Dövlət büdcəsinin icrası müzakirəyə çıxarılır

Bu gün Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclasında "2018-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi gözlənilir. "Olaylar"ın xəbərinə görə, qanun layihəsinin müzakirəsində komitə üzvləri ilə yanaşı, bir sıra dövlət qurumlarının-komitə və nazirliklərin məsul şəxslərinin, o cümlədən, maliyyə naziri Samir Şərifovun iştirakı nəzərdə tutulur. Komitə sədri Ziyad Səmədzadənin büdcənin icrası ilə bağlı giriş çıxışından sonra söz maliyyə nazirinə veriləcək. S. Şərifov əvvəlcə qanun layihəsi barədə geniş məlumat verəcək, sonra millət vəkillərinin təkliflərini, iradlarını və suallarını cavablandıracaq. Müzakirələrin sonunda isə qanun layihəsi MM-in yaz sessiyasının mayın 31-də keçiriləcək sonuncu plenar iclasına tövsiyə olunacağı gözlənilir.

Qeyd edək ki, qanun  layihəsinə əsasən, 2018-ci il dövlət büdcəsinin gəlir və xərclərinin cəmi açıqlanıb. Belə ki, 2017-ci il dövlət büdcəsinin gəlirlərinin cəmi 16 516 684 min manat, 2018-ci ildə bu rəqəm 5 992 185,7 min manat çox, yəni 22 508 869,7 min manat olub. Həmçinin, 2017-ci il dövlət büdcəsinin xərclərinin cəmi 17 594 748 min manat, 2018-ci ildə bu rəqəm 5 137 166,5 min manat çox, yəni 22 731 644,5 min manat olub. Bununla yanaşı, ötən ilin dövlət büdcəsinin ehtiyat fondunun xərcləri proqnozlaşdırılandan 5,8 faiz az olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR