Oqtay Əsədov: “2018-ci il dərin iqtisadi islahatlar ili olub”

"Azərbaycanda Prezidenti İlham Əliyevin rəhbərliyi ilə əldə edilən uğurlar hökumətin hesabatında əksini tapıb. Ötən il ölkəmizin sosial-iqtisadi həyatında əlamətdar il olub. Ölkə başçısının söylədiyi kimi, 2018-ci il dərin iqtisadi islahatlar ili olub". "Olaylar"  xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib. O, bildirib ki, nüfuzlu reytinq agentlikləri Azərbaycanda aparılan islahatları yüksək qiymətləndirib: "Kredit reytinqinə görə Azərbaycanın mövqeyi əhəmiyyətli dərəcədə yaxşılaşıb. Ölkənin valyuta ehtiyatı 3 milyard dollar artaraq ilin sonuna 45 milyard dollar olub. İqtisadi islahatların nəticəsidir ki, dünyada mürəkkəb proseslərin getdiyi bir şəraitdə Azərbaycan iqtisadiyyatının dayanıqlığı təmin olunub. 2019-cu ilin əvvəlində minimum əməkhaqqının, əmək pensiyasının, sosial müavinətlərin əhəmiyyətli dərəcədə artırılması, xarici valyutada olan kreditlərin artan hissəsi ilə bağlı qərarın qəbul edilməsi 2018-ci ildə həyata keçirilən tədbirlərin nəticəsidir".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR