Mikayıl Cabbarov Amerika Ticarət Palatasının nümayəndəsilə nədən danışıb?

Vergilər naziri Mikayıl Cabbarov Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) nümayəndə heyətini qəbul edib. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, görüşdə Palatanın hazırladığı "Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr" adlı sənədin ("Ağ sənəd") müddəaları və 2019-cu il ərzində Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə bağlı məsələlər müzakirə edilib. Tərəflər, həmçinin, aksizlərin tətbiqi, yaxın gələcəkdə tətbiq olunması nəzərdə tutulan "Təqib və izləmə" sistemi, nağdsız ödənişlərin genişləndirilməsi sahəsində aparılan işlər və biznes ictimaiyyətini maraqlandıran bir sıra məsələlər ətrafında diskussiya keçiriblər. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR