadiyyatı"nda çalışan sahibkarların fəaliyyət müddəti bir ildən çox olmur. Məcəlləyə dəyişikliklər nəticəsində sahibkarların daha çox leqal işləməsi biznesdə bərabər şəraitin yaradılmasına və haqlı rəqabətə gətirib çıxarır.Sahibkarlara güzəştli kreditlərin, investisiya təşviqi sənədinin verilməsi, kimya-sənaye və qeyri-kimya parklarında iştirakla bağlı vergi güzəştlərixarici investorları növbəti mərhələdə daha çox investisiya yatırmağa cəlb etmək üçün mühüm addımlardır. Bu gün Azərbaycanda 700 minə yaxın sahibkar mövcuddur və bu say ilbəil artır. Məşğul əhalinin muzdlu hissəsini çıxsaq, hər 3 nəfərdən biri sahibkarlıq subyektinə sahibdir. Bu, kifayət qədər böyük göstəricidir. Azərbaycanda ümumi daxili məhsulun 83 faizindən çoxunun özəl sektordan əldə olunması bu sahədə görülən işlərin nəticəsidir. Eyni statistikanı vergi üzrə də görə bilərik. Bu ilin birinci rübündə bütövlükdə özəl sektorun vergi ödənişlərinin həcmi üzrə artım 25 faizdən çoxdur. Bu, onu deməyə əsas verir ki, dövlətin stimullaşdırma tədbirləri sahibkarlar üçün maraqlıdır və bunun sayəsində onların əldə etdikləri fayda xərclərindən daha çoxdur".

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR