Deputatlarımız QDİƏT-nın iclasına qatılacaqlar

15-16 may tarixlərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının komitə iclası keçiriləcək. "Olaylar"ın məlumatına görə, Milli Məclisin mətbuat xidmətindən bildirilib ki, təşkilatın komitə iclası Gürcüstanda baş tutacaq. Azərbaycan nümayəndə heyəti iqtisadi və siyasi komitənin iclaslarına qatılacaq. Məlumat üçün bildirək ki, ölkəmiz  1992-ci ildən etibarən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının təsisçi üzvüdür. Təşkilatın 12 daimi və 17 müşahidəçi üzvü var. QDİƏT-in Baş Qərargahı İstanbul (Türkiyə) şəhərində yerləşir. Azərbaycan QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya-kommunikasiya, elm-tədqiqat və texnologiyalar və s. sahələr üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlıq edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR