“Mən yaxşı yaşamaq istəyirəm…”

Ziyad Səmədzadə: Büdcənin xərclərinin səmərəliliyi mütləq artırılmalıdır

"2018-ci il bütün sahələrdə Azərbaycan üçün uğurlu il, islahatlar ili olub. Ötən ildə də dünyada yaşanan qlobal kataklizmlərə, qlobal risqlərə və təzyiqlərə baxmayaraq, Azərbaycanın həm dinamik, sürətli inkişafı, iqtisadi təmin edilib, həm  əvvəlki illərə nisbətən iqtisadi imkanları genişlənib,  həmçinin, ölkə iqtisadiyyatına qoyulan vəsaitlərin 70 faizini məhz daxili mənbələr hesab təşkil edib. Həmçinin, vergi və gömrük orqanlarında son illər aparılan islahatlar və bunların sonucu olaraq, əldə edilən müsbət uğurlar nəticəsində  büdcəyə vergi daxilolmarının həcmi artıb.Bu, çox müsbət göstəricidir". "Olaylar" xəbər verir ki, bunu mayın 21-də Milli Məclisin (MM)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri, akademik Ziyad Səmədzadə deyib. O, eyni zamanda qeyd edib ki, ötən il ölkənin sabitliyi və təhlükəsizliyi yüksək səviyyədə qorunub, saxlanılıb, ölkənin ictimai-siyasi həyatında mühüm yeniliklər baş verib: "Ötən ilin ən əlamətdar və yaddaqalan hadisələrindən biri və birincisi isə heş şübhəsiz ki, Azərbaycanın ilk müstəqil cümhuriyyətinin-Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yüz ilinin tamam olması idi. Ötən ilin əvvəlində dövlət başçısının sərəncamı ilə 2018-ci il "Cümhuriyyət İli" elan olundu və bununla əlaqədar ötən bir il ərzində çox mühüm tədbirlər keçirildi. Həmçinin, ötən il Cənub Qaz Dəhlizinin, TANAP-ın, Star neft emalı zavodunun tarixi açılış mərasimləri və digər önəmli tədbirlər reallaşdırıldı. Bununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyinə öz növbəti önəmli töhfələrini verdi və bu proses bu gün də davam etməkdədir". Z. Səmədzadə sonra deyib ki, büdcə xərclərinin səmərəliliyini artırmaq lazımdır: "Büdcə xərcləri nə deməkdir, əhalinin sosial-iqtisadi təminatı, həyat, yaşayış şəraitinin yaxşılaşdırılmasıdır. Ona görə bu məsələyə diqqəti yönəltməli, büdcə xərclərinin səmərəliliyini artırmalıyq.  Bu gün ölkədə texnokarların yaradılması ixrac potensialını artırır. Biz texnoparkların yaradılmasına bir milyarda pul ayıranda deyirldilər ki, nə edirsiniz, bu qədər  niyə oraya ayırırsınız? Ancaq indi özünüz də görürsünüz ki, nə qədər düzgün addımlar atılıb. Texnoparkların yaradılması inkişaf, yeni iş yerləri, ixrac potensialının artması deməkdir.

Artıq bizim devizimiz bu olmalıdır: Mən yaxşı yaşmamaq istəyirəm. Bu da o deməkdir ki, mənim işığım, yolum, istiliyim, təminatım var. Çox sevindiricidir ki, Azərbaycanda da bu istiqamətdə  çox uğurlu işlər görülür, çox mühüm addımlar atılır. Məsələn, bir neçə il öncə Lerikdə cənab prezidentin iştirakı ilə bəzi kəndlərə, ucqar kəndlərə qaz çəkilişi reallaşdırılmışdı. Hansı ki, sovetlər dövründə belə o yerlərdə qaz yoxuydu, hətta, deyilirdi ki, o yerlərə qaz çəkilişi səmərəli deyil və sair. Amma bu işlər görüldü, ən uçqar kəndlər belə qazlaşdırıldı, insanlar çətinlikdən qurtarıldı, meşələrin qırılmasının, ekologiyanın çirklənməsinin qarşısı alındı. Bunlar da nəyin hesabına edildi, məhz Azərbaycan dövlətinin, ölkə prezidentinin iradəsi, Azərbaycanın artan imkanları nəticəsində oldu. Odur ki, biz bu tempi daim qoruyub, saxlamalıyıq. Büdcənin xərclərinin səmərəliliyini təmin etməliyik, şəffaflığı daha da artırmalıyıq".

Səmədzadə eyni zamanda, Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlanırılması barədə fikirlərlə, iddialarla razılaşmadığı vurğulayıb. Komitə həmçinin deyib ki, büdcə modelinin dəyişməsinə, yeni modelin tətbiqinə də ehtiyac görmür: "Allah eləməsin ki, büdcə modelimiz dəyişsin. Bu dəyişiklik mənə, xalqıma, dövlətimə lazım deyil. Bu, çox ziyanlı və təhlükəlidir. Azərbaycanın büdcəsi əsl inkişaf büdcəsidir, sosialyönümü büdcədir". Z. Səməzadə  daha sonra deyib ki, dövət transmilli layihələrə, problemli kreditlərə pul ayrılır: "Nigeriyaya baxsaq, bizldən çox neft hasil edirlər, amma əhalinin 30-40 faizi yoxsuldur. Büdcə barədə ictimai müzaikrələrin aparılması barədə təkliflər də məqbul sayılmalıdır. Hazırda 25 milyardıq büdcənin 7 milyard manatı sosial xərclərdir. Biz hələ də səhiyyə və təhsil xərclərində səmərəsizliyini görürük. İdman-olimpiya kompeksləri tikilib ki, uşaqlar pulsuz məşğul olsun. Prezident bu il ödənişsiz ali təhsili 50 faizə qaldırıb. Onaq görə bir daha belə hesab edirəm ki, büdcə modelini dəyişmək lazım deyil".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR