Dünya bazarlarında neftin qiymətindəki kritik hədd- TƏHLİL

Neft qiymətlərinin artmasının başlıca səbəbi nədir?

Dünya bazarlarında neftin qiymətində müşahidə edilən artım neft istehsal edən ölkələr kimi. Azərbaycan üçün də sərfəlidir desək yanılmarıq. Qiymətlərin artması nəticəsində büdcəyə əlavə vəsaitlərin daxil olması Azərbaycanda həyata keçirilən sosialyönümlü layihələrin davamlılıq əmsalını artırır ki, bu da nəticə etibarilə əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır. Təkcə son bir neçə ay ərzində ölkədə social sahədə bir sıra mühüm əhəmiyyət kəsb edən addımların atılması, pensiya və müavinətlər, minimum əməkhaqqının 180 manata qaldırılması, eləcə də digər bu kimi müsbət amillər məhz büdcəyə əlavə gəlirlərin daxil olmasının məntiqi nəticəsi idi. Hazırkı situasiyada dünya bazarlarında neftin qiymətinin artması qarşıdakı müddət ərzində də sosial sahədə müsbət addımların atılacağını deməyə əsas verir.

İndiki situasiyada dünya bazarlarında neftin qiymıtində müşahidə edilən artım və qarşıdakı müddət ərzindəki gözləntilər barədə iqtisad elmləri doktoru, professor, "Ekonomiks" Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov fikirlərini bölüşüb.  O, qeyd edib ki, dünya bazarlarında neftin qiymətləri artıq kritik həddi - 1 barel üçün 70 dolları keçib. İqtisadçının sözlərinə görə, qiymətlər artmaqda davam edir: "Nə baş verir? Təbii ki, neft ixracatçısı olan Rusiyaya, İrana, Venesuelaya qarşı Birləşmiş Ştatların tətbiq etdiyi sanksiyalar bu ölkənin neftin qiymətlərinin aşağı düşməsi ilə bağlı istəyinə uyğun olmasa da Birləşmiş Ştatlar sanksiyaların miqyasını genişləndirmək siyasətindən əl çəkmək fikrində deyil. Gözləninlən budur ki, keçən ilin noyabr ayının 5-dən İran neftinin satışına 6 ay müddətinə tətbiq edilən sanksiyaların müddəti başa çatdıqdan sonra qadağaların vaxtı yenidən uzadılacaq və sanksiyalar tətbiq edilməyə başladıqdan sonra bu ölkədən neft ixracına razılıq verilmiş 8 ölkə may ayının əvvəlindən artıq bu razılıqdan məhrum ediləcəklər. Vəziyyətin belə olacağını bilən həmin ölkələrin İrandan neft idxal edən kompaniyaları artıq indidən buna hazırlıq görməyə başlayıblar. Yəni onlar bazarda özlərinə yeni satıcılar axtarmaqdadırlar. Birləşmiş Ştatların Venesueladakı vəziyyəti günü - gündən daha gərginləşdirməsi bu ölkənin də neft ixracı imkanlarının aşağı düşməsinə səbəb olur. Bu arada Rusiyayaya neft hasilatı ilə bağlı yeni sanksiyaların tətbiq ediləcəyi gözlənilir. Belə bir durumda Liviyada vəziyyətin gərginləşməsi neft bazarında qiymətlərin artmasına əlavə bir stimul yaradır".

Bəs görəsən dünya bazarlarında neftin qiymətlərinin azalmasınını özünün strateji hədəfinə çevirmiş Amerika Birləşmiş Ştatları yaranmış vəziyyətdə hansı addımları atmağı planlaşdırır? Fikrət Yusifov bildirib ki, ilk öncə Birləşmiş Ştatlarda bu gün neft hasilatını və onun ixracını sürətlə artırmaq istiqamətində davamlı addımlar atılır, şist neft hasilatı genişləndirilir: "OPEK və onunla əməkdaşlıq edən ölkələrə qarşı isə neftin qiymətlərinin tənzimlənməsinə qarşı yeni sanksiyaların tətbiqi istiqamətində konkret addımlar atılır. Bu günlərdə Birləşmiş Ştatlar Konqresində NOPEC (No Oil Producing and Exporting Cartels Act) qanun layihəsinin qəbul edilməsi gözlənilir. Bu qanun Amerika məhkəmələrinə OPEK ölkələrinə qarşı inhisarçılıqla bağlı işlərə baxmaq səlahiyyəti verəcək. Bu o deməkdir ki, OPEK-ə üzv olan və ilk növbədə OPEK-lə əməkdaşlıq edən neft hasilatçısı olan ölkələr özlərinə problem yaşatmamaq xatirinə bir-birinin ardınca OPEK-i tərk etməyə başlayacaqlar. OPEK-in dağılması isə neft bazarına nəzarət sahəsində Birləşmiş Ştatların hegemonluğunun bərqərar olması demək olacaq. Nəticə etibarilə neft hasilatının həcminin bir mərkəzdən idarə olunması ortadan qalxacaq. Bu isə hasilatın artmasına, neftin qiymətlərinin isə son nəticədə Birləşmiş Ştatların istədiyi bir səviyyəyə qədər azalmasına inkan verəcəkdir".

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR