"Valyuta ehtiyatlarımızın artması uğurlu inkişafımız üçün çox önəmlidir" - MÖVQE

"Ötən gün Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə çıxış edən dövlət başçısıöz çıxışında çox ciddi məsələlərə toxundu, ölkəmizin indiki durumu və gələcək inkişaf istiqamətləri, prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dünyada, regionda baş verənlərlə bağlı çox əhəmiyyətli mesajlar səsləndirdi. Düşünürəm iclas gələcək inkişafımıza mütləq şəkildə öz töhfələrini verəcək".

Bu fikirləri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

Cari ilin 9 ayının Azərbaycan üçün böyük uğurlarla yadda qaldığını dilə gətirən deputat söyləyib ki, bu ilin doqquz ayının yekunlarına görə, Ümumi Daxili Məhsul (ÜDM) 0,8 faiz artıb, qeyri-neft sektorunda artım isə 1 faiz təşkil edib: "Eyni zamanda, ölkədə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb və bu göstərici ölkə prezidentinin də vurğuladığı kimi, Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir".

Deputat bildirib ki, cari ildə ölkədə kənd təsərrüfatı 4,3 faiz artıb: "İnflyasiya cəmi 2,6, əhalinin gəlirləri isə 9,5 faiz təşkil edib. Dövlət başçısının da ötən gün keçirilən müşavirədə söylədiyi kimi bütün bunlar gəlirlərimizin inflyasiyanı üstələdiyini göstərir. Dövlət başçısı həmçinin bildirdi ki, bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulub və bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bütün bunlar iqtisadiyyatımızın bundan sonra da şaxələnməsinə, valyuta ehtiyatlarımızın daha da artmasına səbəb olacaq. Bu gün ölkəmizdə qarşıda duran bütün vacib məsələlər həll olunur, investisiya, infrastruktur layihələri icra edilir, bununla yanaşı sosial məsələlər yüksək səviyyədə həllini tapır. Sevindirici haldır ki, bütün bunlarla yanaşı, valyuta ehtiyatlarımız da artır. Bu gün valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir".

E.Səlimov vurğulayıb ki, Nazirlər Kabinetinin iclasında səslənən fikirlər bir daha sübut edir ki, Azərbaycanda hər bir sahədə inkişaf sözlərlə, vədlərlə, quru rəqəmlərlə deyil, konkret faktlarla, əməli fəaliyyətlərlə təsdiqini tapır: "Azərbaycan dövləti, hökuməti, ən əsası da ölkə başçısı nəyi deyir, bəyan edirsə, onu da reallaşdırır. Doqquz ayın yekunları ilə bağlı iclasda açıqlanan məqamlar bunun növbəti və əyani sübutudur. Ölkə başçısının da iclasda vurğuladığı kimi bu gün Azərbaycan bölgənin, regionun lider dövləti olaraq qalmaqdadır və bu liderliyini də kimsəyə vermək niyyətində deyil".

Prezident İlham Əliyevin ötən günkü toplantıda hər zaman olduğu kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bağlı mühüm mesajlar verdiyini deyən deputat hesab edir ki, müşavirədə bu istiqamətdə səslənən fikirlər Ermənistan rəhbərliyi tərəfindən ciddi şəkildə nəzərə alınmalıdır: "Onlar gec və ya tez sülhə gələcəklərini anlamalıdırlar. Çünki onların Azərbaycanla anlaşmaqdan, sülhə razılaşmaqdan, işğal olunmuş ərazilərdən geri çəkilməkdən başqa yolu yoxdur. Əks addımlar onların məhvinə səbəb olacaq".

SİA

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR