Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib

Cavid Mustafayev: "Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə səbəb olub"

"Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının qəbul edilməsi ölkəmizin sosial-iqtisadi inkişafında yeni mərhələnin başlanğıcını qoyaraq regionların inkişafını dövlət siyasətinin prioritet istiqamətlərindən biri səviyyəsinə qaldırdı. Zamanın nəbzini düzgün tutmaqla, mövcud iqtisadi potensialdan və resurslardan, bütün imkanlardan səmərəli şəkildə istifadə etməklə ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına böyük uzaqgörənliklə nail olan Prezident İlham Əliyev bununla həm də ulu öndər Heydər Əliyevin ideyalarını, arzularını, görmək istədiklərini reallaşdırdı.

Ölkənin sosial-iqtisadi inkişaf strategiyasında prioritet kimi müəyyən edilmiş və neft-qaz gəlirlərindən səmərəli istifadə etməklə regional tarazlığın təmin edilməsi istiqamətində müstəsna rol oynayan regional inkişaf üzrə Dövlət Proqramları əhalinin işgüzar fəallığının artmasına, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə, infrastruktur layihələrinin həyata keçirilməsinə, beynəlxalq tələblərə cavab verən rəqabətqabiliyyətli və ixracyönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılmasına səbəb olmuş, vətəndaşların rifahını xarakterizə edən keyfiyyət göstəricilərini əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır". Bu fikirləri Olaylar.az -a YAP Goranboy rayon teskilatinda meslehetci olaraq çalışan Cavid Mustafayev bildirib.

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları respublikamızın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının dəyişməsində, rayonların simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynadığını bildirən Cavid Mustafayev qeyd edir ki, Prezident İlham Əliyevin gərgin əməyi və əzmkarlığının nəticəsi olaraq hazırlanan və həyata keçirilən bu mükəmməl proqram Azərbaycanın son 14 ildə ən mütərrəqi islahatları reallaşdıran ölkə statusuna malik olmasını da şərtləndirib: "Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları  elmi-iqtisadi-nəzəri mahiyyətinə görə, fundamental strateji inkişaf konsepsiyası sayılmaqla, bölgələrin tarazlı və yüksək inkişafını təmin edən, ölkəmizin iqtisadi-siyasi doktrinasının başlıca məzmununu təşkil edir. Qeyd etmək yerinə düşər ki, regionların inkişafını özündə ehtiva edən bu proqramların vaxtında və yüksək səviyyədə icra olunması Azərbaycanın ümumi iqtisadi gücünü artırmaqla yanaşı, itstehsal müəssisələrinin fəaliyyətinin bərpasına, yeni istehsal müəssisələrinin yaradılmasına, yerli resurslardan istifadənin səmərəsinin artırılmasına, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılmasına, aqrar sektorda islahatların ikinci mərhələsinin sürətləndirilməsinə, fermerlərə və digər kənd təsərrüfatı işçilərinə kömək məqsədilə müxtəlif servis mərkəzlərinin yaradılmasına yol açıb. Bundan başqa  bu Dövlət proqramlarında investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması, yeni iş yerlərinin açılması, əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması regionların sosial-iqtisadi inkişafında həlledici dönüş yaradıb. Dövlətin inkişafı və zənginləşməsi son nəticədə vətəndaşların yaxşı yaşamasına, onların sosial tərəqqisinə səbəb olur".

Cavid Mustafayev bildirir ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi ölkəmizin aqrar sahəsində də zamanın çağırışlarına uyğun olaraq iqtisadi inkişaf modellərindən istifadə olunur: "Hazırda aqrar sahəni innovasiyalar tətbiq etmədən inkişaf etdirməyi təsəvvür etmək çox çətindir. Bunu nəzərə alaraq ölkə başçısının tapşırığı əsasında aqrar sahədə innovasiyanın tətbiqi istiqamətində geniş işlərə başlanmışdır. İnnovasiya elmi-texniki tərəqqinin yeni texnologiyada və məhsulda öz əksini tapması kimi anlaşıldığına və dərin islahatlar strategiyasının əsasını təşkil etdiyinə görə dünyanın qabaqcıl ölkələrində kənd təsərrüfatı, istehsal olunan məhsulun daha çox elmi tutumlu olması istiqamətində inkişaf edir. Ona görə də Azərbaycan Respublikasında da aqrar-sənaye kompleksinin innovasiyalı inkişafı qarşıda duran əsas vəzifədir və onun həll olunması istiqamətində işlər aparılır. Qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar sektorun, xüsusilə onun ölkəmizdə ənənəvi sahələri olan pambıqçılığın, üzümçülüyün, tütünçülüyün, baramaçılığın inkişaf etdirilməsi, bu sahələrə dövlət dəstəyinin göstərilməsi barədə ölkə Prezidentinin xüsusi göstərişləri olmuş və müvafiq sənədlər imzalanmışdır".

Azərbaycan iqtisadiyyatının sosial-iqtisadi inkişafının sahə və ərazi problemləri onun dayanıqlı və tarazlı dinamikası respublikanın təbii, insan və coğrafi resurslarının səmərəli istifadəsi və bazar münasibətləri şəraitində imkanların alternativ layihələr əsasında iqtisadi dövriyyəyə cəlb edilməsinin mümkünlüyünü qeyd edən Cavid Mustafayev bildirir ki, Respublikanın inkişaf konsepsiyası onun resurslarının kompleks istifadə edilməsi yolu ilə maksimum həyat səviyyəsi və təhlükəsiz həyat fəaliyyətini qərarlaşdırmaqdan ibarətdir: "Sosial-iqtisadi amil olaraq turizmin mövcud vəziyyəti onun qlobal məqsədlərin reallaşmasında rolunu qiymətləndirməklə bu sahənin inkişafının tənzimlənməsi bütövlükdə iqtisadi inkişaf strategiyasının və strateji planlaşmanın tərkib hissəsi kimi çıxış edir. Turizmin dinamikası, onun əsas istiqamətləri, respublika iqtisadiyyatında onun ictimai-siyasi, mədəni quruculuqda baş verən keyfiyyət dəyişmələri və dünya standartlarına uyğun təşkilati-iqtisadi tədbirlərin həyata keçirilməsi ilə ölçülür. Ölkədə turizmin inkişaf etdirilməsi, turizm infrastrukturunun yaradılması əsasən də mehmanxana və mehmanxana tipli obyektlərin inşası sürətlə həyata keçirilir. Fəaliyyəti dayandırılmış mehmanxanaların yenidən qurulmasına, digər tərəfdən bu tipli yeni obyektlərin inşasına yerli və xarici sahibkarlar sərmayə qoymaqdan çəkinmirlər. İndi Azərbaycanın bölgələrində ən müasir otel və pansionatların tikintisi sürətlənib. Qəbələdə, İsmayıllıda, Qubada, Qusarda, Masallıda, Lənkəranda, Lerikdə, Şəkidə, Şamaxıda, Balakəndə və digər rayonlarımızda 4 və 5 ulduzlu otellərin sayı davamlı olaraq artır. Xüsusən Qəbələnin turizm imkanları o qədər genişlənibdir ki, hətta burada bəzən turisistlərin yerləşdirilməsi problemləri yaranır. Təbii ki, bütün bunlar müvəqqəti xarakter daşıyır. Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsində önəmli rol oynayan məqamlardan biri də turizm sahəsində fəaliyyət göstərən sahibkarların turizm infrastrukturunun yaradılmasına dair təqdim etdikləri layihələrin nəzərdə tutulmuş proqramlar üzrə maliyyələşdirilməsinə üstünlük verilməsidir. Belə layihələrin aidiyyəti qurumlar tərəfindən dəstəklənməsi regionlarda da turizm axınının güclənməsinə təsir edə biləcək turist xidmət sahələrinin yaradılmasına və inkişafına müsbət təsirini göstərəcəkdir".

"Son 15 il ərzində Azərbaycan böyük və şərəfli yol keçib. Ölkəmiz bütün sahələrdə böyük uğurlara imza atıb, Azərbaycanın beynəlxalq nüfuzu yüksəlib. Bu gün Azərbaycan regionda aparıcı iqtisadi gücə çevrilib. Azərbaycanın təşəbbüskarı olduğu, tərəfdaşları ilə birgə həyata keçirdiyi bir sıra irimiqyaslı layihələr nəinki regionun, eləcə də qonşu bölgələrin inkişafına mühüm töhfə verir.

Ölkənin gələcək inkişafının yüksək səviyyədə davam etdirilməsi məqsədi ilə ölkə rəhbərliyi tərəfindən "Azərbaycan- 2020:gələcəyə baxış" konsepsiyası hazırlanmaqdadır. Şərq və Qərbi, Orta Asiya-Qafqaz və Avropanı birləşdirən neft, qaz, nəqliyyat-kommunikasiya, transmilli layihələrin mərkəzinə çevrilmiş Azərbaycan bu gün, nəinki təkcə öz ölkəsinin problemlərinin həllinə çalışır, eyni zamanda bütün dünya xalqlarının qarşılıqlı-faydalı əməkdaşlığının, regional inteqrasiyanın, dünya qlobal enerji təminatının mühüm faktorlarından biri hesab olunur. Qeyd olunanlar bir daha göstərir ki, ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə uğurla reallaşdırılır. Prezident Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən bu strategiya Azərbaycanın iqtisadi-sosial həyatında mühüm nailiyyətlərə imkan yaradır. Milli sosial-iqtisadi inkişaf modeli Azərbaycanın perspektivdə daha mühüm uğurlara imza atacağına elmi şəkildə əminlik yaradır. Ölkəmizin gələcək illərdə də hərtərəfli inkişafı üçün Prezident İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti möhkəm təməl yaratmışır. Hazırlanmış konsepsiyasının reallaşdırılması qazanılan uğurların gücləndirilməsinə, səkkiz il ərzində əldə olunan 3 dəfəyə qədər artmış ÜMD məhsulun 2 dəfəyə qədər artmasına şərait yaradacaq. Bütün bunları nəzərə alaraq tam əminliklə demək olar ki Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən milli inkişaf strategiyası sayəsində ölkəmiz yüksələn xətlə inkişaf edən iqtisadiyyata və parlaq gələcəyə sahibdir".

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR