Mikayıl Cabbarov Hindistan səfiri ilə görüşüb

Vergilər naziri Mikayıl Cabbarov Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Bavitlunq Vanlalvavna ilə görüşüb. Nazirlikdən "Olaylar"a bildirilib ki, görüşdə "Azərbaycan Respublikası Hökuməti ilə Hindistan Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş" layihəsi və Azərbaycanla Hindistan arasında ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi  ilə bağlı məsələlər müzakirə olunub. Vergilər Nazirliyinin rəhbər vəzifəli şəxslərinin iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi olub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR