Həyata keçirilən iqtisadi islahatlar ölkənin qüdrətini daha da artırır

Sosial-iqtisadi inkişaf əhalinin sosial rifahını daha da yüksəldir  

Ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sistemli və ardıcıl islahatlar 2018-ci ildə də davam etdirilib ki, bununla da  ötən il ölkə iqtisadiyyatı üçün uğurlu olub. Həyata keçirilən şaxələndirilmiş iqtisadi siyasət nəticəsində bu sahədə müsbət nəticələrin əldə olunub. Konkret olaraq biznes və investisiya mühiti yaxşılaşdırılıb, qeyri-neft istehsalı və ixracı stimullaşdırılıb. Azərbaycanda qeyri-neft sektorunun innovativ və yüksək texnologiyalara əsaslanan inkişafını təmin etmək, əhalinin istehsal sahəsində məşğulluğunu artırmaq, regionların sənaye potensialından daha səmərəli istifadə etmək məqsədilə ölkə başçısının müvafiq tapşırıqlarına əsasən sənaye parkları və məhəllələri yaradılıb. Artıq ölkəmizdə müasir texnologiya və standartlara uyğun bir sıra müəssisələr fəaliyyət göstərir. İndiyədək sənaye parkları və məhəllələrinin 70-dən çox rezidenti tərəfindən 5 milyard manatdan çox investisiya yatırılıb. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycanda 2016-cı ildən tətbiq olunan investisiya təşviqi mexanizmi çərçivəsində indiyədək 330 layihəyə investisiya təşviqi sənədi verilib, bu layihələrə 2,8 milyard manata qədər investisiya yatırılması və 22 minədək yeni iş yerinin açılması nəzərdə tutulub.     Məlum olduğu kimi iqtisadiyyatın aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı və özəl sektorun dəstəklənməsi Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə uğurla reallaşdırılan sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Dövlət başçısının bu strateji xəttinə uyğun olaraq, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, dövlət-sahibkar münasibətlərinin inkişafı, biznesə yeni dəstək mexanizmlərinın yaradılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilməkdədir. Hazırda da dövlət başçısının müasir dövrün qlobal çağırışlarının nəzərə alındığı iqtisadi islahatlar paketinə uyğun olaraq, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın inkişafı istiqamətində sistemli və ardıcıl islahatlar aparılır, sahibkarlığa dövlət dəstəyinin sferası və coğrafiyası genişləndirilir. Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların, biznes-inkubatorların yaradılması, sahibkarlıq sahəsində aparılan yoxlamaların 2021-ci ilədək dayandırılması, lisenziya və icazələr sisteminin təkmilləşdirilməsi, investisiyaların və ixracın təşviqi mexanizminin tətbiqi, vergi və gömrük sahəsində islahatların aparılması, ixrac missiyalarının təşkili və digər tədbirlər sahibkarlığın davamlı inkişafının təmin olunmasında, özəl sektorun iqtisadiyyatda rolunun artmasında mühüm önəm kəsb edir. Xatırladaq ki, hazırda ölkədə ixraca dəstək mexanizmləri tətbiq edilməkdədir ki, nətisədə ötən il 10 ölkəyə 11 ixrac missiyası təşkil olunub, 10 beynəlxalq sərgidə yerli şirkətlərin vahid ölkə stendi ilə iştirakı təmin edilib, ticarət və şərab evləri açılıb. Görülmüş tədbirlər beynəlxalq hesabatlarda da öz müsbət əksini tapır. Təsadüfi deyildir ki, ölkəmiz Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın islahatçı 10 ölkəsi siyahısına daxil edilib. Şübhəsiz ki, dövlət səviyyəsində sahibkarlığın, qeyri-neft sahəsində istehsalın və ixracın dəstəklənməsi üçün atılan addımlar Azərbaycanın iqtisadi imkanlarının daha da artmasına, özəl sektorun inkişafına, vətəndaşların həyat səviyyəsinin davamlı olaraq yüksəlməsinə xidmət edir. Məhz görülən işlər nəticəsində Azərbaycanın iqtisadi potensialı daha da yüksəlib. Etiraf edilməlidir ki, baş verən davamlı sosial-iqtisadi inkişaf, əhalinin sosial rifahının daha da yüksəldilməsi ölkəmizin iqtisadi qüdrətini daha möhkəmləndirir, beynəlxalq aləmdə nüfuzunu daha da artırır. Həmçinin ölkədə ğrzaq təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Millət vəkili,  Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev deyib ki, son 15 ildə dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər dinamik inkişçaf edən ikinci ölkə olmayıb. Hətta dünya üçün çətin keçən illərdə də respublikamızın iqtisadiyyatı yüksək dayanıqlılıq nümayiş etdirib. R.Əliyev bildirib ki, güclü iqtisadiyyat 2018-ci ildə də ölkənin inamlı inkişafının təməlində dayanan əsas amillərdən biridir. Onun sözlərinə görə, ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır: "Məlumdur ki, Azərbaycan zəngin karbohidrogen ehtiyatlarına malik olan ölkədir. Xəzərin neft-qaz ehtiyatlarının işlənməsinə dair transmilli şirkətlərlə imzalanan müqavilələr çərçivəsində respublikamıza böyük həcmlərdə valyuta gəlir. Bununla belə, Azərbaycan ölkə iqtisadiyyatının birqütüblü olmasını və neft amilindən asılı qalmasını heç vaxt qəbul etməyib. Əksinə, respublikamız qazandığı neft gəlirlərini çoxqütüblü iqtisadiyyat quruculuğuna yönəltməyə üstünlük verib. Son 15 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və dəstək tədbirləri gücləndirilib. Ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi və siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir. Təsadüfi deyil ki, 2018-ci ildə milli iqtisadiyyatımızda ən yaxşı inkişaf göstəriciləri məhz qeyri-neft iqtisadiyyatında qeyd alınıb.Təkcə belə bir faktı vurğulamaq kifayətdir ki, ötən il respublikamızda qeyri-neft sənayesində 9 faizdən çox artıma nail olunub ki, bu da kifayət qədər yaxşı göstəricidir". Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, Son illərdə dünyada müşahidə edilən yeni reallıqlar fonunda meydana çıxan qlobal çağırışlardan biri aqrar sektorun intensiv inkişafının təmin edilməsi zərurəti ilə bağlıdır. E.İbrahimov bildirib ki, 2050-ci ilədək dünya əhalisinin sayının 9,3 milyard nəfərə çatacağı gözlənilir. Bu isə ərzağa olan tələbatın indiki səviyyə ilə müqayisədə 70 faiz artması deməkdir. Torpaq və su resurslarının məhdudluğu fonunda qlobal ərzaq təchizatının əhəmiyyətli dərəcədə artması təmin olunmalıdır. Təsadüfi deyildir ki, 2015-ci ildə BMT-nin qəbul etdiyi "Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik" sənədində aclığın ləğv edilməsi, qidalanmanın yaxşılaşdırılması, ərzaq təhlükəsizliyinin və kənd təsərrüfatının dayanıqlı inkişafının təmin edilməsi əsas məqsədlərdən biri kimi müəyyənləşdirilib: "BMT-nin bəyan etdiyi Minilliyin İnkişaf Məqsədlərinə qoşulan Azərbaycan da aqrar sektoru intensiv metodlarla inkişaf etdirməyi, məqsədyönlü islahatlarla bu sektorda istehsal imkanlarını artırmağı hədəfləyib. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq aqrar sahənin inkişafı daim diqqət mərkəzində saxlanılır və ölkədə qeyri-neft iqtisadiyyatının üstün inkişafının təmin olunmasına hesablanan islahatların bir çoxu məhz kənd təsərrüfatını əhatə edir. Azərbaycan aqrar sektorda yetişdirilən məhsulları xarici bazarlara çıxarmaq üçün böyük üstünlüklərə malikdir. Belə ki, respublikamız bir sıra böyük istehlak bazarları ilə əhatə olunub. Həmin bazarlarda ölkəmizdə yetişdirilən yüksək keyfiyyətli meyvə-tərəvəz yaxşı tanınır və onlara böyük tələbat var. Eyni zamanda, respublikamızda aqrar sektorda ixracın genişləndirilməsinə güclü siyasi iradə göstərilir. İslahatlar çərçivəsində ixracın səmərəli təşviq mexanizminin işə salınması, "Made in Azerbaijan" brendinin yaradılması, gömrük prosedurlarının sadələşdirilməsi və bu kimi digər tədbirlər fermerlərdə məhsul ixracına böyük marağı təmin edir".

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR