Özbəkistanda Azərbaycanın turizm imkanlarının təqdimat mərasimi keçirilib

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ölkəmizin turizm ehtiyatları, yeni turizm marşurutları, turpaketlərin təqdimatı olub.

Öncə Mədəniyyət Mərkəzinin foyesində Azərbaycanın turizm imkanlarına dair foto sərgi, habelə Mərkəzin "Bacarıqlı əllər" uşaq klubunun istedadlarının milli mədəniyyətimizə dair hazırladıqları əl işləri, suvenirlərlə tanışlıq olub.

Azərbycanın "My Travel" turizm şirkəti ölkəmizin Naftalan müalicəvi sanatariyaları, habelə Quba  rayonunun turizm imkanlarını özündə əks etdirən xüsusi nəşrləri təqdim edib.

Tədbirdə öncə təqdimatın məqsədi, Azərbaycan və Özbəkistan turizm şirkətləri arasında əlaqələrin dərinləşdirilməsi istiqamətində çıxışlar olub.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru, Səfirliyin birinci katibi Samir Abbasov Azərbaycanın turizm imkanları, ölkəmizdə bu istiqamətdə son illər əldə olunan nailiyyətlər barədə məruzə edib. Diplomat Prezident İlham Əliyevin Sərəncamları ilə ölkəyə turistlərin gəliş-gediş prosesinin  sadələşdirildiyini, "Asan viza" sisteminin tətbiq edildiyini, nəhəng infrastruktur layihələrinin həyata keçirildiyini qeyd edib. Samir Abbasov Özbəkistan-Azərbaycan arasında turizm sahəsində əlaqələrin inkişafı, bu istiqamətdə həyata keçirilən layihələr barədə məlumat verib.

Sonra Azərbycanın "My Travel" turizm şirkətinin rəhbəri Elnarə Cabbarova ölkəmizin dünya şöhrətli Naftalan şəhərində yaradılmış  müalicəvi  turizm  imkanlarına dair hazırladığı təqdimatı nümayiş etdirib.  Naftalandakı bir sıra otellərdə yaradılmış şərait, tibbi turizm istiqamətində həyata keçirilən işlər, özbək turistlərin Azərbaycanın müalicəvi - turizm mərkəzlərindən istifadə etmə imkanları barədə məlumatlar verilib.

Təqdimat mərasimində ilk dəfə olaraq Özbəkistan turistləri üçün maraq yaradacaq Azərbaycanın Quba rayonunun turizm imkanları nümayiş etdirilib və yeni marşurut iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Özbəkistanın turizm şirkətlərinin nümayəndələrinin sualları cavablandırılıb, gələcək əməkdaşlığa dair məsələlər müzakirə edilib.

Qeyd edək ki, təqdimat mərasimi Azərbycanın "My Travel" turizm şirkəti və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR