Gəmiricilərə qarşı mübarizə tədbirləri başlayıb

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Respublika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Şəki, Qax, Zaqatala və Qobustan rayonlarında kənd təsərrüfatı bitkilərinin xüsusu təhlükəli zərərvericisi olan siçanabənzər gəmiricilərə qarşı fitosanitar müşahidələr və mübarizə tədbirləri davam etdirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, Şəki rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qayabaşı, Sarıca, Qaratorpaq, Bolludərə, Turan, Suçma, Böyük Dəhnə, Baş Layıqçı, Baş Göynük, Şin, Çayqaraqoyunlu və Səbətli kəndlərini əhatə edən 22800 hektar sahədə fitosanitar müşahidələr aparılıb və 20350 hektar sahənin adıçəkilən zərərverici ilə sirayətləndiyi müəyyən edilib. Ümumilikdə 12750 hektarda kimyəvi mübarizə tədbirləri aparılıb ki, bunun da 8663 hektarı dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR