Turizm Agentliyinin sədri: "Cəmiyyətdə turist axınına reaksiyalar müxtəlif oldu"

"Azərbaycan həmişə qonaqpərvər və tolerant olub. Buna baxmayaraq, cəmiyyətdə turist axınına olan reaksiyalar müxtəlifdir. Buna görə də bütün vətəndaşlarımızı həmişə olduğu kimi qonaqpərvər və tolerant olmağa çağırırıq".

Bunu Milli Turizm Sammitində çıxış edən Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev deyib.

Onun sözlərinə görə, xidmət səviyyəsi turizmin inkişafında ən önəmli faktorlardan biridir:

"Bu səbəbdən turistlərə göstərilən xidmətlərin səviyyəsinin artırılması, turistlərin ölkədən məmnun ayrılması turizm sahəsində çalışan hər kəsin marağında olmalıdır. DTA tərəfindən də bu istiqamətdə addımlar atılacaq".

trend

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR