Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq inamla Azərbaycanı uğura doğru apardı

Namizəd Əzizov: "Müstəqil Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən ölkələr sırasındadır"

"Prezident İlham Əliyevin regionların sosial iqtisadi dövlət proqramlarının həyata keçirilməsi bölgələrdə uğurla davam etdirilir. 1991 -ci ildə Sovet ittifaqının dağılması nəticəsində Azərbaycan müstəqilliyə qovuşub. Ancaq o vaxt ölkədə gedən proseslər və mövcud olan ağır vəziyyət müstəqilliyimizi sual altına qoymuşdu. Ölkədə xaos, anarxiya, kütləvi itaətsizlik hökm sürürdü. İqtisadi və siyasi tənəzzül faktiki olaraq ölkəmizi uçruma aparırdı. Bundan əlavə, Ermənistanın Azərbaycana qarşı təcavüzü və təcavüz nəticəsində torpaqlarımızın işğal altına düşməsi, daxili çəkişmələr, qarşıdurmalar və vətəndaş müharibəsinin başlanması - bütün bunlar müstəqilliyimizin ilk illərinin hadisələri idi." Bu fikirləri Olaylar.az -a açıqlamasında YAP Şamaxı rayon təşkilatının baş məsləhətçisi Namizəd Əzizov bildirb.

Namizəd Əzizov qeyd edir ki, 1993-cü ildə Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində bütün xoşagəlməz hadisələrə son qoyuldu: "Ölkəmizdə sabitlik yarand. Azərbaycanın inkişaf dövrü başladı. Ona görə biz tam əminliklə və qətiyyətlə deyirik: Heydər Əliyev müstəqil Azərbaycanın banisidir, müstəqil Azərbaycanıin qurucusudur. Bu gün bu siyasət Heydər Əliyevin layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilir. Heydər Əliyev məktəbinin ən istedadlı yetirməsi olan İlham Əliyev 2003-cü ildə Azərbaycan Respublikasının prezidenti seçildi. Prezident İlham Əliyev yeni əsrin yeni lideri olaraq inamla Azərbaycanı uğura doğru aparmağa başladı . Prezidentin təşəbbüsü ilə bir çox layihələrə imza atıldı. "Asan xidmət''mərkəzləri yaradıldı, bunula da dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçrilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin olundu.Təsadüfi deyil ki Azərbaycan brendi olan  "Asan xidmət'' dünyada böyük maraq doğurub və sevindirici haldır ki, bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir. Tək paytaxt Bakı şəhəri yox, regionlarda da sosial iqtisadi inkişaf uğurla davam etdirilir. Bu gün ölkə ölkə iqtisadiyyatının diversifikasiyasiı uğurla davam etdirilir. Dövlət xətti ilə sahibkarliq subyektivlərinin invesisiya layihələrinin maliyyələşdirilməsinə milyonlarla manat güzəştli kreditlər ayrılır. Aqrar sektor geniş inkişaf yoluna nail olub və müstəqil Azərbaycan indi özünün ərzaq təhlükəsizliyini təmin edən ölkələr sırasındadır. Respublikamızda səhiyyə islahatları uğurla reallaşır, yenilənir. Bölgələrdə də müasir və qabaqcıl tibb avadanlıqları ilə təchiz olunmuş müalicə- diaqnostika mərkəzləri, xəstəxanalar tikilib istifadəyə verilir. Bu gün bölgələrimizdə yaşayan sakinlər öz yaşadığı ərazidə müasir diaqnostika və xəstəxanalarda müalicə olunmaq imkanları yaradılıb. Demək olar bir çox rayonlarımızda içməli su kanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri tarixi hadisədir. Həmçinin Ceyranbatanda dünyanın ən böyük su təmizləyici qurğusu tikilib. Bu gün bu qurğuda çıxan sular keyfiyyətinə görə Dünya Səhiyyə Təşkilatı standartlarına cavab verir. Kənd təsərrüfatının inkişafı üçün böyük melorativ tədbirlər görüldü. Son 15 il ərzində bir çox su anbarı tikilib - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları onlardandır. Əlbəttə ki,Taxtakötpü və Şəmkirçay su anbarları böyüklüyünə və kənd təsərüffatına təsirinə görə xüsusi yer tutur. Bu da kənd təsərüffatında suvarmanın və kənd məhsullarının yetişidirilməsində məhsulun çoxalmasına gətirib çıxarır. Bu dövrdə ayrılmış paytaxtda və regionlarda 200 min nəfər əhalinin yaşadığı 91 yaşayış məntəqəsini əhatə edən uzunluğu 250 kilometr olan 17 qəsəbə və kəndlərarası yollar tikilərək istifadəyə verilib. Ölkədə qazlaşdırma səviyyəsinin 95 faizə çatdırılması məqsədi ilə 42 rayonun 83 yaşayış məntəqəsinin qazlaşdırılması davam etdirilərək, bir çox yaşayış məntəqəsində işlər başa çatdırılıb."

Namizəd Əzizov qeyd edir ki, Azərbaycanda aparılan məqsədyönlü uğurlu siyasət nəticəsində iqtsadiyyatın formalaşdırılması ölkədə işgüzar fəallığın artması, qeyri neft sektorunun sürətli inkişafına yoxsulluğun azaldılmasına, əlverişli şərait yaradır: "Prezident İlham Əliyevin hazırda intensiv metodlara əsaslanan aqrar sektorun yaradılmasına yönələn siyasət, həyata keçirilən dövlət dəstəkli tədbirlərin uğurlu nəticəsidir. Üzümçülüklə bağlı həyata keçirilən tədbirlər də bunun əyani təsdiq edir. Şamaxı rayonunda əhalinin əksər hissəsi bitkiçilik və heyvandarlıqla məşğul olur. Bitkiçilikdə taxıl, kartof, tərəvəz, bostan, üzüm və meyvə məhsulları istehsalı üstünlük təşkil edir. Belə ki, ötən əsrin 70-80 -ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından biri olub. Sonradan Sovet İttifaqının dağılması, 1990-cı illərin əvvələrində ölkədə yaşanan gərginlik iqdisadiyyatın digər sahələri kimi üzümçülüyüdə sıradan çıxardı. Hazırda bu gəlirli sahənin bərpası və yenidən inkişaf etməsi xüsusi diqqət

mərkəzindədir. Bu baxımdan Şamaxıda son illər təsərrüfatın bu sahəsi sürətlə inkişaf edir. Artıq üzüm bağlarının sahəsi 1650 hektara çatdırılıb ki, bunun da 1550 hektar məhsul verir. Mütəxxəssislər cari mövsümdə rayonda 14 min tondan çox üzüm istehsal olunacağını proqnozlaşdırıblar. "Az-Qranata" MMC tərəfindən Şamaxı rayonunda üzümçülüyün inkişafı istiqamətində xeyli iş görülüb. Beş ildir ki, məhsul istehsal olunur. 2016-cı ildə "Az-Qranata''-nın üzüm bağlarından 3 min ton məhsul tədarük olunub. Şamaxı üzüm bağları 2009-cu ildə 25 hektar sahədə salınmağa başlandı. Hazırda üzüm bağı 375 hektardır. Onun 309 hektarı texniki üzüm növləri, 66 hektarı isə süfrə üzümü bağıdır. Bu yerlərdən götürülən torpaq nümunələrinin labaratoriyalarda aparılan analizlərin nəticəsi olaraq, Şamaxıda yüksək keyfiyyətli nadir üzüm növlərini yetişdirilməsinin mümkünlüyünə əsas verilir. Bu göstəricilərə əsasən, ərazidə əkilən üzüm növləri və onların kök sistemləri seçilib. Seçilən növlər üzrə ölkəmizə yüksək keyfiyyətli üzüm tingləri gətirilib və onlar mövcud normativlər əsasında lazımı aqrotexniki tədbirlərin həyata keçirilməsi yolu ilə əkilib. Üzüm bağlarında əkin və becərmə işləri aparmaq üçün xüsusi müasir tipli texnikalar alınıb. Bütün bu amillər ixrac qabiliyətli yüksək keyfyyətli məhsul istehsalına təminat verir. Bu növ üzüm tingləri Fransa, Türkiyə və Gürcüstandan gətirilən ən yaxşı növlərdən ibarətdir. Texniki növlərdən "Şardane'', " Cabarne'', "Cabarne Frans", süfrə növlərindən "Prima'', "Cardinal'', "Sultaniyye'', "Alfonz Lavalle'', "Danuta'' və s.kimi növləri misal gətirmək olar. 2016-2017-ci məhsul ilində "Superrior Seedeless'', "Cimson Seedles'',  "Red Globe''kimi yeni növlər gətirilərək cavan bağlar salınıb. Kişmiş və əla şərab üzümü olan       

"Mədrəsə" kimi yerli növlərdə bağda yetişdirilərək məhsul istehsalı ildən ilə artırılır. Hazırda "Az-Qranata''MMC-nin üzüm bağlarında 250 nəfər işlə təmin edilib ki, onlardan 200 nəfəri qadındır. Təsərrüfatda istehsal edilən üzüm Bakı şəhərində fəailiyyət göstərən "Meyvəli'' Ticarət mərkəzində 8-ci kilometr bazarında topdan satıs qaydada satılır."

Baş məsləhətçi bildirir ki, Bakı-Şamaxı-Yevlax avtomobil yolları arasında yeni bir bağlantı yaratmaq, respublikadakı turizm potensialından daha uğurlu istifadə etmək məqsəd ilə 2011-ci ildə 35,8 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Şamaxı-Çöl Göylər-Padar avtomobil yolunun tikintisinə başlanılıb: "Yolun uzunluğu 53 kilometrdir və bu il istifadəyə verilib. Dövlətimizin başçısının 2017-ci ilin iyul ayında imzaladığı Sərəncama uyğun olaraq ümumi uzunluğu 11 kilometr olan Göylər-Quşçu avtomobil yolunun tikintisinə 3,9 milyon manat vəsait ayrılıb. Yol- tikintisi isə qısa müddət ərzində başa çatdırılıb hərəkət hissəsinin eni 6 metr olan bu yolun tikilməsi 14 min nəfər əhalinin yaşadığı 4 kəndi birləşdirərək yük və sərnişin daşınmasını xeyli yaxşılaşdırmağa imkan verir. Avqustun 25-26-da Şamaxıya səfəri zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əiyeva bir sıra obyektlərin, o cümlədən Meysəri kəndində tam orta məktəb üçün yeni binanın "Şirvan Şərabları''MMC nin üzümçülük və şərabçılıq kompleksinin, Dəmirçi kəndində arxeologiya muzeyinin və yeni Dəmirçi-Lahıc avtomobil yolunun açılışında iştirak ediblər. Şamaxı şəhərində əhalinin mənzil-məişət şəraitin yaxşilaşdırılması "ASAN xidmət''mərkəzinin və rayonun Çuxuryurd-Sis-Qaleybuğurd-Keçmədin-Qaladərəsi avtomobil yolunun tikintisi ilə bağlı avqustun 27-də imzaladığı sərəncamla Şamaxıda sosial -iqtisadi ifrastrukturun möhkəmlənməsinə əhalini sosial rifahının yaxşılaşdırılmasına təkan verdi".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR