Yük avtomobillərinə nəzarət gücləndirilir

Paytaxtın giriş və çıxışında xüsusi kameralar quraşdırılacaq

Ölkədə məqsədyönlü şəkildə həyata keçirilən tədbirlərdən biri də nəqliyyat sahəsində atılan addımlardır. Paytaxt və paytaxtətrafı ərazilərdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən tədbirlər əhalinin bu sahədə zaman-zaman üzləşdiyi problemlərin aradan qaldırılmasına xidmət edir. Ancaq onu da etiraf etmək lazımdır ki, yük və sərnişindaşıma sahəsində qanunsuz sahibkarlıq, vergidən yayınma halları hələ də mövcuddur və buna qarşı müvafiq tədbirlər də görülür. Belə ki, bir çox xidmət sahələrində olduğu kimi, avtomobil nəqliyyatı sahəsində, xüsusilə də yük və sərnişindaşımada müəyyən problemlər mövcuddur. Sadalanan problemlərin aradan qaldırılması məqsəilə avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində elektron əmtəə nəqliyyat qaiməsinin yaradılan "E-nəqliyyat" sisteminə inteqrasiyası, şəhərlərarası (rayonlararası) və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin tənzimləmə dairəsinə düşən şəhərdaxili (rayondaxili) müntəzəm avtobus marşrutlarında nağdsız ödəniş sistemlərinin tətbiqi, eyni zamanda taksi daşımalarının milli taksi-çağrı proqram təminatı əsasında tənzimlənməsi tətbiq edilir. Bu məqsədlə bir sıra nüfuzlu məsləhətçi şirkətlərlə müzakirələr aparırıq. Bununla yanaşı, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı müvafiq normativ hüquqi aktların layihələrinin hazırlanması istiqamətində tədbirlər görülür. Məqsəd  daşımalarda iştirak etmək istəyən fiziki və hüquqi şəxslərə biznesin bu sahəsi ilə məşğul olmaq üçün kriteriya, standart və tələblərin normativ bazasının müəyyənləşdirilməsi, sağlam rəqabət mühiti formalaşdırmaqla xidmətin keyfiyyətini yüksəltmək, şəffaflığı təmin etmək, vergidən yayınma hallarının qarşısının alınmasına nail olmaqdır. Xatırladaq ki, "Yol hərəkəti haqqında" Qanuna əsasən sərnişin və yük daşımalarını təşkil edən fiziki və hüquqi şəxslər və sürücülərin beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarını yerinə yetirən sürücülər üçün iş və istirahət rejimi, nəqliyyat vasitələrinin taxoqrafla təchiz edilməsi, onlardan istifadə, onlara xidmət və fəaliyyətinə nəzarət qaydalarının hansı orqan tərəfindən müəyyən olunduğu və bu qaydaların siyahısıdır. Mövcud qanunvericiliyə görə, sözügedən qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Bu halda müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərinin Azərbaycan Respublikası Nazirlər Kabineti olması nəzərdə tutulur. Nazirlər Kabinetinin həm ölkədaxili, həm beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı iki qərarı mövcuddur. Həmin iki qərarda taxoqraf və taxoqramla bağlı məsələlər öz əksini tapıb. Bu qaydalar heç şübhəsiz ki, yol hərəkəti iştirakçılarının həyat və sağlamlığının qorunması və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün nəzərd tutulur.

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Yol Hərəkəti Təhlükəsizliyi Komissiyası"nın 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımaları ilə bağlı növbəti tədbirlər həyata keçirilməkdədir. Belə ki, əvvəlki dövrdə yük maşımlarının müəyyən edilmiş saatlarda şəhərə girişinə nəzarətdə müəyyən problemlər mövcud idi. Belə ki, qadağa saatlarında yük abtomobillərinin şəhərin mərkəzi küçələrində hərəkəti müşahidə edilirdi. Yaranmış vəziyyət paytaxtda uzunmüddətli tıxacların yaranmasına cəbəb olurdu. Sözssüz ki, belə vəziyyət ictimai narazılıqla müşahidə olunurdu. Yaranmış vəziyyəti aradan qaldırmaq məqsədilə Daxili İşlər Nazirliyi şəhərin giriş və çıxışında xüsusi kameralar quraşdıraraq qadağa saatlarında yük avtomobillərin şəhərə daxil olmasına nəzarəti gücləndirir. Belə ki mövcud qaydaları pozan avtomobillər dərhal kameralar tərəfindən qeydiyyata götürüləcək və müvafiq olaraq cərimə olunacaq. Bu da öz növbəsində yük maşınlarının qadağa saatlarında şəhərə daxil olması və yollarda problem yaratmasının qarşısını alacaq. Noyabrın 15-dən başlayaraq yük maşınlarının Bakı şəhərinə girməsi üçün marşrutlar da müəyyən edilmişdir: 1. Lökbatan dairəsi - Xocahəsən yolu-Sulutəpə qəsəbəsi - Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) - Mehdiabad yolu - Balaxanı yolu - Zabrat - Maştağa yolu - Albalılıq yolu - Mərdəkan yolu - Şüvəlan yolu-Qala yolu-Türkan yolu - Pirallahı yolu - Hövsan yolu-Suraxanı - Yeni günəşli - Gen. Mehmandarov küçəsi - Neapol dairəsi (Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yol - Hövsan; 2. Sumqayıt yolu - Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi-sola Baksol yolu - Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu - Taxta bazarı və əksinə; 3. Ə. Rəcəblidə geriyədönmə yeri, "Şır-şır" restoranının yanı, "Taxta" bazarı; 4. "Çermet" körpüsünün altı, Z. Bünyadov prospekti, Koroğlu metrostansiyası istiqamətində tunelin üstü, Ziya Bünyadov prospektindən - Ələsgər Qayıbov və Xalqlar Dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) "Lukoil" YDnin yanında geriyədönmə yeri "Baku Steel Kompani" istiqamətində; 5. Qaradağ rayonu ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvəlan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndə, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli, Hövsan qəsəbəsi, Suraxanı qəsəbəsi. Ekspertlər hesab edirlər ki, paytaxtın giriş və çıxışında xüsusi kameraların quraşdırılması qanunsuz şəhərə daxil olmanın qarşısını alacaq. Bu isə nəqliyyat sahəsində nizam-intizamın güclənməsinə əlavə tövfə verəcək. Həmçinin yarana biləcək tıxacların minimuma endirilməsinə nail olunacaq.

Nurlan

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR