Ölkə başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür

Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının inkişafının davamlı xarakter almasıdır

Dövlət başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində son on beş il ərzində Azərbaycan bölgənin iqtisadi baxımından ən sürətli, dinamik inkişaf edən ölkəsinə çevrilmişdir.  Uğurlu fəaliyyət modeli bütün dünya tərəfindən qəbul olunan görkəmli dövlət xadimi kimi beynəlxalq miqyasda böyük nüfuz qazanan Prezident İlham Əliyev Azərbaycana siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi gətirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşdı. Bu, modern Azərbaycan dövləti modelidir. Bütün bunlar ölkəmizin gələcək inkişafının qarantı sayıla bilər. Prezident İlham Əliyevin idarəçiliyində diqqəti çəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir. Azərbaycan dinamik inkişaf edən, demokratik, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanmış, yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilmişdir. Geniş dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan İlham Əliyev müasir və çevik siyasətçi kimi dünyada böyük hörmət və nüfuz qazanmışdır. O, sürətlə dəyişən çağdaş dünyada, qloballaşma və inteqrasiya proseslərində, bütün beynəlxalq görüşlərdə və apardığı yüksək səviyyəli danışıqlarda Azərbaycanın mənafelərini bütün sahələrdə uğurla müdafiə edir.  

Hər bir ölkənin varlığı, rifahı, onun vətəndaşlarının normal və rahat yaşayışı həmin ölkənin iqtisadi inkişaf səviyyəsindən, bu inkişafa və tərəqqiyə zəmin yaradan siyasi idarəetmə sisteminin mükəmməlliyindən, dünyada baş verən qlobal proseslərin fonunda öz xalqının mənafelərinə uyğun siyasət yeritməsindən çox asılıdır.  Azərbaycan Prezidenti ölkənin ötənilki uğurlarından bəhs edərkən nəzərdə tutulan bütün vəzifələrin icra edildiyini, Azərbaycanda sabitliyin təmin olunduğunu xüsusi qeyd etmiş və bu sabitliyin mənbəyinin xalq-iqtidar birliyi olduğunu bir daha vurğulamışdır. Çünki sabitlik olmayan yerdə heç bir inkişafdan söhbət gedə bilməz. Ökəniz güclü iqtisadi inkişafa və yoxsulluğun azaldılmasına nail olub. Bu günə qədər Azərbaycan Avropa Şurasının 59 konvensiyasına qoşulub və ratifikasiya edib. Bu gün də dövlət tərəfindən həyata keçirilən bir sıra proqramlar, özünüməşğulluq, regionlarda ictimai işlərə aid yerlərin açılması məhz bu məqsədə, əhalimizin bu təbəqəsinin sosial problemlərinin həllinə yönəldilib və bir çox sosial problemlər öz həllini tapmaqdadır. Sevindirici haldır ki, ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən bu diqqət və qayğı bütün beynəlxalq təşkilatlar tərəfindən çox yüksək qiymətləndirilir və bu təcrübədən istifadə olunur. Qaçqın və məcburi köçkün icmalarının nümayəndələri hesab edirlər ki, partiyanın bu qərarı ümumilikdə xalqın mövqeyinin ifadəsidir. Çünki cənab İlham Əliyev bütün fəaliyyəti ilə yenidən prezident seçilmək üçün xalqın tam etimadını qazanıb. Soydaşlarımızın üzləşdiyi problemlər Azərbaycan dövlətinin daim diqqət mərkəzindədir. Müstəqilliyimizin ilk illərindən bu istiqamətdə həyata keçirilən tədbirlər, atılan addımlar dövlət siyasətinin əsas istiqamətlərindən biridir. İlham Əliyev infrastruktur layihələrinin, yeni müəssisələrin açılış mərasimlərində, həmçinin bölgələrə bütün səfərləri zamanı ictimaiyyətin nümayəndələri və yerli sakinlərlə, məcburi köçkünlərlə görüşür, onların qayğıları ilə şəxsən maraqlanır, fikirlərini öyrənir.  Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyəti, dövlətimizin maliyyə dəstəyi sayəsində reallaşmış və ölkəmizin böyük logistika mərkəzinə çevrilməsini təmin etmişdir.

Prezident İlaham Əliyev çıxışında ölkədə aparılan islatları Azərbaycanı uğurlu gələcəyə apardığını əminliklə qeyd etmişdir: "Biz bundan sonra da islahatlar yolu ilə gedəcəyik. Çünki bir daha demək istəyirəm, əldə edilmiş nəticələr, hesab edirəm ki, tarixdə qalmalıdır. Biz bunu bilməliyik ki, haradan gəlmişik, hara çatmışıq. Ancaq bu, tarixdir, biz gələcəyə baxmalıyıq. Bu gün iqtisadi sahədə aparılan islahatlar bütün mötəbər beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, bizim tərəfdaşlarımız Azərbaycana böyük kreditlər verirlər. Nəyə görə? Ona görə ki, bizə inanırlar. Birinci növbədə görürlər ki, islahatlar səmərə verir, digər tərəfdən Azərbaycanın uğurlu gələcəyinə inanırlar. Əgər belə olmasaydı, milyardlarla dolları Azərbaycana kredit şəklində verərdilərmi? Əlbəttə ki, yox.

İqtisadi sahədə aparılan islahatlar hər bir vətəndaşın həyatında öz əksini tapmalıdır və tapır. Biz əməkhaqlarını, pensiyaları, müavinətləri nəyin hesabına artırırıq? Ona görə ki, daha da səmərəli işləyirik, ona görə ki, büdcə daxilolmaları artır və artacaq. Biz hələ islahatların növbəti mərhələsinin başlanğıcındayıq və bu ilin dörd ayının yekunları deməyə əsas verir ki, çox böyük nəticələr əldə edilir. Bu, bizə imkan verir ki, sosial sahəyə həm maddi təminat, həm də islahatlar baxımından daha böyük diqqət göstərilsin".

Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirmişdir.  Dövlətimizin iqtisadi əsasları  getdikcə möhkəmlənir. Ölkələrdə yeni müəssisələr istifadəyə verilir, iş yerləri açılır. Regionların sosial-iqtisadi inkişafı ölkəmizdə yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern reformlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malikdir. Bütün bunlar isə, şübhəsiz, Azərbaycanın modernləşmə və tərəqqisinə xidmət edir. Ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatlar dövlətin sütunlarını gücləndirərək vətəndaşların rifah halının daha da yaxşılaşdırılması üçün əsaslı baza formalaşdırmış, respublikamızın beynəlxalq münasibətlər sistemindəki mövqeyi möhkəmlənmişdir. Prezident İlham Əliyevin bölgələrə müntəzəm səfərlərinin və rayonlarda əhali ilə keçirilən görüşlərinin intensiv xarakter alması, eləcə də, yerlərdə sosial-iqtisadi vəziyyətlə hərtərəfli tanış olması, regionların inkişafı, yoxsulluğun azaldılması ilə bağlı müəyyən edilmiş strateji proqramlar üzrə konkret tapşırıqlar və göstərişlər verməsi proqramın icrasının və əhatəliliyinin daha da sürətlənməsinə səbəb olub. Həyata keçirilən düşünülmüş iqtisadi siyasət, liberallaşmanın struktur və keyfiyyət baxımından dərinləşməsi, dayanıqlı maliyyə ehtiyatlarının yaradılması, investisiya siyasətinin gücləndirilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, sosial infrastrukturun yenidən qurulması Azərbaycan iqtisadiyyatının inkişafını şərtləndirmişdir. Prezident İlham Əliyev çox qısa müddətdə bütün sahələrin inkişafı istiqamətində çoxşaxəli islahatlar həyata keçirməklə Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan uğurların müəllifidir. Prezident İlham Əliyevin inkişaf konsepsiyasının əsas hədəflərindən biri ölkə iqtisadiyyatının inkişafının davamlı xarakter almasıdır.Cənab Prezident ilk növbədə Azərbaycan xalqının mənafeyini müdafiə edir, Vətənin xoşbəxt gələcəyinin bərqərar olması naminə heç nədən çəkinmir. Xalq görür ki, onun tutduğu yol haqq yoludur, ədalət yoludur, müstəqilliyi, sabitliyi qorumaq yoludur. Ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşılır. Sosial-iqtisadi siyasət nəticəsində qeyri-neft sektorunun yüksəlişi daha çox diqqəti cəlb edir, çoxşaxəli iqtisadiyyatın inkişafı təmin olunur. Sosial islahatların alternativi yoxdur söyləyən dövlət başçısı xalqın sosial vəziyyətinin yaxşılaşdırlmasını dövlət siyasəti üçün prioritet olduğunu birdaha bəyan etmiş oldu. Sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Çox önəmli faktdır ki, hər il ölkə başçısının imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür. Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində məqsədyönlü siyasət həyata keçirilmiş və mühüm uğurlar əldə olunmuşdur.

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR