Deputat: “Azərbaycanda sərmayə qoyuluşunun mənbəyi baxımından ciddi islahatlara ehtiyac var”

Azərbaycanda 17,2 milyard manatlıq sərmayənin 70 faizi daxili investisiyadır. "Olaylar" xəbər verir ki, bunu millət vəkili Əli Məsimli parlament komitəsinin iclasında deyib.  Azərbaycanda sərmayə qoyuluşunun mənbəyi baxımından ciddi islahatlara ehtiyac var"-deyən, millət vəkilinin sözlərinə görə,  daxili investisyalar büdcə hesabına maliyyələşir: "Dövlətin büdcəsi geninə-boluna istifadə olunmamalıdır. Büdcəmiz xarici konyukturiyadan asılıdır. Neft fondundan daxil olan vəsait büdcənin 60 faizindən çoxdur. Bu məsələyə ciddi diqqət yetirilməsi vacibdir. 2018-ci ilin büdcəsində gəlirlər də xərclər də bütün bəndlər üzrə təxminən 30 faiz artıb. Neft amilinin üstünlüyündən insan amilinin inkişafına yönəlməliyik. Yeni modelə keçid büdcədə də öz əksini tapmalıdır. Sərmayələrin struktru dəyişməlidir. İslahatlar gedir və burda yeni çağırışlar əmələ gedir. Ayrı-ayrı nazirliklər bu çağırışlara cavab verir. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi işlərini yenidən qurur, kölgə iqtisadiyyatının dairəsinin azaldılması, şəffaflığın artırılması və s. Maliyyə Nazirliyi də bu mənada addımlar atmalıdır". Ə. Məsimli qeyd edib ki, Azərbaycan dövlət büdcəsinin konseptual baxımdan yanaşdıqda, xərcləmələrin konsepsiyası qeyri-müəyyəndir: "Layihələr yerinə yetirilir bunlar çox vacibdir və bunu inkar etmək olmaz. Maliyyə sektorundakı islahatlar o vaxt dəstəklənər ki, sosial sahədə islahatlar Azərbaycanda əhalinin yaşayışına müsbət təsir göstərsin. Kompensasiyaların verilməsi, dollarla bağlı kreditlərdə xeyli yumşalma buna gətirib çıxardı. Maliyyə Nazirliyi sosial təşəbbüslərlə çıxış etməlidir. Büdcədə sosial bloka ayrılan vəsait təmir tikintiyə ayrılan vəsaitdən azdır. Hər 1 manata 10-11 manat artıq təşkil edir. Bu göstərir ki xərcləmənin fəlsəfəsini dəyişməli yeni modelə uyğunlaşmalıyıq. Bu halda kiçik və orta sahibkarlığa dəstək büdcəyə qənaətə səbəb olacaq. Özəl təşəbbüsü dövlətin fəaliyyəti əvəz edə bilmir. Əsas gücü verək özəl sektora. Onda büdcəmiz bundan qat-qat yaxşı olacaq". Ə. Məsimli ölkədə təhsil və səhiyyə sahəsində əməkhaqlarının aşağı olmasını qəbuledilməz sayıb:"Cənubi Koreya ona görə yüksək sürətlə inkişfa edib ki, ilkin dövrdə hər şeydən kəsib, məhz təhsilə daha böyük vəsait ayırıblar". Maliyyə nazirin müavini Azər Bayramov millət vəkilləiinin çıxışlarınla səslənən çıxışında səslənən əksər məsələlərin qanunvericilikdə əkini tapdığını, praktikada tətbiq olunmağa başlandığını bildirib: "Digər qanunvericilik aktların6da ədyişikliklər etməklə bu prosesin süroətləndirilməsiən nail olacağıq. Məsələn, icbari tibbi sığorta gələn ildən ölkə üzrə tətbiq olunacaq".

Ancaq parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Azərbaycan büdcəsinin təmir-tikinti büdcəsi adlanırılması barədə fikirlə razılaşmayıb.O, həmçinin deyib ki,  büdcə modelinin dəyişməsinə, yeni modelin tətbiqinə də ehtiyac görmür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR