Regionların sosial-iqtisadi inkişafı dövlətin diqqət mərkəzindədir

Mikayıl Həsənli: "Ölkədə davamlı inkişafın təmin olunmasında sözsüz ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müstəsna əhəmiyyəti vardır"

"XX əsrin sonlarında Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində ölkənin ictimai-siyasi və sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş verdi. 1993-cü ildən başlayaraq ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət müstəqilliyin ilk illərində ölkədə baş alıb gedən siyasi və iqtisadi böhranı aradan qaldırdı. Azərbaycanın demokratik dövlət quruculuğu və bazar iqtisadiyyatı yolu ilə irəliləməsinə geniş yol açdı. Demokratik dövlət quruculuğu sahəsində aparılan genişmiqyaslı islahatlar nəticəsində ölkədə iqtisadi və siyasi sabitlik təmin edildi, beynəlxalq aləmdə Azərbaycan Respublikasının nüfuzu əhəmiyyətli dərəcədə yüksəldi, iqtisadiyyatın dinamik inkişafının əsası qoyuldu.

1994-cü ildə imzalanmış və Azərbaycan Respublikasının tarixində yeni mərhələnin əsasını qoyan "Əsrin müqaviləsi"nin icrasına başlanılması xarici investisiyaların ölkəyə cəlb olunmasına güclü təkan verdi. Uğurlu neft strategiyasının həyata keçirilməsi nəticəsində ilbəil artan neft və qaz gəlirlərini qeyri-neft sektoruna yönəltməklə iqtisadiyyatın tarazlı inkişafına nail olmaq son illər Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrildi. Keçən dövr ərzində ölkəmizdə aparılan müstəqil dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni modeli - Azərbaycan modeli yarandı. Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin rəsmi bazası kimi bir çox sənədlər qəbul olundu və qanunvericilik bazası təkmilləşdirildi. Bunların arasında "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı" xüsusi qeyd olunmalıdır." Bu fikirləri Olaylar.az -a "Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyinin sədri Mikayıl Həsənli bildirib.

Mikayıl Həsənli qeyd edir ki, keçən dövr ərzində ölkə iqtisadiyyatının davamlı və tarazlı inkişafını təmin etmək üçün Prezident İlham Əliyev tərəfindən regionların inkişafı üzrə 3 Dövlət Proqramı, Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair 3 Tədbirlər Proqramı, çoxsaylı sərəncam və fərmanlar imzalanıb: "Bu proqramların icrası Azərbaycanda yoxsulluğun və işsizliyin azaldılmasına, regionlarda iqtisadi fəallığın artırılmasına və infrastrukturun formalaşmasına şərait yaradıb. Bu gün Azərbaycan dövləti regionların qeyri-bərabər inkişafını iqtisadi təhlükəsizlik baxımından ciddi problem kimi dəyərləndirir və buna görə də regional inkişaf proqramları hazırlayıb həyata keçirir.

Ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına nail olmaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanları ilə qəbul edilən sənəddə ölkə regionlarının inkişafı sahəsində əldə olunan nailiyyətlərin daha da möhkəmləndirilməsi, əsası qoyulan inkişaf tədbirlərinin növbəti illərdə də davam etdirilməsi prioritet kimi nəzərdə tutulur. Eyni zamanda Dövlət Proqramında mühüm istiqamət kimi Bakı şəhəri və onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirlər də öz əksini tapır.

Ölkə başçısı, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu Dövlət Proqramının nəticəsi Azərbaycanda bütün infrastrukturun dünya səviyyəsinə çatmasına və Avropa Birliyinin meyarlarına bərabər olmasına şərait yaradacaq. Bu baxımdan Dövlət Proqramında ölkə iqtisadiyyatının bütün sahələri və regionlar üzrə bu vaxta qədər həll olunmamış bütün məsələlərin, o cümlədən bütün bölgələrdə hər bir kəndin konkret problemlərinin, əhalini narahat edən məsələlərin əks olunması vacib vəzifə kimi qarşıya qoyulub."

"Gənc Nəslin Maarifləndirilməsi" İctimai Birliyinin sədri bildirir ki, yeni sosial-iqtisadi inkişaf mərhələsində olan ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı ilə əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi sahəsində dövlətin məqsədyönlü siyasətinə uyğun olaraq Dövlət Proqramında bütün regionlarda, eləcə də ölkə paytaxtında mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, kommunal xidmət və digər infrastruktur obyektlərinin, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, turizmin inkişafı, o cümlədən müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidənqurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlər nəzərdə tutulub.

"Ölkədə davamlı inkişafın təmin olunmasında sözsüz ki, regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının müstəsna əhəmiyyəti vardır. 2004-cü ildən uğurla icra olunan bu proqramlar şəhər və rayonların simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına, turizmin inkişafına və əhalinin rifahının yüksəlməsinə şərait yaradıb. Beşillik proqramın uğurla icrası saysız infrastruktur obyektlərinin,məktəb və xəstəxanaların tikintisi və əsaslı təmiri, yolların çəkilməsi, aqrar sektorun əlavə inkişaf imkanlarının yaradılması, bölgələrin abadlaşdırılması, kiçik və orta biznesə dövlət dəstəyinin yeni mexanizmlərinin tətbiqi, bölgələrimizdə iş yerlərinin artırılması hesabına məşğulluğun yüksəkdilməsi və s. kimi çox geniş istiqamətlərdə böyük nəticələr deməkdir. Regionlarda əvvəlki dövrlərdə başlanmış işlərin davam etdirilməsi, ölkənin dinamik iqtisadi-sosial inkişaf tempinin qorunub saxlanması, bütövlükdə ölkənin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsi də birbaşa Dövlət Proqramının uğurlu icrasının nəticələridir. Ölkəmizin bir sıra beynəlxalq reytinq siyahılarında öz yüksək yerini qoruya bilməsi, bir sıra göstəricilərdə yerini yüksəldə bilməsi məhz Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş böyük işlərin sayəsində mümkün olub.

Belə ki, uğurla icra edilmiş bu proqram dünyanın bütün ölkələrinin dərin iqtisadi-maliyyə böhranı keçirdiyi və yeni dövrə uyğun ən səmərəli inkişaf modellərinin axtarış dovrünə təsadüf etdi. Azərbaycan bir sira ölkələrdən fərqli olaraq qeyri-neft inkişaf modelinin əsaslarını uğurla yarada və tətbiq edə bildi. Bu, çox böyük tarixi nəticədir. Başqa ölkələr hətta kiçik layihələrin icrasını dayandırmaq məcburiyyətində qaldığı halda, Azərbaycan irimiqyaslı Dövlət Proqramının heç bir maddəsini ixtisar etmədən həyata keçirdi. Bu mənada Dövlət Proqramı Azərbaycanın inkişaf modelinin strateji olaraq dəqiq seçildiyinin təsdiqi baxımından önəmlidir. Proqramın icra olunduğu müddətdə dövlət başçısının siyasətinə cəmiyyətimizin davamlı dəstəyi özünü unikal bir fenomen kimi göstərməkdə davam etdi. Ümumiyyətlə, Dövlət Proqramının uğurlu icrasının mühüm şərtlərindən biri məhz Prezidentin fəaliyyətinə xalqın fasiləsiz dəstəyindən ibarət oldu."

Bu günün prizmasından regionların həyatının 14 il öncəki vəziyyətinə baxdıqda, bütün sahələrdə, sözün əsl mənasında, inqilabi dönüşün baş verdiyinin şahidi olduğumuzu bildirən Mikayıl Həsənli qeyd edir ki, ötən müddətdə Azərbaycan iqtisadiyyatı öz inkişaf sürətinə görə dünya tarixində böyük uğurlara imza atıb. Azərbaycanın bölgələrində yeni, müasir tələblər baxımından bütün standartlara cavab verən infrastruktur yaradılıb: "Məhz belə əlverişli mühitin yaradılması nəticəsində həm xarici, həm də daxili investisiyaları cəlb etmək və ölkə iqtisadiyyatının sürətli inkişafını təmin etmək mümkün olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 yanvar tarixli Fərmanında regionların keçdiyi inkişaf yolu rəqəmlərdə də açıq şəkildə öz əksini tapır: "...Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artmışdır.

Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir.Dövlət proqramları çərçivəsində görülmüş genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaratmışdır."

Aqrar sektorun inkişafının fundamental əsası hələ 2004-cü ildə ölkə başçısı tərəfindən təsdiq edilən regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında öz əksini tapıb. 2004-2008, 2009-2013 və 2014-2018-ci illəri əhatə edən dövlət proqramlarının reallaşdırılması nəticəsində kənd təsərrüfatı sahəsində böyük infrastruktur yaradılıb, qeyri-neft sektorunun inkişafında aqrar sektorun payı xeyli artıb. Hazırda 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət Proqramı uğurla icra edilir."

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR