İsrail ilə innovasiya sahəsində əməkdaşlıq genişləndiriləcək

Dekabrın 6-da Yüksək Texnologiyalar Parkında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə İsrailin İnnovasiya Qurumu arasında Azərbaycan-İsrail İnnovasiya üzrə "dəyirmi masa" keçirilib. "OLAYLAR"-a nazirliyin ictimaiyyətlə əlaqə sekorundan bildirilib ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə açılış nitqi ilə çıxış edərək, İsrail ilə innovasiya sahəsində əməkdaşlığın Azərbaycan üçün prioritet təşkil etdiyini vurğulayıb.

Tədbirdə İsrail İnnovasiya Nazirliyinin Asiya Sakit okean bölməsinin baş direktoru Cənab Avi Luvton çıxışında iki ölkə arasında innovasiya sahəsində əməkdaşlığın perspektivləri barədə danışıb.

Sonda iki ölkə arasında innovasiya sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə atılacaq birgə addımlar barədə fikir mübadiləsi aparılıb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR