ƏDV büdcənin gəlirlərinin təmin olunmasında əhəmiyyətli rol oynayır- ŞƏRH

Azərbaycan iqtisadiyyatı sürətli artım mərhələsinə qədəm qoyub. 2018-ci ilin iqtisadi nəticələrinə görə ixrac idxalı 8.6milyard dollar üstələyib, tədiyyə balansının cari əməliyyatlar balansında müsbət saldo 5 milyard dollardan çox olub. İxracın həcmi durmadan artır və yerli istehsal həcmi genişlənir. Eyni zamanda, ölkədə pul kütləsinə effektiv nəzarət mexanizmləri qurulub və yeni büdcə qaydaları qəbul olunub. Belə bir şəraitdə Azərbaycanın manatının mövqeyi digər valyutalara nisbətdə kifayət qədər sabitdir və bunun üşün yetərli iqtisadi səbəblər vardır. Bu heş şübhısiz ki, hər şeydən əvvəl ölkədə həyata keçirilən düzgün və məqsədyonlü siyasətlə bağlıdır. Millət vəkili Tahir Mirkişili də deyir ki, ölkənin inkişafında, uğurlar əldə etməsində uğurlu idarəçilik əsas rol oynayır: "

Tahir Mirkişili deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar öz sürəti, əhatəsi və nəticəliliyi ilə fərqlənir: "Ümumilikdə islahatlar prosesi ağrılı bir prosesdir. İslahatların uğurlu olması onun qətiyyətli və düşünülmüş aparılmasından və xalq tərəfindən dəstəklənməsindən çox asılıdır. Keçən müddət ərzində dövlət başçısının bütün addımlarının qətiyyətli və uzaqgörən olmasına bütün dünya şahidi olmuşdur. Cənab Prezidentin müəllifi olduğu   həm daxili, həm də beynəlxalq layihələr daim uğurla başa çatmışdır. 11 aprel 2018-ci il prezident seçkilərində cənab İlham Əliyevin xalqın böyük səs çoxluğu ilə prezident seçilməsi Azərbaycan xalqının məhz Onu dəstəklədiyini deməkdir. Bir neçə gün öncə Fransanın "Opinion way" şirkətin apardığı sorğu nəticəsində rəyi soruşulan Azərbaycan vətəndaşlarının 90%-nin Prezidentin islahatlarını dəstəkləməsi ölkədə aparılan mühüm iqtisadi və idarəetmə islahatlarına böyük dəstəkdir. Keçən 1 ildə islahatların mühüm nəticələri onu bir daha göstərdi ki, effektiv şəkildə aparılan islahatlar qısa müddətdə öz nəticələrini verir. 2019-cu ilin ilk 3 ayının nəticələrini təhlil etsək, görərik ki, Ümumi Daxili Məhsul 3%, qeyri-neft sənayesi 15% artmış, inflyasiya cəmi 2% olmuşdur. 2018-ci ildə Dünya Bankı Azərbaycanı dünyada ən çox islahat aparan ölkə elan etmişdir. İslahatlar nəticəsdinə iqtisadiyyatda şəffaflığın artması büdcə gəlirlərini son 2 ayda 200 milyon manat artırmışdır. Dövlətin artan gəlirlərini vətəndaşların sosial müdafisəinin güclənməsinə yönəldən dövlət başçısı minimum əmək haqlarını, pensiyaları, sosial müavinətləri, tələbə təqaüdləri və s. artırmaqla bir daha aparılan islahatların əsas məqsədinin Azərbaycan vətəndaşının daha yaxşı yaşaması olduğunu göstərib.

Azərbaycan iqtisadiyyatının əlavə dəyər vergisindən (ƏDV) tədricən xilas olması təşəbbüsünə gəlincə isə millət vəkili hesab edir ki, ƏDV ilk dəfə 1950-ci illərdə Fransada tətbiq olunmağa başlayıb: "Bu gün Avropa İttifaqına üzv olmaq üçün istənilən halda hər bir ölkə ƏDV-ni tətbiq etmək mexanizminə sahib olmalıdır və bu, məcburidir. Bir çox dövlətlərin, məsələn, Fransanın dövlət büdcəsinin vergi gəlirlərində ƏDV-nin payı 45 faizə yaxındır. Bəzi ölkələrdə isə bu rəqəm azdır. Məsələn, Niderlandda bu göstərici 25 faizə yaxındır. Amma bütövlükdə ƏDV bu gün büdcənin gəlirlərinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Azərbaycanda ƏDV vergi yığımlarının, təxminən 50 faizindən bir az çoxdur. Yəni bu gün həm gömrük, həm vergi sahəsində ƏDV-nin yığım həcminə fikir versək, bu, bütövlükdə büdcə gəlirlərinin, təxminən 30 faizinə yaxındır. Bu, kifayət qədər böyük məbləğdir. Bu gün ƏDV bir tərəfdən iqtisadi funksiyaya sahibdirsə, digər tərəfdən onun mühüm bir sosial istiqaməti var. ƏDV olmayanda, bu qədər vergi yığılmayanda son nəticədə əhalinin sosial qayğı ilə əhatə olunmasında ciddi şəkildə problemlər yarana bilər. Yığılan vergilərin böyük hissəsi son nəticədə pensiyaya, sosial təminata, sosial müavinətə və bütövlükdə əhalinin maddi rifahının artırılmasına yönəlir. Yəni verginin əsas funksiyalarından da biri bundan ibarətdir. Amma mən düşünürəm ki, istənilən halda ƏDV mexanizminin təkmilləşdirilməsi ilə bağlı işlər görmək mümkündür. Bu gün dünyada ƏDV-nin tətbiqi mexanizmi ilə bağlı diskussiyalar aparılır. Bir çox ölkələrdə ƏDV tətbiq olunmur. Məsələn, ABŞ, Kanada, Avstraliyada ƏDV yoxdur və bunun əvəzində başqa tipli vergilər var. Milli Məclisdə müzakirələr zamanı bir çox hallarda ƏDV-nin müxtəlif dərəcələrinin tətbiqi ilə bağlı təkliflər də vermişdik. Biz də düşünürdük ki, bəzi sahələrdə, məsələn, tibb, təhsil, əhalinin ilkin ehtiyaclarının tələb olunduğu müəyyən sahələrdə ƏDV-nin dərəcəsinin aşağı salınması mümkündür. Azərbaycanda bir çox məhsullar ƏDV-dən azad olunub. Məsələn, buğda və taxıl məhsulları idxalda ƏDV-dən azaddır. Bir çox hallarda bu azadolmalar əhalinin ilkin ehtiyacını ödəyən məhsulların qiymətinin aşağı olmasına səbəb olub. Amma təhlillər göstərir ki, ƏDV-nin dərəcələrində müxtəliflik tətbiq edən zaman iqtisadi cinayətlərin sayının səviyyəsi getdikcə artır. Çünki ƏDV elə bir vergidir ki, burada istənilən halda mexanizmin təkmil olması çox mühümdür. Mexanizm təkmil olmasa, yəni uçot düzgün qurulmasa, bu zaman ƏDV-nin toplanmasında kifayət qədər boşluqlar mövcud olur. Bu boşluqlarda inzibatçılığın səviyyəsinin aşağı olması bir çox hallarda bu verginin ödənilməməsinə, vergidən qaçmaya səbəb olur. Digər bir yanaşma ƏDV-də müxtəlif dərəcələrin tətbiqi yox, bunun bütövlükdə aşağı salınması, amma azadolmaların aradan qaldırılmasından ibarətdir. Çünki burada əsas məqsəd inzibatçılığın daha şəffaf qurulmasıdır. Şəffaflığın artması son nəticədə ƏDV-nin bir çox məsələlər üzrə dərəcələrinin aşağı enməsinə səbəb ola biləcək. Bunun üçün əslində sistem hazır olmalıdır və sistemin hazır olması üçün şəffaflıq artmalıdır. Ölkəmizdə uçotluğun səviyyəsinin daha çox artması son nəticədə ƏDV sistemində islahatlar aparmağa şərait yaradacaq".

Məhəmməd

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR