Komitə sədri: "Kəmərdən asılı olmaq olmaz"

"Dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov deyib: "1999-cu ilin aprelində Bakı-Supsa kəməri işə düşdü, həmin ilin noyabrında Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı sənəd imzalanqdı. Hətta dostun, qardaşın olsa da, bir dövlətin ərazisindən keçən kəmərdən asılı olmaq olmaz. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə biz bu gün Qazaxıstan neftini də ixrax edə bilərik".O, nəzərə çatdırıb ki, Azərbaycan bu gün dünyada həm də tranzit, nəqliyyat imkanlarını təqdim edən ölkə kimi tanırır: "Enerji təhlükəsizliyi dedikdə həm də Azərbaycana daxil olan vəsaitlərdən söhbət gedib. Ötən illər ərzində "Əsrin müqaviləsi"ndən mənfəət nefti hesabına Azərbaycana 130-140 milyard dollara yaxın vəsait daxil olub. Bu gün Azərbaycanın enerji cəhətdən-benzin, qaz, elektrik baxımından heç bir problemi yoxdur ".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR