BP: “Şahdəniz” və “Şəfəq-Asiman” yataqları Xəzər qazının etibarlı tədarükünü təmin edəcək

"Azərbaycanda "Şahdəniz" və "Şəfəq-Asiman" qaz yataqları Xəzər qazının bu əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək".

Bunu Beynəlxalq Qazmaçılar Assosiasiyasının Xəzərdə qazma işlərinə dair keçirilən 2019-cu il sərgi-konfransında BP-nin neft quyuları üzrə vitse-prezidenti Mayk Zangi deyib.

O qeyd edib ki, şirkətin Xəzər dənizində - həm "Şahdəniz" yatağında, həm də "Azəri-Çıraq-Günəşli" (AÇQ) blokunda fəaliyyəti BP-nin dünyadakı irimiqyaslı fəaliyyətini əks etdirir:

"Növbəti 25 il ərzində BP şirkəti və onun tərəfdaşlarının diqqəti AÇQ və "Şahdəniz" layihələrinə yönələcək. Biz bu yataqların işlənməsini əsrin ortalarınadək davam etdirəcəyik".

M.Zangi bildirib ki, SOCAR-la birgə BP Xəzər regionunda neft-qaz ehtiyatlarının hasilatını davam etdirəcək. O əlavə edib ki, "Şəfəq-Asiman" yatağında çətin quyunun qazılması, eləcə də 2020-ci ildə "Şahdəniz"də kəşfiyyat quyusunun qazılması gözlənilir. Bu iki layihə Xəzər qazının əsrin ortalarınadək etibarlı tədarükünü təmin edəcək:

"Biz Abşeron yarımadasında dayaz sularda seysmik kəşfiyyatı başa çatdırmışıq və bu ilin sonunda üç perspektiv sahənin qazılmasına başlamağı planlaşdırırıq. Gələn il D230 blokunda seysmik-kəşfiyyat işləri keçiriləcək. Ofşor layihələrə əlavə olaraq bizim quruda da layihələrimiz var. Biz Azərbaycanda ilk dəfə "Qobustan" yatağında quruda qazma işlər aparacağıq".

Milli.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR