Azərbaycana səfər edən hindistanlı turistlərin sayı artıb

2018-ci ildə Azərbaycana səfər edən hindistanlı turistlərin sayında 175% artım olaraq 40 min nəfərə çatıb.

Bunu Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid Hindistanın nüfuzlu "Times of India" informasiya agentliyinə müsahibəsində deyib.

F.Zenqstşmid son illərdə hindistanlı turistlərin Azərbaycana daha çox maraq göstərdiyini vurğulayıb.

O qeyd edib ki, Hindistan Azərbaycan Turizm Bürosunun rəsmi nümayəndəliyinin açıldığı ilk altı ölkədən biridir. Hindistan bazarı haqqında daha əvvəldən araşdırma aparıldığını, potensial turistlərin maraqlarının öyrənildiyini bildirən F.Zenqstşmid Azərbaycanın yeni turizm konsepsiyası ilə ölkənin turizm imkanları haqqında məlumatın daha yaxşı çatdırıla biləcəyini deyib.

Həmçinin hindli turistlər üçün müxtəlif bayram, toy və s. kimi korporativ və qrup tədbirlərinin keçirilməsi üçün də təkliflərin mövcud olduğu, hətta Azərbaycanda hind kinolarının çəkilişini dəstəkləyəcək qaydalar müəyyənləşdirən sənəd üzərində iş getdiyi haqqında məlumat verib.

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR