Enerji tarifləri metodologiyasının hazırlanması ilə bağlı seminar keçirilir

Energetika Nazirliyi  və Avropa  Komissiyasının birgə təşkilatçılığı ilə Texniki yardım və Məlumat mübadiləsi(TAİEX)  proqramı çərçivəsində enerji tarifləri metodologiyasının hazırlanması ilə bağlı seminar öz işinə başlayıb."OLAYLAR"-a Energetika Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, iki gün davam edəcək seminarın keçirilməsində məqsəd istehlakçılara təchiz olunan elektrik enerjisi və qaz tariflərinin hesablanması metodologiyası üzrə Avropa İttifaqı təcrübəsinin öyrənilməsi ilə Azərbaycanın dövlət enerji qurumlarının bilik potensialını artırmaq  və inkişaf etdirməkdən ibarətdir. Energetika Nazirliyinin Aparat rəhbəri Zaur Məmmədov bildirib ki,Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində Texniki yardım və Məlumat mübadiləsi(TAİEX)  proqramı üzrə uzun illərdir  iqtisadiyyatın bir çox sahələri, eləcə də enerji sektorunda  uğurlu əməkdaşlıq  edilir. Bu günkü seminar isə  bu əməkdaşlığın yeni istiqamətdə inkişafının başlanğıcıdır. Bildirilib ki, energetika sektorunda həyata keçirilən islahatlar çərçivəsində "Elektrik enerjisi bazarı haqqında", eləcə də  "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası Qanunlarının layihələri hazırlanmış və digər qanunvericilik aktlarının hazırlanması üzrə də tədbirlər görülür.  Enerji tariflərinin müasir metodlarla müəyyənləşdirilməsinin  enerji  bazarının mühüm elementlərindən biri olduğunu  vurğulayan  Zaur  Məmmədov   bu məsələdə Avropa təcrübəsinə istinadın  vacibliyini qeyd edib.  TAİEX proqramının enerji tariflərinin metodologiyasının hazırlanmasına töhfə verəcəyini bildirib.

Sonra rəqabətqabiliyyətli enerji bazarında tənzimləyicinin rolu mövzusunda  İspaniyanın bazar və rəqabət üzrə milli komissiyasının direktor müavini AlexandroAlonsoSuarezin, tarif metodologiyaları ilə bağlı Yunanıstanın enerji tənzimləmə orqanının şəbəkə üzrə direktoru KostantinosPerrakisin təqdimatları dinlənilib. Şəbəkə tarifləri, bərpa olunan enerji mənbələri xərcləri, zəmanətli tarifin təyin edilməsi və s. məsələlər üzrə müzakirələr aparılıb.   

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR