Yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub

13 oktyabr dəmir yolu nəqliyyatı işçilərinin peşə bayramı ərəfəsində Azərbaycan dəmir yolunun Şimal sərhəd qapısı sayılan Yalama stansiyasında yeni Texniki Xidmət Məntəqəsinin açılışı olub. Səhmdar Cəmiyyətin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki,  tədbirdə Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev, departamentin rəis müavini-vaqon xidmətinin rəisi Bəşir Əsədovvə müvafiq strukturların əməkdaşları iştirak ediblər.

Yükdaşımaları Departamentinin  Şimal vaqon deposuna məxsus olan bu xidmət məntəqəsinin binası  tamamilə müasir üslubda inşa edilib və burada fəaliyyət üçün hər cür imkanlar yaradılıb. Yeni məntəqənin daxilində soyunub-geyinmə, növbətçi, dərs və mətbəx otaqları fəaliyyət göstərir. Rahat iş şəraitinin təmin edilməsi üçün binada avtonom istilik sistemi, kondisioner quraşdırılıb və su ehtiyatı üçün həyətdə çən qoyulub. Dərs otaqları lazımi plakat və digər əyani vəsaitlərlə,  mebel dəstləri ilə, həmçinin kompüter və telefonlarla  təmin edilib. İşçilərə yeni geyim formaları təqdim olunub. TXM -in fəaliyyəti respublikaya daxil olan və göndərilən qatarlarıntərkibində olan vaqonlara texniki baxış keçirməkdən ibarətdir.

Yeri gəlmişkən qeyd edək ki, Bakı- Dərbənd dəmir yolu xətti 1900-cu ildə istismara verilib və Azərbaycan Respublikası dövlət müstəqilliyinə qovuşana qədər vaqonların Texniki Xidmət Məntəqəsi RusiyaFederasiyası Şimali Qafqazdəmir yolununDərbənd stansiyasında fəaliyyət göstərib. Respublikamıza daxil olan və buradan göndərilən qatarlara baxış həmin stansiyada həyata keçirilib. 1992-ci ildə Yalama Sərhəd Keçid Məntəqəsinin yaradılmasından sonra burada Texniki Xidmət Məntəqəsibinasının tikilməsi zərurəti ortaya çıxıb. Elə həmin il stansiyanın cüt boğazında TXM-infəaliyyətəbaşlaması üçün, müvəqqəti olaraq,istismardan silinmiş bir örtülü vaqon qoyulub və uzun illər bu cür fəaliyyət göstərib. Nəhayət, 2017-ci ildə dəmir yolunda aparılan əsaslı islahatlara uyğun olaraq, Yalama stansiyasında yeni TXM binasının inşasına başlanılıb. Qış mövsümündə kifayət qədər soyuq havalarla müşahidə olunan bu ərazidə yeni xidmət obyektinin inşası çox mütərəqqi bir addımdır. Bu, həm də sərhəd bölgəsində fəaliyyət göstərən müəssisələrimizin abadlığı baxımından uğurlu hal sayılmalıdır. 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR