Regional proqramlar ölkə regionlarını sosial-iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə yüksəldib

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkəmizin hərtərəfli inkişafına zəmin yaradır.

Regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları ölkənin regionlarının sosial-iqtisadi inkişafının yeni keyfiyyət mərhələsinə yüksəlməsində böyük əhəmiyyət kəsb edir. Bu keyfiyyət Azərbaycanın bütün regionlarının simasını dəyişib. Azərbaycan prezidentinin düşünülmüş və məqsədyönlü sosial-iqtisadi inkişaf siyasəti ölkəmiz demokratik inkişaf yolunda irəlilədir. Aparılan sosial-iqtisadi siyasət nəticəsində milli iqtisadiyyatımızın rəqabət qabiliyyətliliyi yüksəlib. Bu gün Azərbaycanda sosial-iqtisadi inkişafın davamlılığı təmin edilməkdədir.  İqtisadi potensialı güclənən dövlətimizdə qeyri-neft sektoru inkişaf etdirilir, çoxlu sayda yeni iş yerləri açılır, sahibkarlıq inkişaf etdirilir, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı artırlır. Bu inkişafda regional proqramlar bütün əsas sahə və göstəricilər üzrə müvvəffəqiyyətlə yerinə yetirilir.

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin uğurla yerinə yetirilməsi ölkəmizin hərtərəfli inkişafına zəmin yaradır. Çünki ölkə iqtisadiyyatının dayanıqlı inkişafında bu dövlət proqramlarının uğurla icra edilməsi böyük əhəmiyyət kəsb edir. Dövlət Proqramının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Bunun nəticəsidir ki, regional proqramların müvəffəqiyyətlə həyata keçirilməsinin nəticəsi olaraq bölgələrimizdə mütləq əkəsiyyəti daimi olan iş yerləri yaradılıb. İqtisadiyyatımız gücləndickə vətəndaşlarımızın sosial rifahı da yüksəliş tapır. Regionlarda aparılan işlər, yeni sosial iaşə obyektləri, zavod və fabriklərin yaradılması burada yaşayan əhalinin işsizliyinin aradan qaldırılmasına əhəmiyyətli zəmin yaradıb. Göründüyü kimi bölgələrdə işgüzar fəallıq artıb, regionlarda sahibkarlıq fəaliyyəti daha da  genişlənib.

Regionlarda həyata keçirilən xüsusilə yol infrastruktur layihələri həmin bölgələrin nəqliyyat imkanlarını genişləndirib, əhalinin gediş-gəlişini yaxşılaşdırıb, əhalinin rahatlığıənı təmin edib. Və yolun tikilməsində işçi qüvəsindən istifadə əhalini işlə təmin edib. Bu yaxınlarda yenidən qurulan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun106-107-ci və 108-109-cu km-lik hissəsində bir-neçə sürüşmə nöqtəsi mövcud olduğu üçün sözügedən ərazilərdə sürüşmənin qarşısını almaq məqsədi ilə, bu ərazidə yamacların kəsilməsi, yamacın dib hissələrinin xüsusi qrunt ilə doldurulması, dəmir-beton svayların vurulur, monolit dəmir-beton istinad divarlarının tikintisi və səth sularının yol yatağına daxil olmasının qarşısını almaq məqsədi ilə drenaj kanalların inşa edilməsi işləri yerinə yetirilib.

Bundan başqa layihə çərçivəsində 719 paqon-metr uzunluğunda 17 dairəvi borunun, 42 metr uzunluğunda 2 düzbucaqlı borunun, yol boyu zəruri olan ərazilərdə ümumi uzunluğu 177 metr olan 3 alt keçidin inşası da aparılır.

27.5 metr enində olan torpaq yatağının inşası işlərindən sonra, yol əsasının inşası işlərinə başlanılıb. Yol əsası 48 sm qalınlıqda 2 laydan ibarətdir. Yol əsası hazır olan hissələrdə yolun hərəkət hissəsinə və bərkidici zolağa 29 sm qalınlıqda 3 laydan ibarət asfalt-beton örtüyün döşənməsi işlərinə də həyata keçirilir. Beləliklə ümumilikdə yol geyimi 95 sm hündürlükdə olacaq.

Regionları birləşdirmək baxımından böyük əhəmiyyətə malik Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi vətəndaşların rahat gediş-gəlişinin təmin edilməsinə, turizmin və kənd təsərrüfatının inkişafına, avtonəqliyyat vasitələri ilə yük daşımalarının artımına gətirib çıxaracaq.

Regional proqramların uğurla icrası bütün bölgələrin inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olub. 2014-cü ildən bu günə qədər Azәrbaycanın sürәtli vә hәrtәrәfli inkişafı, iqtisadiyyatın rәqabәt qabiliyyәtinin artması, ölkәnin enerji, әrzaq, nәqliyyat vә ekoloji tәhlükәsizliyinin möhkәmlәndirilmәsi, beynәlxalq nüfuzunun yüksәlmәsi, әhalinin rifahının davamlı olaraq yaxşılaşmasının әsasında Prezident İlham Әliyevin uzaqgörən və praqmatik siyasәti dayanır. Artıq 16 ildir uğurla icra olunan regional proqramlar bölgələrin  iqtisadi potensialının artmasına, infrastruktur tәminatının, kommunal xidmәtlәrin keyfiyyәtinin daha da yüksәlmәsinә, biznes vә investisiya mühitinin, әhalinin rifahının yaxşılaşmasına sәbәb olub.

İstər iri şəhərlər, istər paytaxtda kifayət qədər uzaq olan bölgələr, istərsə də ucqar dağ rayonlarında proqram çərçivəsində qarşıya qoyulan məqsədlər, hədəflər müvəffəqiyyətlə reallaşdırılmaqdadır. Görülən işlər və əldə olunan nəticələr ona deməyə əsas verir ki, regional proqramlar Azərbaycanın strateji hədəflərinə, müəyyən edilmiş məqsədlərinə nail olunmasında əvəssiz rol sahibidir. Dünya birliyinə sürətlə inteqrasiya olunan və regionda böyük nüfuz sahibinə çevrilən müstəqil, gənc respuiblikamız qısa zamanda əldə etdiyi böyük nailiyyətlərdə sosial-iqtisadi inkişaf strategiyası aparıcı mövqedə dayanır. Bu inkişaf strategiyasının əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu gün onun layiqli davamçısı Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə, müasir dövrün çağırışlarına uyğun olaraq reallaşdırılır. Azərbaycan bütün sahələrdə mütərəqqi islahatlara imza ataraq beynəlxalq aləmdə nüfuzunu artırır, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevirilir, qlobal  və regional enerji, nəqliyyat-kommunikasiya layihələrinin fəal iştirakçısı kimi tanınır, tərəfdaş ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini  daim inkişaf etdirir. Ölkə başçımızın həyata keçirdiyi uğurlu strategiya nəticəsində Azərbaycan qısa müddətdə dünyanın dayanıqlı və davamlı inkişaf inkişaf edən ölkəsinə çevirmişdir. Beynılxalq aləmdə qazandığımız uğurlar regionlarımızı da kompleks şəklində inkişafa aparır. Bu gün bütün bölgələrimizdə əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan səmərəli istifadə iqtisadiyyatın tarazlı və davamlı inkişafına gətirib çıxarır. Kompleks şəklində inkişafı hədəfləyən regional proqramlarda kənd təsərrüfatının inkişafı da əhəmiyyətli rol oynayır.  Məşğulluğun təmin olunmasında bu sahənin rolu əvəssizdir. Kənd təsərrüfatının əməktutumlu sahələrinin inkişaf etdirilməsi qısa müddətdə bu sektorda daha çox insana iş imkanı verir. Demək olar ki, bu sahə kənd yerlərində yoxsulluğun azaldılmasına tövhə verir.  Kənd təsərrüfatı ölkənin sosial-iqtisadi və siyasi problemlərinin həllində də mühüm rol sahibidir. Azərbaycanın artan göstəriciləri arasında kənd təsərrüfatı sahəsinin xüsusi çəkisi var. Məhz dövlət əhalinin ərzağa olan daxili tələbatını əsasən öz potensialı və imkanları hesabına ödəyə bilməsi üçün kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində mühüm islahatlar reallaşdırıb. Bu gün Azərbaycan həm ixraccı həm də idxalçı ölkəyə çevirilib. Respublikamızda aqrar sektora dövlət tərəfindən qoyulan investisiyaların artması da ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görüldüyünü göstərir. Sahibkarlara güzəştli şərtlərlə verilən kreditlər hesabına yeni aqrar istehsal sahələri yaranır. Bu gün kənd təsərrüfatı sahəsində ən son texnikalardan istifadə olunur. Bundan əlavə, aqro xidmət sahələri yaradılır, güzəştli şərtlərlə gübrə, yanacaq, lizinqlər verilir.

Ölkəmiz hər zaman neft strategiyasından uğurlu nəticələr əldə etmişdir. Son illər isə qeyri-neft sektorunda qazanılan uğurlar onu göstərir ki, Azərbaycan hər bir potensialından doğru və müvəfəqiiyətlə istifadə etməyi bacarır. Bütün uğurlu nəticlərin təməlində Azərbaycan prezidentinin uzaqgörən siyasəti dayanır. Bu siyasət nəticəsində Azərbaycanda qeyri-neft sektonun üstün inkişafı təmin olunmaqdadır. Demək olar ki, Azərbaycan qlobal iqtisadi böhranlara neft ölkələrindən daha çox dayanıqlı oldu. Bu isə onu göstərir ki, neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Son 16 ildir iqtisadiyyatın qeyri-neft sektorunun sürətli inkişafı prosesinə start verilib. 2004-cü ildən başlayaraq Azərbaycan Respublikası  regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində iri infrastruktur layihələri reallaşdırıldı. Bu illər ərzində bölgələrin enerji, qaz, su təchizatının yüksək səviyyədə təmin edilməsi, yol infrastrukturunun yenidən qurulması sahəsində inqilabi nəticələrə gətirib çıxaran layihələr həyata keçirildi. Əldə edilən uğurların "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində də davam edəcəyi və daha da inkişaf edəcəyi şüphə doğurmur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR