“Bakmil” stansiyasına giriş-çıxış müvəqqəti məhdudlaşdırılır

"Bakmil" stansiyasında planlı surətdə aparılan yenidənqurma tədbirləri çərçivəsində oktyabr ayının 6-dan etibarən günün müəyyən saatlarında stansiyaya giriş-çıxış müvəqqəti olaraq qismən məhdudlaşdırılacaq. Bu barədə məlumat "OLAYLAR"-a Metropolitenin mətbuat xidmətindən daxil olub. Bildirilib ki,  sərnişinlər 8:20-dən 17:00-a qədər stansiyanın xidmətindən istifadə edə bilməyəcəklər.

Qeyd edək ki, bu məhdudiyyətlər 2018-ci il avqust ayının 8-dən mərhələlərlə tətbiq edilir. Məqsəd stansiya ərazisində təmir işlərini aparan işçilərin təhlükəsizliyinin təmin edilməsidir və zərurət məhz bu tələbdən yaranıb. Bakı metropoliteninin yeganə yerüstü stansiyası olan "Bakmil" stansiyasının uzunmüddətli istismarı dövründə köhnələrək müasir tələblərə cavab verməyən avadanlıq və qurğularının yenilənməsi, həmçinin digər infrastrukturun təmir-bərpası və yenidən qurulması günün zəruri tələbidir.

Günün qeyd edilən saatları ərzində (8:20-17:00) sərnişinlərin alternativ nəqliyyat vasitələrindən istifadə etmələri xahiş olunur. Onu da əlavə edək ki, Bakı Nəqliyyat Agentliyi ilə əldə olunmuş razılığa əsasən, "Bakmil" stansiyasına sərnişinlərin giriş-çıxışının məhdudlaşdırıldığı vaxt ərzində, "Bakmil" və "Koroğlu" stansiyaları arasında avtobus marşrut xətti fəaliyyət göstərir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR