Dövlət Proqramları dağ rayonlarının da simasını müsbətə doğru dəyişib

Respublikanın hər bir bölgəsində olduğu kimi dağ rayonlarında da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilir. Bundan əvvəl qəbul edilmiş 3 Dövlət Proqramı kimi 2019-2023-cü illəri əhatə edən sayca dprdüncü Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı da uğurla icra edilməkdədir. Üeyd etdiyimiz kimi şəhər, rayon, dağ kəndi və s. kimi coğrafi mövqelərə baxmayaraq bütün bölgələrdə Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla icra edilir. Elə dağ rayonu olan Gədəbəy rayonunda da Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla icra edilib. Hazırda icrasın başlanılan sayca dördüncü Dövlət Proqramı çərçivəsində görülən işlər və əldə edilən nəticələr də belə deməyə əsas verir. Belə ki, 2019-cu ilin birinci rübündə rayonun ümumi daxili məhsul istehsalının həcmi 107011,0 min manat olub ki, bu da ötən ilin eyni dövri ilə  müqayisədə 6492,3 min manat və ya 6,4 faiz çoxdur. Rayon üzrə sənaye məhsulu istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2052,0 min manat və ya 5,6 faiz artaraq 38933,4 min manat təşkil edib.

Nəqliyyat sektorunda 607,2 min manatlıq xidmətlər göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,0  min manat və ya 5,9 faiz çox olub.
Rabitə müəssisəsi tərəfindən idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə 128,3 min manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 min manat və ya 11 faiz çox rabitə xidməti göstərilib.
Hesabat dövründə rayonun tikinti kompleksində iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələri hesabına 9373,5 min manat məbləğində investisiya cəlb edilib ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 2092,2 min manat və ya 28,7 faiz çox olub.
İstehlak və xidmət bazarlarında əhaliyə 50198,9 min manatlıq istehlak malları satılıb və pullu xidmətlər göstərilib. Satılmış məhsulların həcmi 45068,4 min  manata, pullu xidmətlərin  həcmi 5130,5 min manata çatdırılıb. Ticarət şəbəkəsindən satılmış məhsulların 3,0 faizi hüquqi şəxs kimi fəaliyyət göstərən ticarət təşkilatları, 12,3 fazi kənd təsərrüfatı bazarları, 84,7 faizi isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər tərəfindən realizə olunub.
Ümumi daxili məhsul istehsalında 36,2 faiz sənayenin, 11,5 faiz kənd təsərrüfatının, 8,8 faiz tikintinin, 42,8 faiz ticarətin, 0,7 faiz isə nəqliyyat və rabitənin payına düşüb.
Ümumi daxili məhsul istehsalına daxil olan məhsulların istehsalında ötən ilin müvafiq dövrü ilə müqayisədə 4778,2 min manat və ya 8,5 faiz, xidmətlərin göstərilməsində isə 2131,0 min manat və ya 4,8 faiz artım qeydə alınıb.
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində rayonda yaradılan istehsal və emal müəssisələri hesabına yeni iş yerləri də yaradılıb. Belə ki, hesabat dövründə 111-i daimi olmaqla 307 iş yeri açılıb ki, bunlardan 5-i yeni yaradılmış müəssisə və təşkilatlar, 106-ı fiziki şəxslər tərəfindən, 196-sı isə digər hallarda yaradılıb.
2019-cu ilin birinci rübü ərzində Gədəbəy rayon büdcəsinin cari gəlirlər üzrə mədaxili ümumilikdə  955,2 min manat proqnoz plana qarşı 1459,5 min manat və ya 152,8 faizi olmaqla 504,3 min manat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 377,5 min manat çox yerinə yetirilib. Hesabat dövründə 4 tədiyyə növü üzrə proqnoz planlar artıqlaması ilə, 6 tədiyyə növü üzrə cəmi 58,7 min manat kəsirlə yerinə yetirilib. Büdcənin xərcləri 96,4 faiz və ya 72,1 min manat az yerinə yetirilmiş, artıq və qanunsuz xərclərə yol verilməyib.

2019-cu ilin I rübündə də Gədəbəy rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə bağlı həyata keçirilən işlər davam etdirilib, yeni qəbul edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayonumuzun inkişafını təmin edəcək 16 tədbirin icrası ilə bağlı mühüm layihələrin həyata keçirilməsinə başlanılıb. Abadlıq işləri çərçivəsində şəhərin Səməd Vurğun küçəsində səkilər yenidən qurulub, yüksək gərginlikli hava xətləri yer altına keçirilib, istinad divarları üzlənmiş və burada yerləşən ticarət obyektləri yeni dizaynda əsaslı təmir edilib. Dilarə Əliyeva küçəsində isə genişləndirmə işləri aparılıb. Hər iki küçəyə yeni asfalt örtüyünün salınması nəzərdə tutulur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayon icra hakimiyyətlərinin müvafiq ərazilərdə iqtisadi durumun yaxşılaşdırılması, daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması, məşğulluq səviyyəsinin artırılması və əhalinin maddi rifahının yüksəldilməsi ilə bağlı əməli tədbirlərin görülməsi istiqamətində tapşırıqlarının icrası davam etdirilib, rayon üzrə iqtisadiyyatın müxtəlif sahələrinə davam edən layihələr hesabına 225,0 min manat investisiya cəlb edilib.
Rayonun sənaye potensialına uyğun olaraq Maarif kəndində "Kiçik Qafqaz" MMC-yə məxsus illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin işləyəcəyi 1-ci istehsal sahəsində və Miskinli kəndində illik istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi süfrə suları istehsalı müəssisələrində tikinti işləri başa çatıb.
Dövlət Proqramları çərçivəsində rayonda aqrar sahə də inkişaf edib. Belə ki, rayonda əkinçiliyin və heyvandarlığın daha da inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilərək 2019-cu ilin birinci rübü ərzində rayonda 80,5 ha sahədə yazlıq əkin aparılıb. Yaz tarla işlərinin vaxtında və keyfiyyətli aparılması məqsədilə 128 ədəd traktor, 18 ədəd kotan və digər asma texnikalar saz vəziyyətə gətirilib. Əkin işləri davam etdirilir. Qeyd edək ki, bu il rayon ərazisində 10 hektar tütün əkilməsi nəzərdə tutulur və bu məqsədlə işlərə başlanılmışdır.
İstehsalçıların gübrə təminatını yaxşılaşdırmaq məqsədilə rayonun Novosaratovka kəndində səyyari gübrə satışı təşkil olunmuş və 34,4 ton gübrə güzəştli qiymətlərlə satılıb. Gəmiricilərə qarşı 3300 ha sahədə müşahidə, 2350 ha sahədə sirayətlənmə və 1700 ha sahədə mübarizə tədbirləri aparılıb. Tovuz Regional Aqrokimya Laboratoriyasının mütəxəssisləri tərəfindən rayonun Çanaqçı, Nərimankənd və Moruxlu kəndlərində analiz məqsədilə vətəndaşların torpaqlarından nümunələrin götürülməsinə başlanılıb.
Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 45208 baş, qoyun və keçilərin baş sayı 233228 baş olub, diri çəkidə 22,5 min sentner ət, 46,9 min sentner süd istehsal edilib. Heyvandarlığın inkişafı məqsədilə aparılmış süni mayalanma tədbirləri nəticəsində 6 baş sağlam buzov əldə olunmuş və 600 manat subsidiya verilib.

Rayon baytarlıq idarəsi tərəfindən 7348 baş iri, 34 baş xırda buynuzlu mal-qarada bruselyoza qarşı seroloji müayinə aparılıb, 4 baş xəstə heyvan aşkar edilib və bu heyvanlar xəstəliyin təlimatına və baytar sanitariya qaydalarına uyğun olaraq zərərsizləşdirlib. Bununla yanaşı epizootik plana əsasən xəstəliklərə qarşı profilaktik qoruyucu peyvəndləmə işləri aparılıb.
Rüb ərzində "Novruz" bayramı münasibətilə və bayramdan sonra Bakı şəhərində keçirilən yarmarkada rayondan olan fermerlərin iştirakı təmin edilib və 26 ton kartof, 180 kq bal, 1,2  ton süd və digər kənd təsərrüfatı məhsulları satılıb.
2019-cu ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində 15896 nəfər pensiyaçı qeydiyyatda olub ki, onlardan 8464 nəfəri və ya 53,3 faizi yaşa görə, 6218 nəfəri və ya 39,1 faizi əlilliyə görə, 1214 nəfəri və ya 7,6 faizi isə ailə başçısını itirməyə görə pensiya alanlardır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" müvafiq Sərəncamına əsasən cari ilin aprel ayının 1-dən etibarən müavinətlərin məbləğində ciddi artımlar olub, eyni zamanda bir neçə müavinət ilk dəfə verilməyə başlanılıb. Qeyd olunan artımlar bu kateqoriyadan olan şəxslər tərəfindən böyük sevinclə qarşılanıb.
Hesabat dövründə 6578 ədəd müavinət və təqaüd hərəkətdə olub, rayon üzrə əmək pensiyalarının ödənilməsi üçün 9,4 milyon manat, müavinətlərin ödənilməsi üçün isə 1,6 milyon manat vəsait daxil olub və hər ay vaxtında pensiyaçıların plastik kartlarına köçürülüb və bu işlər daim nəzarətdə saxlanılıb.

2019-cu ilin 1-ci rübü ərzində Gədəbəy Rayon Məşğulluq Mərkəzinə işlə təmin olunmaq məqsədilə 1124 nəfər müraciət edib. Onlardan 283 nəfəri və ya 25,2 faizi müxtəlif idarə, müəssisə və təşkilatlarda işlə təmin  edilib, işlə  təmin  olunanların  77 nəfəri və ya 27,2 faizi  qadınlar, 64 nəfəri və ya 22,6 faizi gənclərdir. Hesabat dövrünün sonuna qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşların sayı 2389 nəfər olmuşdur. Azərbaycan Respublikası Prezidentinin "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında" 7 aprel 2016-cı il tarixli Sərəncamına uyğun olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda olan işaxtaran vətəndaşlardan təlimləri uğurla başa vurmuş 49 nəfər aktivlərlə təmin olunub, rüb ərzində 15 nəfər aztəminatlı ailə təlimlərə cəlb edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən rayonda əhalinin məşğulluğunun artırılması məqsədilə cəmi 395 iş yeri yaradılıb ki, onlardan 275 nəfəri yanvar ayından haqqı ödənilən ictimai işlərə cəlb edilib, 120 nəfərin müqavilələri isə "DOST İş Mərkəzi" MMC-yə təqdim olunub. Bu sahədə vətəndaşların işə qəbulu zamanı şəffalığın təmin eidlməsi və neqativ hallara yol verilməməsi məqəsdilə komissiya yaradılıb və bu işlər daim nəzarətdə saxlanılır.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR