"Azərbaycanda inflyasiyanın qarşısı alınır" - MÖVQE

"Azərbaycan Prezidentinin sədrliyi ilə keçirilən müşavirədə də qeyd olunduğu kimi cari ilin 9 ayında ölkə iqtisadiyyatımıza 9 milyard dollar sərmayə qoyulub ki, bunun da 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bütün bunlar ölkəmizdə qeyri neft-sektorunun sürətlə inkişafından xəbər verir".

Bu fikirləri  Milli Məclisin deputatı Rüfət Quliyev deyib.

"Cari ilin 9 ayı müddətində xarici ticarət dövriyyəsi 37 faiz artdığını deyən deputat söyləyib ki, Prezident İlham Əliyev ötən gün keçirilən müşavirədə də qeyd etdi ki, qeyri-neft ixracı təxminən 14 faiz artıb: "Bütün bunlar Azərbaycanın iki il bundan öncə qeyri-neft sektorunun inkişafı ilə bağlı götürdüyü istiqamətlərin düzgün olduğunu göstərir".

Azərbaycana qoyulan investisiya həcminin artmasının ölkəmiz üçün böyük uğur olduğunu dilə gətirən R. Quliyev bildirib ki, ölkəmiz tərəfindən də başqa ölkələrə investisiya qoyulur: "Cənab Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın tərəfindən Türkiyədə "Star" neftayırma zavodu istifadəyə veriləcək ki, həmin zavoda ölkəmiz tərəfindən 6 milyard dollardan çox vəsait qoyulub. Gələcəkdə bu zavod ölkəmizdə 100 milyondan çox gəlir əldə etmək imkanı verəcək. Beləliklə deyə bilərik ki, istər ölkəmizə, istərsə də ölkəmiz tərəfindən qoyulan investisiyalar ölkəmizin gələcək inkişafına öz töhfələrini verəcək".

Müşavirədə ölkəmizin nailiyyətləri haqqında səslənən rəqəmlərin Azərbaycanın uğurlu iqtisadi inkişafından xəbər verdiyini dilə gətirən deputat vurğulayıb ki, ümumiyyətlə, sosial-iqtisadi məsələləri iqtisadiyyatın inkişafından ayırmaq mümkün deyil: "Əgər bir ölkədəki iqtisadi uğur varsa, orada sosial məsələlərin həllinə geniş imkanlar yaranır. Məhz ölkəmizdə həyata keçirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda 85 min yeni iş yerləri açılıb. Burada daha çox pay kiçik və orta sahibkarlığına düşür".

R. Quliyev qeyd edib ki, bazar iqtisadiyyatında çətin məsələlərdən biri inflyasiyadır ki, bu ilin göstəricilərinə baxdıqda, ölkəmizdə inflyasiyanın cəmi 2,6 faiz, əhalinin gəlirlərinin isə 9,5 faiz təşkil etdiyini görmək mümkündür: " Bu rəqəmlər Azərbaycanda inflyasiyanın qarşısının alındığını göstərir. Cari ilin Azərbaycan üçün ümumilikdə uğurlu olduğunu deyə bilərik. Bu ilin 9 ayında çox mühüm əlamətdar hadisələr baş verdi ki, bunlardan biri 20 ilə yaxın bir müddətdir müzakirələri aparılan Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsidir. Bildiyiniz kimi Xəzərin dibində 6.5 milyard ton neft və qaz neft yataqları var ki, bu da ölkələrə ölkələrə 8 trilyon dollar vəsait gətirəcək. Azərbaycan da burada 20 faiz paya sahibdir. Bunun özü də ölkə iqtisadiyyatımız, gələcək inkişafımız üçün mühüm uğurdur".

sia

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR