Regional proqramlar yeni istehsal müəssisələrinin açılışına stimul verib

Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısı sayəsində son illər şəhərin sosial-iqtisadi həyatında bir sıra yüksək göstəricilər əldə olunub. "Azərbaycan Respublikası Regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq  Gəncədə sənayenin inkişafına yönələn tədbirlər davam etdirilir. Bu istiqamətdə Alüminium istehsalı zavodunun yenidən qurulması və genişləndirilməsi, Gəncə Gil Torpaq zavodunun bərpası, Xalça fabrikinin tikintisi nəzərdə tutulub. Bunlarla yanaşı Gəncə Dövlət Dram Teatrının yeni 500 yerlik binasının və Gəncə İdman Sarayının, habelə Gəncə-Bakı avtomobil yolunun sağ tərəfində, 2,5 hektar ərazidə 2 mərtəbəli Baş Dövlət Yol Polis İdarəsinin Gəncə Regional Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin inzibati binasının tikintisi davam etdirilir.  O həmçinin vurğulayıb ki, Gəncədə sahibkarlığın inkişafı üçün də geniş imkanlar yaradılır. Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Gəncə şəhərində tikinti-quruculuq və abadlıq işləri davam etdirilib. Belə ki, şəhərin Nizami Gəncəvi, Ş.İ.Xətai prospektlərində, Eminbəyli, Təbriz, Ə.Cəmil və digər küçələrində yolların təmiri işləri davam etdirilib, 12 min 411 kv.metr avtomobil yolu,  3 min 400 kv.metrdən çox səki asfaltlanıb, 2 min 700 p/metr beton bort daşları quraşdırılıb. Nizami Gəncəvi prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində qəza vəziyyətində olan yataqxanalardan sakinlərin köçürülməsi məqsədilə yeni 4 ədəd bir bloklu, 249 mənzilli çoxmərtəbəli binadan cari ildə istifadəyə veriləcək on mərtəbəli, 60 mənzilli binanın inşası sürətləndirilib. Şəhərdə olan çoxmənzilli yaşayış binalarından 148-nin dam örtükləri təmir edilib.

Dövlət proqramları çərçivəsində əhalinin sağlamlığı da diqqət mərkəzində olub. Belə ki, şəhərin tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində cari ilin əvvəlindən də müəyyən işlər görülüb. 3-cü Dövlət Proqramının icrasının davamı olaraq 200 çarpayılıq Psixiatriya xəstəxanası üçün yeni müasir tələblərə uyğun 2 korpus və yardımçı binaların tikintisi davam etdirilir. Bu dövrdə 18 yaşdan yuxarı 215 min 209 nəfər əhalidən 53 min 378 nəfəri tibbi müayinələrə cəlb edilib. Konkret olaraq Abbas Səhhət adına  1 nömrəli şəhər xəstəxanası əsaslı təmirdən sonra vətəndaşların istifadəsinə verilib. Şəhər rəhbəri xəstəxanada quraşdırılan müasir avadanlıq  və cihazlara baxış keçirib. Xəstəxana ilə tanışlıqdan sonra Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov tibb müəssisəinin işçiləri ilə görüş keçirib. Niyazi Bayramov bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan səhiyyəsi günü-gündən inkişaf edir.  Ölkədə olan tibb müəssisələri təmir edilir, ən son texnoloji avadanlıqlarla təchiz olunurlar. Abbas Səhhət adına  1 nömrəli şəhər xəstəxanası da buna barz nümunədir. O, bildirib ki, yaradılan bu şərait Gəncə ilə yanaşı ətraf bölgələrdə yaşayan əhalinin sağlamlığının qorunmasına da xidmət edir. Görüşdə tibb personalının təklif və müraciətləri dinlənilib. Səmimi söhbət şəraitində keşən görüşdə tibb işçiləri  yaradılan şəraitə görə, ölkə Prezidentinə, həmçinin şəhər rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər. Məlumat üçün qeyd edək ki, Abbas Səhhət adına 1 nömrəli  şəhər xəstəxanasında cərrahiyyə, travmatologiya, urologiya, terapiya, hemodializ, nevrologiya, ginekologiya, dəri-zöhrəvi şöbələri fəailiyyət göstərir.  Həmçinin, tibb müəssisəsində rentgen, fizioterapiya, laboratoriya, ultrasəs müayinə, EKO bölmə və kabinetləri də yaradılıb. Bundan başqa xəstəxanada nüvə maqnit rezonans tomoqrafiya, rəqəmsal rentgen cihazı, çoxkəsikli kompyuter tomoqrafiyası, immunoferment analizatoru, biokimyəvi analizator və tibbin ən son nəaliyyətləri olan digər avadanlıq və cihazlar var. Burada quraşdırılan avadanlıq hesabına ən dəqiq laborator analizlər aparmaq, diaqnoz qoymaq mümkündür.

Regional proqramlar şəhərdə təhsil müəssisələrinin əsaslə təmiri ilə müşayət olunub. Əsaslı şəkildə  yenidənqurmadan sonra istifadəyə verilən məktəbin açılışında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, təhsil işçiləri, məktəbin müəllimləri, valideynlər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında məktəbin açılışı əlamətdar günlərdən biri olan Ulu öndər Heydər Əliyevin doğum gününə təsadüf etdiyini qeyd edib. Şəhər rəhbəri bildirib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi müvafiq dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf istiqamətlərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu proses Gəncə şəhərində də uğurla davam etdirilir. Onun sözlərinə görə, Nizami yurdunda baş verən inkişaf Prezident İlham Əliyevin Gəncəyə olan diqqət və qayğısının bariz nümunəsidir.Niyazi Bayramov həmçinin vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Azərbaycan təhsilinin inkişafına mühüm töhfələr verir. Yeni məktəb binaları, məktəbəqədər müəssisələri tikilib istifadəyə verilir. Məktəbin direktoru Sevda Sadıqova çıxış edərək məlumat verib ki,  məktəbdə 975 nəfər təhsil alır və burada Rus və Azərbaycan bölmələri fəaliyyət göstərir. Şagirdlərə 120 nəfər müəllim elm-bilik öyrədir. Keçən tədris ilinin sonunda  məktəbi bitirən məzunlardan 3 nəfəri 600-dən yuxarı, 5 nəfər isə 500-dən yuxarı bal toplayıb. Qeyd edək ki , 7 №-li tam orta məktəb 1985-ci ildən fəaliyyət göstərir, 1176  şagird yerlikdir. Əsaslı təmir olunan məktəb binasında tibb ocağı, kitabxana, idman zalı, laboratoriya, kompyuter otağı və 50 sinif otağı var.

Regionların sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Gəncə şəhərində yeni müəssisələrin açılışı təmin olunub. Daha dəqiq, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində (İB) iki yeni yığım xəttinin  açılışı olub. İlk dəfə olaraq Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində "E - 321" markalı elektrobus və "PALESSE KZS - 575" markalı taxılyığan kombayn konveyerdən çıxıb. Mərasimdə Belarusun baş nazirinin müavini İqor Vasileviç Lyaşenko, Sənaye nazirinin müavini Dmitri Aleksandroviç Korçik, "Qom Selmaş" ASC-nin baş direktoru Aleksandr Aleksandroviç Novikov, Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç, Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev, Millət vəkili Naqif Həmzəyev, zavodun direktoru Kamran Nəzərov və digər qonaqlar iştirak edib. Tədbiri açan Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Mili Məclisin deputatı Xanlar Fətiyev bildirib ki, GAZ IB Azərbaycanda ilk dəfə olaraq elektrobusların yığımını reallaşdırıb:  "Bu gün biz müasir, ekoloji təmiz, alternativ enerji ilə təmin olunmuş, komfortlu bir elektrobusu istifadəyə veririk. Bu elektrobuslar artıq Minskin küçələrində əhaliyə yüksək səviyyədə xidmət edir. Gələcəkdə elektrobusların 30-40% ehtiyat hissələrinin Gəncədə istehsal olunması nəzərdə tutulur. Ümidvarıq ki, bizim elektrobusların Azərbaycanın küçələrində ekoloji baxımdan təmiz, keyfiyyətli xidmət göstərəcək".

Gəncə Şəhər Icra Hakimiyyətinin başçısı Niyazi Bayramov Azərbaycan və Belarus arasında mövcud olan əlaqələrdən söz açıb. O, bildirib ki, ölkələr arasında həm mədəni, həm siyasi və həm də iqtisadi əməkdaşlıq mövcuddur. Bu əlaqələrin qurulması və genişlənməsində Gəncənin xüsusi payı var. Belə ki, Gəncə Avtomobil Zavodu İB Belarusun "Belkommunaş" ASC ilə sıx əməkdaşlıq edir. "Biz GAZ İB-də yığılan texnikalarla tanış olduq. Həm traktorların, həm kombaynların, həm də müasir elektrobusların keyfiyyəti çox yüksəkdir. Biz inanırıq ki, elektrobusların yığımı gələcəkdə də davam etdiriləcəkdir. Bu işlərdə kollektivə uğurlar arzu edirəm".  Gəncə Avtomobil Zavodu İB və Belarusun "Belkommunaş" ASC arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində "E-321" markalı elektrobuslar və "PALESSE KZS-575" markalı taxılyığan kombaynlar yığılaraq konveyerdən çıxıb. Elektrobuslar həm ekoloji baxımdan, həm də yanacağa qənaət baxımından çox sərfəlidir. 83 sərnişinin daşınmasını reallaşdıra biləcək avtobuslar 26 oturacaqla, kondensionerlə, həmçinin məlumat monitoru və video nəzarət sistemi ilə təmin olunub. 60 kilometr/saat sürətlə hərəkət edə biləcək elektrobusun akkumulyatoru şəhər rejimində RGZP/G/300KW 600V-EN doldurma stansiyası tərəfindən 6 dəqiqə ərzində tam doldurulur və enerji bərpa olunur. "PALESSE KZS-575" markalı taxılyığan kombaynın mühərriki 114 / 155 at gücündədir. Texnikanın taxılbiçəni 4-5 metr arasındadır. Taxıl döyümü sistemində üyüdən aparatın tipi barabanlı, barabanın firlanma tezliyi isə 510-875 dövr/dəqiqədir. Kombaynların hərəkət sürəti 20 kilometr saatdır. Əgər sifariş olarsa Gəncə Avtomobil Zavodu İB il ərzində 150 elektrobus, 120 kombayn yığmaq gücünə malikdir. Belarusun baş nazirinin müavini İqor Vasileviç Lyaşenko Azərbaycan və Belarus arasında bütün sahələrdə, xüsusən də sənayenin maşınqayırma sahəsində qurulmuş əlaqələrin uğurlu nəticələrindən danışıb. İqor Lyaşenko bu əlaqələrin inkişafında hər iki ölkə prezidentlərinin ümumi səyinə diqqət çəkib, iki dövlət arasında qurulmuş iqtisadi əlaqələrin inkişafında Gəncə Avtomobil Zavodunun əhəmiyyətini yüksək qiymətləndirib. Bu əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinə inam ifadə olunub. Sonra qonaqlar taxılyığan kombaynın və "E-321" markalı elektrobusun yığım xətti ilə taniş olublar. Həmçinin qonaqlar "E-321" markalı elektrobusun akkumlyatorunun enerji ilə doldurulması prosesini izləyiblər.

Regional proqramlar çərçivəsində şəhərin ekoloji probleminə də züsusi diqqət yetirilib. Belə ki, şəhərdə ənənvi ağacəkmə aksiyası keçirilib. Aksiyada Gəncə Şəhər İcra Hakimiyyətinin  başçısı Niyazi Bayramov,  idarə, müəssisə və təşkilatların kollektivləri, tələbə-gənclər, həmçinin şəhər ictimaiyyəti də yaxından iştirak edib. Nizami Gəncəvi məqbərəsinin ətrafı və şəhərin müxtəlif ərazilərində keçirilən aksiyada  gün ərzində 9 600 ağac və gül kolu əkilib. Əkilən ağaclar Gəncənin landşaftına uyğun, şəhərə yaraşıq verən, havanın oksigen ilə zənginləşməsində xüsusi rolu olan xan çinar, sərv, şamdan ibarət olub. Aksiya iştirakçıları ağac əkməklə yanaşı, ərazidə təmizlik-abadlıq işləri aparıb, ərazini alaq otlarından, daşlardan təmizləyib, yeni əkilən ağacları suvarıb, əvvəllər basdırılan tinglərə aqrotexniki qulluq göstəriblər. Ümumilikdə regional proqramlar Gəncənin sosial-iqtisadi inkişafına təkan verib.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR