Dövlətin sosial siyasətinin başlıca hədəfi əhalinin rifahının təminatıdır

Sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarına xidmət edir

Azərbaycanda müşahidə olunan  demoqrafik artım sözssüz ki, ilk növbədə iqtisadi inkişaf, sabitlik və əhalinin sosial rifahı ilə sıx bağlıdır. Azərbaycandakı müstəqil demoqrafik şərait də bunu sübut edir. Bunu müsbət dinamika verən əsas faktorlardan biri də dünyanın inkişaf etmiş ölkələri üçün nümunə ola biləcək islahatların əhalinin rifah halının daha da yüksəldilməsinə verdiyi böyük təkandır. İslahatların yeni mərhələsi və dərinləşməsi belə deməyə əsas verir ki, üstün siyasət tendensiyası bundan sonrada yüksək xətlə inkişaf edəcək. Çünki Azərbaycan dövlətinin ali məqsədi vətəndaşının üstün rifahı ilə müəyyən olunur. Təkcə son 3 ay ərzində sosial müavinətlər təqribən orta hesabla 2 dəfə, köçkünlərə verilən müavinət 50%, tələbələrin,  şəhid ailələrinə verilən müavinətlər və digər sosial ödənişlər dəfələrlə artıb. 800 mindən çox insanı əhatə edən problemli kreditlərin həlli ilə əlaqədar dünyada bənzəri olmayan fərman imzalanıb və s. Eyni zamanda dövlət bu istiqamətdə ardıcıl və sistemli tədbirləri davam etdirir. Aprelin 1-dən artıq qüvvəyə minən əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam da məhz buna əyani misaldır. 14 kateqoriya üzrə sosial müavinətlər, 7 kateqoriya üzrə prezident təqaüdlərinin, orta hesabla 100% artırılması, dövlətin üstün sosial siyasət kursunu sübut edir. Təkcə bu ilin ilk 3 ayı ərzində onlarla fərman və sərəncam imzalanmışdır. Belə ki, minimum pensiyaların qaldırılması 230 min əhalini əhatə etmişdir. Minimum əmək haqlarının qaldırılması isə 600 min adamı əhatə edir. Belə ki, 400 min insan dövlət sektorunda çalışanlar, 150 mini  özəl sektorda çalışanlardı. Müavinətlər təqribən 600 min adama toxunmuşdur. Ümumilikdə biz bu islahatları götürsək 3 milyondan artıq vətəndaşın  həyatı yaxşılaşdırılmışdır. Dövlət üçün bu maliyyə yükü kimi 2 milyarddan artıq bir maliyyə vəsaiti tələb etmişdir. Eyni zamanda növbəti addımlar kimi pensiya konsepsiyasının hazırlanması, demoqrafik təhlillərin aparılması nəzərdə tutulmuşdur. Yaxın gələcəkdə sosial müdafiənin təkmil formasının aparılması üçün yeni dost mərkəzlərinin açılması planlaşdırılır. Bütün bunlar həmdə onu göstərir ki, Azərbaycan dövləti daim öz vətəndaşının yanındadı. Bu günlərdə isə dövlət başçısı tərəfindən I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında imzalanan sərəncam ölkə ictimaiyyəti tərəfindən müsbət qarşılanıb. Milli Məclisin deputatı Kamilə Əliyeva deyib ki, Prezident İlham Əliyevin ölkə əhalisinin sosial rifahının yüksəldilməsinə dair həyata keçirdiyi işlərin miqyası gündən-günə genişlənir. Dövlət başçısının sosial islahatlar paketi çərçivəsində fərmanlar və sərəncamlar imzalaması prosesi davam edir. Prezident İlham Əliyevin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında Sərəncam imzalaması bu baxımdan istisna təşkil etmir. Deputat bildirib ki, imzalanmış Sərəncama əsasən, Azərbaycan Respublikasının ali təhsil müəssisələrində bakalavr və magistratura təhsil səviyyələrində, Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil müddəti ərzində təhsil haqqı xərcləri 2019/2020-ci tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.

K.Əliyeva söyləyib ki, son bir ildə sosial sahədə atılan mütərəqqi addımlar Azərbaycan vətəndaşının maraqlarının dövlətin həyata keçirdiyi siyasətin mərkəzində dayandığını bir daha təsdiqləyir: "Bütün atılan addımlar Prezident İlham Əliyevin güclü sosial siyasətinin başlıca hədəfinin əhalinin rifahının təminatı olduğunu, bu siyasətin əsasında vətəndaş amili, sosial ədalət və humanizm prinsiplərinin dayandığını bir daha təsdiq edir və ictimaiyyət tərəfindən rəğbətlə qarşılanır. Təsadüfi deyil ki, seçkilərdə qələbə qazandıqdan sonra Prezident İlham Əliyevin imzaladığı ilk Fərman şəhid vərəsələrinə birdəfəlik ödəmənin verilməsi ilə bağlı olub. Dövlətimizin başçısının ölkənin sosial həyatında inqilabi addımların davamlı xarakter aldığını göstərən qərarları ilə ötən bir il ərzində minimum pensiya məbləği, minimum əməkhaqqı orta hesabla 40 faiz artırıldı. Cənab İlham Əliyevin 2019-cu il 25 fevral tarixli Sərəncamı ilə isə 600 minədək şəxsə, o cümlədən 300 min əlilliyi olan şəxsə yönələn sosial müavinətlər, təqaüdlər orta hesabla 100 faiz artırıldı, əlavə olaraq bir sıra kateqoriyalardan olanlar üçün Prezidentin aylıq təqaüdləri təsis olundu".

Bu ilin fevral ayının sonlarında imzalanan Sərəncamla məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün aylıq müavinətin 50 faiz artırıldığını xatırladan deputat qeyd edib ki, bu da minlərlə məcburi köçkünün rifah halının yüksəldilməsinə xidmət edir: "Həmçinin bu il 110 minədək tələbənin də təqaüdlərinin ciddi şəkildə artırılması təmin olundu. Azərbaycan Prezidentinin humanizm prinsiplərinə söykənən sosialyönümlü siyasətini, daim hər bir vətəndaşının yanında olduğunu təsdiqləyən digər bir addım isə 800 mindən çox insanın problemli kredit məsələsini aradan qaldıracaq Fərman oldu. Dövlətimizin başçısı tərəfindən imzalanan daha bir Fərmanla isə istismarına icazə verilməmiş çoxmənzilli yaşayış binalarının sakinlərindən ibarət 350-400 min insanın mənafeyi təmin olundu. Dövlət başçısı son bir neçə ayda imzaladığı sosialyönümlü Sərəncam və fərmanlara aprelin 15-də daha birini də əlavə etdi. Fərmana görə, müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin 80 manat məbləğində təqaüdü təsis olundu".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR