Ofisiant, dərzi və bərbərlər vergini hansı qaydada ödəyəcəklər?

Cari il yanvarın 1-dən etibarən Vergi Məcəlləsinə edilən dəyişikliklər qüvvəyə minib. Məlumat üçün qeyd edək ki, qanunvericilikdə edilən dəyişikliklər sahibkarlar və vətəndaşlar üçün çoxlu faydalar verəcək. Belə ki, dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq edilir. Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi tətbiq edilir. Bu isə o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də sosial vergi ödəyəcək. Onu da qeyd edək ki, güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil edilir. Elə isə iaşə obyektlərində çalışanlar hansı qaydada vergi ödəyəcəklər?  

Qeyd edək ki, Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2019-cu il tarixdən iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) aylıq 10 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 20 manat sadələşdirilmiş vergi ödəməli və sadələşdirilmiş verginin ödənilməsi barədə qəbz almaqla öz vergi öhdəliklərini yerinə yetirməlidirlər. Bu zaman ofisiantla şadlıq evini işlədən vergi ödəyicisi arasında əmək müqaviləsinin bağlanmasına zərurət yaranmır. Məlumat üçün qeyd edək ki, vergi ödəyicisi "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Vergi ödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada "Sabit verginin ödənilməsi haqqında qəbz" verilir.

Qanunvericilikdə edilən dəyişikliyə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat məbləğində sadələşdirilmiş vergi ödəyir. Bu əmsal Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0,5-dir. Məsələn, Astara şəhərində bərbər fəaliyyəti ilə məşğul olan şəxslər "Sabit verginin ödənilməsi haqqında qəbz" alaraq, ayda 7,5 manat (15 manat x 0.5 ) məbləğində sadələşdirilmiş vergi ödəməlidirlər. Sadələşdirilmiş verginin ödənilməsi barədə sabit qəbz əldə edən şəxslərin vergi öhdəliyi yerinə yetirilmiş hesab edilir. Bərbər fəaliyyəti ilə məşğul olan şəxslərin vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranmır. Məlumat üçün qeyd edək ki, vergi ödəyicisi "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Vergi ödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada "Sabit verginin ödənilməsi haqqında qəbz" verilir.

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər aylıq 10 manat məbləğə Bakı şəhərində 2 əmsalı tətbiq etməklə 20 manat sabit vergi ödəyir və verginin ödənilməsi barədə qəbz əldə edir. Nəzərə almaq lazımdır ki, bu əmsal Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1,0, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) isə 0,5-dir. Sadələşdirilmiş verginin ödənilməsi barədə sabit qəbz əldə edən şəxslərin vergi öhdəliyi yerinə yetirilmiş hesab olunur. Dərzi fəaliyyəti ilə məşğul olan şəxslərin vergi orqanına bəyannamə təqdim etmək öhdəlikləri yaranmır. Məlumat üçün qeyd edək ki, vergi ödəyicisi "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz"i almaq üçün yazılı müraciət etdikdə, sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir. Ödəniş sənədində vergi ödəyicisinin VÖEN-i göstərilməlidir. Vergi ödəyicisi hesablanmış sabit vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra ona müvafiq olaraq kağız daşıyıcısında və ya elektron qaydada "Sabit verginin ödənilməsi haqqında qəbz" verilir. Yeri gəlmişkən xatırladaq ki, Vəkillər Kollegiyasının üzvlərinin ödədikləri məcburi dövlət sosial sığorta haqqının dərəcəsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməmişdir. Həmin şəxslər əvvəlki qaydada gəlirlərinin 20 faizi miqdarında sosial sığorta haqqı ödəməlidirlər.

Yenilikdə qanunvericiliyi pozanlar barədə sanksiyalar da nəzərdə tutulur. Belə ki, Vergi Məcəlləsinin qüvvəyə minmiş müddəalarına əsasən, elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Lakin qanunvericiliyə əsasən, yeni maliyyə sanksiyaları qüvvəyə mindiyi gündən 1 il müddətində belə hala birinci dəfə yol verildikdə vergi orqanı tərəfindən vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq olunmur və yalnız rəsmi (yazılı) xəbərdarlıq edilir. Xəbərdarlıq edildikdən sonra vergi ödəyicisi tərəfindən təkrarən belə hala yol verildiyi aşkarlanarsa, o zaman vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilir.

Alim

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR