Azərbaycan 185 ölkə ilə ticarət əlaqələri qurub

Ölkədə "Yaşıl dəhliz" buraxılış sisteminin tətbiqindən sonra idxal-ixrac əməliyyatları zamanı daşınan yüklərin miqdarında da ciddi artım müşahidə edilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a bildirilib ki, 2018-ci ilin 1 fevral-15 aprel tarixlərində qeyri-neft sektoru üzrə daşınan yüklərin miqdarı ixracda 67 min, idxalda 177 min ton təşkil edirdisə, cari ilin müvafiq dövründə bu rəqəm ixracda 130 min, idxalda 207 min tona yüksəlib.

Məlumatda o da bildirilib ki, ötən il 185 ölkə ilə ticarət əlaqələri qurulub və xarici ticarət iştirakçılarının sayı 25 123 olub ki, bu da 2017-ci illə müqayisədə 156 % artım deməkdir. Bunlardan 7392-si hüquqi, 17731-i fiziki şəxslərdir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR