Azərbaycan nümayəndə heyəti Çində bir sıra görüşlər keçirib

Çində səfərdə olan İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin  rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti görüşlərini davam etdirir. Nazirlikdən "Olaylar"a bildirilib ki, Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ilə görüşdə Azərbaycan-Ukrayna iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb, ölkələrimiz arasında əlaqələrin genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyəti qeyd olunub, sənaye, əczaçılıq, energetika, turizm və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşdə həmçinin, SOCAR-ın Ukraynadakı uğurlu fəaliyyəti vurğulanıb, beynəlxalq nəqliyyat dəhlizlərindən, o cümlədən Şimal-Cənub dəhlizindən istifadə imkanları, tranzit yükdaşımalarının artırılması məsələləri müzakirə edilib. Nazir Şahin Mustafayev Azərbaycan-Ukrayna iqtisadi əlaqələrinin inkişaf etdiyini, bunun üçün müvafiq müqavilə-hüquqi baza yaradıldığını, ticarət dövriyyəsinin genişlənməsi üçün böyük potensialın olduğunu, Ukraynada Azərbaycan Ticarət Evinin yaradıldığını, qarşılıqlı investisiya qoyuluşlarının həyata keçirildiyini vurğulayıb, əməkdaşlığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb.

Ukrayna Baş nazirinin müavini Stepan Kubiv ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, energetika, əczaçılıq, vaqon istehsalı, turizm və s. sahələrdə əməkdalığın genişləndirilməsi imkanlarını diqqətə çatdırıb. Çinin Dövlət Gömrük Administrasiyasının sədr müavini Li Quo ilə görüşdə nazir Şahin Mustafayev Azərbaycanın Çinlə iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, Birinci Çin Beynəlxalq İdxal Sərgisinin və sərgidə Azərbaycan şirkətlərinin iştirakının əməkdaşlığın inkişafında önəmini vurğulayıb. Görüşdə qeyd edilib ki, 2017-ci ildə Azərbaycan və Çin arasında ticarət dövriyyəsi 20% artıb. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 46%-i Azərbaycanın payına düşür. Azərbaycanın Çində ticarət nümayəndəsi, Urumçidə Azərbaycan Şərab və Lucouda Azərbaycan Ticarət evləri fəaliyyət göstərir, Çinə ixrac missiyaları təşkil edilir. Noyabrın 7-də isə Şanxayda Azərbaycan Şərab Evi açılıb. Azərbaycan məhsullarının Çinə ixracının genişləndirilməsinə dair fikirlərini bildirən Şahin Mustafayev gömrük sahəsində əməkdaşlığın ölkələrimiz arasında əlaqələrin mühüm istiqamətlərindən olduğunu qeyd edib, bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün İşçi Qrupunun yaradılmasını təklif edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR