Dövlət büdcəsinin gəlir və xərcləri açıqlanıb

Ötən il icmal büdcənin gəlirləri 30 milyard 925 milyon manat və ya 2017-ci illə müqayisədə 6 milyard 849 milyon manat çox, xərcləri  26 milyard 457 milyon manat və ya  1 milyard 274 milyon manat çox icra olunub. İcmal büdcə 1 milyard 549 milyon manat məbləğində profisitlə proqnozlaşdırılsa da, faktiki olaraq 4 milyard 468 milyon manat profisit əldə olunub ki, bu da proqnoza nisbətən 2 milyard 918 milyon manat və ya 1,9 dəfə çox deməkdir. "Olaylar" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki,  2018-ci ildə dövlət büdcəsinin gəlirləri 22 milyard 509 milyon manat və yaxud təsdiq olunmuş proqnoza qarşı 360,0 milyon manat çox, 2017-ci illə müqayisədə isə 6,0 milyard manat çox icra edilib. Qeyri-neft sektoru üzrə daxilolmalar 9 milyard 108 milyon manat və yaxud 103,5 faiz icra edilməklə proqnozla nəzərdə tutulduğundan 305,0 milyon manat çox olub.

2018-ci ilin dövlət büdcəsinin xərcləri 22 milyard 731 milyon manat və yaxud 98,4 faiz icra edilib ki, bu da 2017-ci illə müqayiəsədə 5 milyard 137 milyon manat  çox olub. Dövlət büdcəsinin kəsiri 951,0 milyon manat proqnoza qarşı 728,0  milyon manat az və ya faktiki olaraq 223,0 milyon manat icra olunub ki, bu da ümumi daxili məhsulun 0,3 faizinə bərabərdir. Kəsirin maliyyələşdirilməsi maliyyə bazarlarında qiymətli kağızların yerləşdirilməsindən və özəlləşdirmədən daxil olan vəsaitlər hesabına həyata keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR